QIZIL QIRAN MƏMURLARIMIZ
Tarix: 10-10-2013, 11:35 | Çap et
BU BAZAR KİMLƏRİN NƏZARƏTİ ALTINDADIR?Azərbaycanda müxtəlif biznes sahələrində monopoliyaların yarandığı kimsəyə sirr deyil. Müxtəlif sahələrin bir oliqarxın əlində cəmləşməsi təcrübəsi bizdə geniş yayılıb və buna görə də hər hansı monopolyalaşma barədə yeni bir informasiya ortaya çıxanda bu heç kimdə şübhə və təəccüb doğurmur.
Bir müddətdir Azərbaycanın qızıl bazarı ilə bağlı bəzi KİV-lərdə maraqlı iddialar səslənir. İddia müəlliflərinin dediklərinə görə, son aylarda qızıl, brilyant biznesi tam inhisara alınıb. Guya bir neçə məmur xaric, başqalarının ölkəyə qızıl, brilyant, daş-qaş gətirməsi yasaqlanıb. Çeşidli KİV-lərin bildirdiklərinə görə, son vaxtlarda bu bizneslə məşğul olan bir neçə nəfər hətta həbs olunub, onların neçə illər ərzində topladıqları pul əllərindən alınıb və özlərinə də xəbərdarlıq ediblər ki, bu sahəni birdəfəlik unutsunlar. Amma həmin məlumatlar rəsmi olaraq təsdiqini tapmır. Eyni zamanda ölkənin qızıl bazarında bir çox məmurların payı olmasına dair bilgilər guya bu sahədə inhisarçılıq yarandığı ehtimalını sıfıra endirir. Bəs belə məmurlardan kimlərin adlarını qeyd etmək olar? “Unikal” bu suala cavab tapmaq üçün internet üzərindən kiçik bir araşdırma apararaq, qızıl biznesi ilə məşğul olduğu deyilən vəzifəli şəxslər haqqında müxtəlif vaxtlarda ortaya atılan iddiaları ümumiləşdirib. Məlum olub ki, Azərbaycanın qızıl bazarında xüsusi çəkisi olan məmurlardan biri Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovdur. İddia edilir ki, onun yaxın adamları Azərbaycana Rusiya və Dubaydan qızıl gətirirlər. Paytaxtın qızıl satışı həyata keçirilən ticarət mərkəzlərində icra hakiminin qızıl “polka”ları var. “Laçın”, “Lotos”, “Diqlas” və “Mərkəzi Univermaq”da, eləcə də Gənclikdəki qızıl dükanlarında icra hakiminin yaxın adamları onun qızıl biznesini idarə edirlər. Razim Məmmədov Rusiyadakı yaxın tanışlarının vasitəsilə qızılları ordan ucuz qiymətə aldırır və Bakıda satışa çıxarır. İddia edilir ki, qızıl biznesindən milyonlar qazanan icra hakimi həmin pulları tikinti sektoruna yatırır Azərbaycanın qızıl bazarında adı keçən bir başqa məmur isə Mərkəzi Univermağın direktoru, millət vəkili Ərəstun Cavadovdur. Bir müddət əvvəl mətbuatda yer alan informasiyalara görə, Mərkəzi Univermaqda və onun ətrafında, eləcə də şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən qızıl dükanları və sexləri bağlanıb. Həmçinin Mərkəzi Univermaqda və “Moskva” univermağında, “Laçın” Ticarət Mərkəzində qızıl, brilyant satışı demək olar ki, bir əldə cəmlənib. Mərkəzi Univermaqda isə qızıl alveri ilə məşğul olanlar və qızıl sexi sahiblərinin çoxu univermağın direktoru, deputat Ərəstun Cavadovun adamları tərəfindən sıxışdırılaraq sıradan çıxarılıblar. Gənclər və idman naziri Azad Rəhimovun biznes imperiyasına daxil olan mağazalar arasında bahalı zinət əşyalarının, o cümlədən qızıldan hazırlanan əşyaların satışı ilə məşğul olan dükanların olduğu iddia edilir. Ümumiyyətlə, öz mağazalarında dünyanın ən məşhur brendlərinin - "Carrera y Carrera", "Pasquale Bruni", "Leo Pizzo", "Antonini" və s.-lərin məhsullarının satışını təşkil edən Rəhimovun qızıldan hazırlanan məhsulların satışında da keyfiyyətə xüsusi üstünlük verir. Qeyd edək ki, Azərbaycana gətirilən, istər keyfiyyət və istərsə də qiymət sarıdan dünyada xüsusi yeri olan İtaliya qızıllarının satışında əsas pay sahibi kimi məhz gənclər və idman nazirinin adı çəkilir. Ümumiyyətlə, Rəhimovun uzun müddətdir ki, adıçəkilən ölkə ilə bağlı müxtəlif geniş biznes əlaqələri vardır. Onu da deyək ki, vaxtilə Azərbaycanda qızıl biznesinin ən çəkili məmurlarından biri sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev olub. Sabiq nazirin Bakıda qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazalar şəbəkəsinə qeyri-rəsmi nəzarət etdiyi deyilirdi. Onun vəzifəsindən azad edilərək həbsə atılmasından sonra həmin mağazalar şəbəkəsinin də əl dəyişdirdiyinə dair iddialar mövcuddur. Bəzi qaynaqlar iddia edirlər ki, əksər iri məmurlar qızıl biznesində tam pay sahibi olmağa həvəsli deyillər. Əvvəla, qızılın dünya bazarında xeyli bahalaşması, ümumiyyətlə, onun qiymətlərinin oynaqlığı bu sahəyə ciddi investisiya qoymağı kifayət qədər riskli edir. Digər tərəfdən, Azərbaycanda bahalı qızıl alıcıları bunu adətən xarici səfərlər zamanı həyata keçirirlər. Onlar özləri və ya övladları üçün bu cür məhsulu yerindəcə aldıqlarından geriyə qalan müştəri kütləsinin cibi yüksək qiymətə gətirilən məhsulları almağa imkan vermir. Bu səbəbdən də bir çox məmurların qızıl biznesində müdhiş payı olmasına rəğmən, digərləri bu “bazar”a daxil olmağa o qədər də həvəsli görünmürlər. Nəticədə isə təbii inhisarlaşma yaranmış olur.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Bu gün, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Bu gün, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Bu gün, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Bu gün, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Bu gün, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Bu gün, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46 |
|
|
|
• "Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02 |
|
|
|
• PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58 |
|
|
|
• Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02 |
|
|
|
• "Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52 |
|
|
|
|