Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                 

ZAKİR FƏRƏCOVDAN İLHAM ƏLİYEVƏ ŞİKAYƏT
Tarix: 19-09-2013, 15:40 | Çap et
ZAKİR FƏRƏCOVDAN İLHAM ƏLİYEVƏ ŞİKAYƏT
DİA.AZ: - Redaksiyamıza Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin sakini,jurnalist Kamran Səxavət tərəfindən dövlət başçısına və dövlət məmurlarına ünvanlanmış müraciətin surəti daxil olmuşdur.Həmin müraciəti olduğu kimi oxuculara təqdim edirik:
"Müraciət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevaya
Surəti: Baş Nazir cənab Artur Rasizadəyə
Surəti: Milli Məclisin Sədri cənab Oqtay Əsədova
Surəti: Milli Təhlükəsizlik Naziri cənab Eldar Mahmudova
Surəti: Baş Prokuror cənab Zakir Qaralova
Surəti: Ədliyyə Naziri Məhkəmə-Hüquq Şurasının Sədri cənab Fikrət Məmmədova
Surəti: Daxili İşlər Naziri cənab Ramil Usubova
Surəti: İnsan Hüquqları Üzrə Müvəkkil xanım Elmira Süleymanovaya
Surəti: Bütün Kütləvi İnformsiya Vasitələrinə


"Hörmətli İlham Əliyev !

Neçə illərdir ki Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov və polis rəisi Namiq İsmayılov məni jurnalist fəaliyyətimlə bağlı təqib edir.İlk növbədə yalançı şahidlər,muzdlu böhtançılar hazırlayıb,saxta ekspert rəyi alıb böhtan ataraq mənə xuliqan damğası vurmaq istədilər.3 il məhkəmələrdə mənə işgəncə verdilər,lakin haqq-ədalət yerini tapdı və mən bəraət aldım.Övladıma dəli damğası vurub məktəbdən xaric etmək istədilər,ailə üzvlərimi avtomobillə vurmağa cəhd etdilər,süpürgəçini öyrətdilər ki guya onu söyüb döymüşəm,çalışdığım qəzetə olmazın böhtanlar yağdırdılar,buna baxmayaraq mənə atılan bütün şər və böhtanlar baş tutmadı.

Təqib olunmağımın və işgəncələrə məruz qalmağımın birbaşa səbəbi Abşeron rayonunda tüğyan edən korrupsiya faktlarını ictimailəşdirməyim və bu barədə aidiyyatı dövlət orqanlarını məlumatlandırmğımdır.Abşeronun korrupsiyaya bulaşmış məmurları bu gün də məni təqib etməyi davam etdirir.27 avqust 2013-cü il tarixdə Abşeron rayon polis şöbəsinin xidmət üzrə rəis müavini Oqtay Süleymanlı mənə zəng edərək 28 avqust 2013-cü il tarixdə saat 10:00 -da polis rəisi Namiq İsmayılovun qəbulunda olmağımı xahiş etdi.28 avqust 2013-cü il tarixdə saat 10:24-də pasport bölməsi istiqamətindən polisin inzibati binasına daxil oldum.Binaya daxil olarkən heç bir maneəyə rast gəlmədim və heç kimi görmədiyimdən mənim hara getdiyimlə maraqlanan olmadı.

Rəis Namiq İsmayılovun qəbul otağına daxil oldum ,bir müddət gözlədikdən sonra Namiq İsmayılov məni kabinetinə dəvət etdi.Məni nə səbəbə çağırdığını soruşdum.Namiq İsmayılov dedi ki sən Abşerondan yazdığın bütün yazılara son qoymalısan,birdəfəlik susmalısan.Susacağım təqdirdə mənə dayılıq edəcəyini,ev və torpaq sahəsi ilə təmin edəcəyini,bütün arzu və istəklərimi reallaşdıracağını bildirdi.Mən polis rəisi Namiq İsmayılovun bu çirkin təklifini rədd etdim və məni heç vaxt satın ala bilməyəcəyini,bundan sonra da vəzifə borcumu layiqincə yerinə yetirəcəyimi,dövlətimə,xalqıma daim əvəzsiz xidmət edəcəyimi bildirdim.

Bu zaman Namiq İsmayılov qışqırdı və dedi ki sənin taleyin barədə Zakir Fərəcov artıq qərar verib,özün bilərsən təklifimi qəbul edib yazılara son qoymasan ya dəlixanaya göndəriləcəksən,ya da Kürdəxanıya.Təkrar rədd cavabı alan Namiq İsmayılov qəzəblənərək məni nalayiq küçə söyüşləri ilə təhqir edə-edə müavini Oqtay Süleymanlını yanına çağırdı.Namiq İsmayılov üzünü mənə tutdu və dedi ki səndən şikayət var.Kimin məndən şikayət etdiyini suruşdum.Namiq İsmayılov dedi ki guya mən Abşeron rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Vidadi İsmayılova telefonla zəng edib onu təhqir etmişəm.Deyilənlərin yalan olduğunu bildirəndə Namiq İsmayılov sözümü kəsdi,təhqiramiz ifadələr işlədərək artıq mənim həıbs edilməyim barədə Zakir Fərəcovun xüsusi göstəriş verdiyini bildirdi.

Sumqayıtda dəniz sahilində "Kalyon" restoranından,Abşeronda insan alverindən,bakı-novorossiisk neft kəmərinin,beynəlxalq telefon kabel magistral xəttinin mühafizə zonasında aparılmış qanunsuz tikintilərdən,bu günədək açılmamış oğurluq cinayətlərindən yazanda bilmirdin axırı zindandır.Bilmirsən "Kalyon" restoranı Zakir Fərəcovundur,sən ondan da yazmısan.Bilmirsən səni yox edərlər?Buranın ağası mənəm deyə polkovnik Namiq İsmayılov nərə çəkməyə başladı.Məni müavin Oqtay Süleymanlının otağına apardılar.Heç bir akt,protokol tərtib etmədən Namiq İsmayılov təhqir edə-edə mənim üzərimdə və çantamda axtarış apardı.Vəkilimlə əlaqə yaratmaq istədim dərhal telefonlarımı alıb söndürdülər.Məndən kimin şikayət etdiyini və iş materialı ilə tanış etmələrini tələb etdim.Lakin qanuni tələblərimi yerinə yetirən olmadı.

Qəsdən bilə-bilə mənim müdafiə hüququmu pozdular və mənim barəmdə qondarılmış inzibati işin materialı ilə tanış olmaq hüququmu məhdudlaşdırdılar.Məndən məcburi izahat verməyimi tələb etdilər.Mən vəkilim gəlməyənədək izahat verməyəcəyimi bildirdim və heç bir qondarma sənədə imza atmadım.Mənə vəkilimlə əlaqə saxlamağa imkan vermədilər.Abşeron rayon polis şöbəsinin təhqiqat bölməsinin rəisi Yusif Vəkilov,sahə müvəkkili Əmircan Salmanov,ictimai təhlükəsizlik bölməsinin rəisi Zülfüqar,rəis müavini Oqtay Süleymanlı və rəis Namiq İsmayılov əlbir olaraq mənim adımdan özləri saxta izahat yazdı,saxta və formal akt,protokol tərtib edildi.Mən tutulmağım barədə dəfələrlə protokol tələb etdim,lakin həmin protokol mənə təqdim olunmadı.Məni nalayiq sözlərlə təhqir edib saxta sənədlərə imza atmağa məcbur etsələr də mən heç bir sənədi imzalamadım.28 avqust 2013-cü il tarixdə saat 14:00-da məni Abşeron rayon məhkəməsinə apardılar.Barəmdə olan qondarma inzibati işə hakim İlham Kərimli tərəfindən baxılacağı məlum oldu.Onu da nəzərinizə çatdırım ki hamı İlham Kərimlini Abşeronda xüsusi sifarişlər yerinə yetirən hakim kimi tanıyır.İlham Kərimli ancaq icra başçısı Zakir Fərəcovun xüsusi sifarişi ilə işləyir.

Zakir Fərəcovun şərlədiyi bütun şəxslərin işinə ancaq İlham Kərimli baxır.Mənim müraciətim əsasında beynəlxalq telefon kabel magistral xəttinin mühafizə zonasında aparılmış qanunsuz tikintilərin sökülməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Abşeron rayon məhkəməsində iddia qaldırılmışdır.Digər hakimlər bu barədə qərar qəbul etsə də,dövlətin mənafeyini marağını hər şeydən üstün tutmalı olan İlham Kərimli hansı səbəbdənsə qərar qəbul etmir və süründürməçilik edir.Ona görə ki beynəlxalq telefon kabel magistral xəttinin mühafizə zonasındakı torpaqları qanunsuz satan icra başçısı Zakir Fərəcov hakim İlham Kərimlinin himayədarıdır.

Məhkəmə başladı.Əvvəllər hakim İlham Kərimlinin qanunsuz əməlləri ilə bağlı Məhkəmə-Hüquq şurasına və digər dövlət orqanlarına şikayət etdiyim üçün,məndən qərəzli olduğundan barəmdə olan qondarma inzibati işə baxıb ədalətli qərar qəbul edəcəyinə inanmadığıma görə hakim İlham Kərimliyə etiraz etdim.Vəkilim Vüqar Xasayevin məhkəmədə iştirakını təmin etməyi,mənim müdafiə hüququmu məhdudlaşdırmamağı,polis şöbəsində təzyiqlərə məruz qalaraq hüquqlarımın pozulduğu,qanunvericiliyin tələblərinin pozulduğu barədə vəsadət verdim.Hakim İlham Kərimli qeyri-mədəni davranış nümayiş etdirərək özünü bilməməzliyə və eşitməməzliyə vurdu,verdiyim etiraz və vəsadətlərlə bağlı heç bir qərar qəbul etmədi.Məhkəmə sanki kukla teatrını xatırladırdı.Xüsusi ssenari əsasında öyrədilmiş muzdlu böhtançı Vidadi İsmayılov ifadə verdi.Sonra isə yalançı şahidlər-Abşeron GEMi-nin əməkdaşları GEM-in direktoru Məhərrəm Abdulovun katibəsi,Asim,Rafael,Fərhad adlı şəxslər və 2 nəfər öyrədilmiş polis əməkdaşı ifadə verdi.

Mən məhkəmə prosesində günahsızlığımı və heç bir inzibati xəta törətmədiyimi,habelə bütün bunların mənim peşə fəaliyyətimlə bağlı olduğunu,jurnalist fəaliyyətimlə bağlı təqib edildiyimi sübut etdim.Lakin hakim İlham Kərimli heç bir dəlil sübut olmadan yalançı şahidlərin,muzdlu
böhtançıların yalan ifadələri,Zakir Fərəcovun xüsusi sifarişi ilə,əvvəlcədən mənə qarşı qərəzli olduğundan əsassız və qanunsuz olaraq 10 sutka inzibati həbs edilməyim barədə qərar çıxartdı.Vəkilim Vüqar Xasayev xəbər tutan kimi 29 avqust 2013-cü il tarixdə Abşeron rayon məhkəməsinin qanunsuz,əsassız qərarından apellyasiya şikayəti verdi və Abşeron rayon məhkəməsinin qərarı ləğv edildi.Buna baxmayaraq məni 3 sutka polisdə qanunsuz saxladılar və mənə işgəncə verdilər.Məni zəhərləyəcəklərini bildiyim üçün aclıq elan etdim.3 gün ərzində hər gün rəis Namiq İsmayılov,müavini Famil Kərimov,istintaq bölməsinin rəisi Bilal Nəbiyev,cinayət-axtarış bölməsinin rəisi Qafar,ictimai təhlükəsizlik bölməsinin rəisi Zülfüqar,şəxsi heyət üzrə müavin Surxay mənim yanıma gəlib məni sözlə ifadə olunması mümkün olmayan sözlərlə təhqir edib hədələyirdi və deyirdilər ki bir kağız yaz ki bundan sonra yazmayacaqsan,yoxsa üstünə başqa bir maddə qoyub səni kürdəxanıya,ya da dəlixanaya göndərərik.Qafar adlı şəxs mənim böyrəyimə və ayağıma zərbə ilə vuraraq burnumu tutub ağzıma zorla yemək tökürdü.3 gün ərzində hər gün təcili yardım çağrılırdı.

Vəziyyətim ağırlaşdığından və koma vəziyyətinə düşdüyümə görə məni 01 sentyabr 2013-cü il tarixdə Abşeron rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirdilər.2gün reanimasiyada qaldıqdan sonra vəziyyətim kəskin ağırlaşdığından 03 sentyabr 2013-cü il tarixdə məni 1 saylı Kliniki Tibbi Mərkəzin kordiologiya şöbəsinə köçürtdülər.Ürəyimdən ağır zədə almışam,yarımcan olmuşam.Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin kordiologiya şöbəsində sistem altında müalicə alıram.Həyatım təhlükə altındadır.Məni zəhərləyib dəlixanaya basdırmaq istəyirlər.Abşeron rayon polis şöbəsinin rəisi Namiq İsmayılov,müavini Famil Kərimov,Oqtay Süleymanlı,ictimai təhlükəsizlik bölməsinin rəisi Zülfüqar,cinayət axtarış bölməsinin rəisi Qafar,şəxsi heyət üzrə müavin Surxay,sahə müvəkkili Əmircan Salmanov ailə üzvlərimi hədələyir ki Kamran Səxavət susmasa biz onu susdurmağın yolunu bilirik.Bu dəqiqə ailə üzvlərim qorxu içərisində yaşayır.

Hörmətli İlham Əliyev ! Müraciətimi xüsusi nəzarətə götürməyinizi,Azərbaycan polisinin şərəfli adına ləkə gətirən adları çəkilən polis əməkdaşlarının,insanlarda dövlət hakimiyyət orqanlarına qarşı inamsızlıq yaradan,qanunsuz,əsassız heç bir sübut olmadan icra başçısı Zakir Fərəcovun xüsusi sifarişi ilə qərar qəbul edən İlham Kərimlinin,insanları haqq-nahaqq şərləyib həbs etdirən Zakir Fərəcovun cinayət məsuliyyətinə cəlb edilməsinə,mənim və ailə üzvlərimin təhlükəsizliyinin təmin edilməsinə göstəriş verməyinizi xahiş edirəm.

Əvvəlcədən minnətdarlığımı bildirirəm !"

Kamran Səxavət,
"Güzgü"qəzetinin xüsusi müxbiri
Abşeron rayonu Ceyranbatan qəsəbəsi
20 yanvar küçəsi ,ev ,8 mənzil 18

18 sentyabr 2013-cü il"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Dünən, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Dünən, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Dünən, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Dünən, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Dünən, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru