Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                 

ƏLİ ƏHMƏDOV ŞİKAYƏTÇİNİ SATIN ALIB
Tarix: 17-01-2012, 16:06 | Çap et
ƏLİ ƏHMƏDOV ŞİKAYƏTÇİNİ SATIN ALIB

«DAN ULDUZU» ŞADLIQ EVİ İLƏ BAĞLI QALMAQAL 20 MİN MANATA YATIRILIB

DİA.AZ: - YAP icra katibi, deputat Əli Əhmədovun de-fakto şəxsi əmlakı olan obyekti Vergilər Nazirliyi yanında Audit Departamentinə icarəyə verməsi ilə bağlı məsələ bir müddət əvvəl mətbuatın gündəmində olsa da, nədənsə YAP-çı cinah olayla bağlı geniş izahat verməkdən yayındı. Əslində bu faktın özü belə təsdiqləyirdi ki, bu gün YAP-ın yuxarı eşalonunda təmsil olunan «VƏZİFƏSİZ ZÜMRƏ» üçün qeyri-rəsmi olaraq bir gəlir ünvanı tanınıb və onların da məmur həyatı yaşaya bilmələrinə bu formada şərait yaradılır.

Öncə onu nəzərə çatdıraq ki, son illər yüksək ranqlı məmurlar korrupsiyanın məhz bu “sivil” qaydasına baş vurublar. Onlar müxtəlif vaxtlarda və ərazilərdə aldıqları, tikdirdikləri binaları ayrı-ayrı dövlət qurumlarına iki, hətta üç qat şişirdilmiş qiymətə icarəyə verirlər. Əli Əhmədovun adı ilə bağlı ortada olan digər mülk qalmaqalı belə nəticəyə gəlməyə imkan verir ki, məmurlar obyektlərini təkcə dövlətə deyil, ayrı-ayrı iş adamlarına da icarəyə verir və ya onlara “krışalıq” edirlər.

Xatırladaq ki, Əli Əhmədovla bağlı qalmaqalda şikayətçi qismində çıxış edən şəhid ailəsi bildirmişdi ki, Əli Əhmədovun bu qədər mal-mülkünün olmasına baxmayaraq, hətta bir şəhid ailəsinin də əmlakına göz dikib: «Onun adı birinci dəfə deyil mülk qalmaqalında hallanır. Onun adından danışan adamlar hələ 10 il əvvəl mənim mülkümü əlimdən alıblar”.

Bildirək ki, şikayətçi Şəhla Əhmədovanın həyat yoldaşı Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub: “Mərhum dövlət başçısı Heydər Əliyevin tapşırığı ilə 1998-ci ildə şəhid ailələrinə torpaq sahəsi ayrılan ərəfədə mənə də Nizami Rayon İcra Hakimiyyətinə müraciət etmək tövsiyə olundu. Mən düşündüm ki, nəsə bir fərqli iş görmək, maraqlı bir fəaliyyətlə məşğul olmağa imkan verən bir yerdə torpaq sahəsi alım. Nizami rayonunda yaşadığımdan Rüstəm Rüstəmov və Çobanzadə küçələrinin kəsişməsindəki - 2045-ci məhəllədə bir avtobus dayanacağının qurulması və orada əhaliyə xidmət məntəqəsinin təşkil olunmasına razılıq verilməsi üçün müraciət etdim. Nizami Rayon İcra Hakimiyyətinin o zamankı başçısı Eldar Əzizovun təqdimatı əsasında 15 may 1998-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Rəfael Allahverdiyevin 15.05.1998-ci il tarixli sərəncamı ilə 2405-ci məhəllədə mövcud avtobus dayanacağının yenidən qurulmasına və əhaliyə xidmət məntəqəsinin təşkilinə icazə verildi. Bu işin təşkili üçün mənə sənəd üzərində 12 sot yer ayırdılar. Lakin reallıqda ora cəmi 5 sot idi. Prezidentə müraciətimdən sonra daha 7 sotu da özümə verdilər”.

Lakin Şəhla Əhmədova həmin torpaq sahəsindən istifadə edə bilməyib: “Oranı hədə-qorxu və aldatma yolu ilə 2002-ci ildə əlimdən aldılar. Həmin vaxt Heydər Əliyevin sağlamlıq durumunda problemlər yaranmışdı, mənim ona müraciətlərim təəssüf ki, ünvanına çata bilmədi. Bundan istifadə edərək də, mülkümü mənimsədilər. Həmin torpaq sahəsində ”Dan Ulduzu" restoranı və ona aid bir neçə tikili inşa olunub. Mənə həmin 12 sot torpaq sahəsi verildiyi ərəfədə sənədləşmə işlərinə etibar etdiyim yaxın bir insan köməklik göstərirdi, halallıq üçün torpağın 5 sotunu ona pay verdim. Məndə qalan 7 sot ərazidə isə bir avtobus dayanacağının qurulması və 3 iaşə obyektinin inşası üçün razılıq verilmişdi. Qalan 7 sotu hasara alan kimi mənə təzyiqlər başladı. Nizami Rayon İcra Hakimiyyətinin o zamankı başçısı Eldar Əzizov (indi Sumqayıtın başçısıdır-red.) gecə ikən oranın hasarını, tikilini dağıtdırdı. Ardınca mənə müxtəlif adamlar zəng etməyə başladılar ki, ərazini bizə sat, onsuz da oradan istifadə etməyimə imkan verilməyəcək. Məni kimsəsiz olduğum üçün hədələdilər, qorxutdular, azyaşlı oğlumla təhdid etdilər. Obyektin qiyməti azı 150-200 min dollar olduğu halda, məni təhdid altında oranı 12 min dollara satmağa məcbur etdilər. Cinayətlərini aşkar şəkildə həyata keçirə bilmədikləri üçün mülkü alqı-satqı yolu ilə deyil, borc müqaviləsi əsasında əlimdən aldılar. Əli Aslanov adlı bir nəfər gəlib mənimlə borc müqaviləsi bağladı ki, guya mənə 12 min dollar borc verib. Sonra da mənə bir kağıza qol çəkdirdilər ki, guya 12 min dolların əvəzində torpağımı onlara verirəm. Amma bunları mənə zorla etdiriblər, etdiyim şikayətlərə də baxan olmadı. Mənə birbaşa YAP-çı deputat Əli Əhmədovun adından təzyiq göstərdilər, azyaşlı oğlumla, başsız qadın olmağımla təhdid etdilər. Nəhayət, bir gün mənə gətirib 12 min dollar verdilər, əvəzində torpağa dair iddiamdan çəkilməyi, sənədləri onlara təhvil verməyimi tələb etdilər. Hətta iş o yerə çatdı ki, mənə 12 min dollar deyil, cəmi 10 min dollar çatdı. 2 min dolları da arada olan bir tanınmış iş adamı götürdü ki, müştərini o tapıb. Əlimdən hədə-qorxu ilə aldıqları yerdə indi “Dan Ulduzu” restoranını tikiblər. O ərazidəki obyektlərin hamısı Əli Əhmədovun adamlarına məxsusdur və onun adından istifadə edərək bu işləri görürlər".

Ş.Əhmədova bildirib ki, şəhid ailəsinin mülkünü belə qeyri-insani yolla əlindən aldıqlarına görə Ə.Əhmədova məktub da yazıb: “Hətta ona belə bir cümlə də yazdım ki, Şəhidlər Xiyabanına gedib məzarlığa gül qoymasın, bu, onun əməli ilə ziddiyyət təşkil edir. Bundan sonra mənə özünü Əli Əhmədovun köməkçisi kimi təqdim edən bir adam açıq nömrə ilə zəng edib hədələdi, təhqir etdi”.

Şəhidin xanımı qeyd edib ki, indi o ya obyektinin qaytarılması, ya da onun real dəyərinin ödənməsi tələbi ilə məhkəməyə şikayət hazırlayır: “Bütün sərəncamlar, sənədlər məndədir. Ən azı bu işi Avropa İnsan Haqları Məhkəməsində udacağıma əminəm. Çox təəssüf edirəm ki, şəhid ailəsinə bu cür münasibət göstərilməsi Avropada müzakirə olunacaq, amma mən buna məcburam. Çünki şəhid olan yoldaşımın yeganə yadigarı olan oğlum artıq həddi-buluğa çatıb, onun xərclərini qarşılamaq mənim boynumdadır”.

Ş.Əhmədova bu məsələyə dair şikayət etdiyinə görə müxtəlif vaxtlarda izləndiyini, hədələrə məruz qaldığını dedi: “Mən ölkə başçısından, hüquq-mühafizə orqanlarından özümün və övladımın da təhlükəsizliyinə təminat istəyirəm”.

Dünən isə redaksiyamıza bu olayla bağlı çox ilgic məlumatlar daxil olub. YAP-dakı qaynaqlardan verilən xəbərə görə, Əli Əhmədov onu ifşa edən şəhid ailəsini ilk əvvəl hədələsə də, sonradan onun «könlünü almağa çalışıb»: «YAP-ın icra katibi hətta pul da təklif edib».

Mənbəmiz bildirdi ki, «Dan Ulduzu» restoranını hazırda çalışdıran şəxslərdən biri şikayətçi düşən şəhid ailəsinə əlavə olaraq 20 min manat pul verib: «Bununla da məsələ yoluna qoyulub. Hər halda, bu faktlar qəzet səhifələrinə yol tapmasaydı, Əli Əhmədov bu cür səxavət göstərməzdi».

Onu da bildirək ki, bununla bağlı həmin şikayətçi ailə ilə əlaqə saxladıq və redaksiyamıza bildirildi ki, əslində Əli Əhmədovun adından onlara 20 min manat-filan verilməyib: "Ola bilsin ki, kimlərsə burada öz marağını yeridir və məqsədli olaraq yanlış məlumat yayır. Amma velə bir şey yoxdur".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru