"İndiyədək travma almağım haqqında arayış əldə edə bilməmişəm" - GİLEY
Tarix: 15-04-2021, 10:51 | Çap et
 Ötən gün redaksiyamıza müraciət edən İkinci Qarabağ müharibəsinin qazisi, Bakı şəhəri, Yasamal rayon sakini, 1996-cı il təvəllüdlü Nurlan Sail oğlu Məmmədov 44 günlük savaşdan sonra üzləşdiyi problemlə bağlı məlumat verib.
Belə ki, Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etdiyini deyən Nurlan Məmmədovun sözlərinə görə, o, ötən ilin oktyabr ayının ortalarında Füzuli istiqamətində yalanıb: “Yaralandıqdan sonra bir neçə kilometr arxada yerləşən səhra tipli səyyar tibb məntəqəsinə yollanmışam. Orada belə uyğun görülüb ki, hospitala getməyim. Qeyd edim ki, ümumilikdə 4 qəlpə yarası almışam, 3-ü sıyırıb, 1-i isə sol ayağıma girib. Tibb məntəqəsində qəlpəni çıxardılar, sarğı qoydular və 2 gün sonra yenidən taborun tərkibinə qatılmışam. Daha sonra döyüş yolum Cəbrayıl, Xocavənd və Şuşaya qədər uzantı. Lakin müharibədən sonra belə bir məsələ ortaya çıxdı ki, hospitalda olmadığım, yəni ordan sənədim olmadığım üçün mənə heç kim travma, yəni döyüşdə xəsarət almağım haqqında arayış vermir”.
Üzləşdiyi problemlə bağlı Müdafiə Nazirliyinə, “Papanin” hospitalı kimi tanınan Silahlı Qüvvələrin Baş Klinik Hospitalına, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinə (keçmiş Salyanski kazarma-red.) müraciət etdiyini vurğulayan qazi bildirib ki, bunun da müsbət nəticəsi olmayıb: “Nəzərinizə çatdırım ki, “Salyanski kazarma”da müharibədən gələn könüllülərlə bağlı bir heyət təyin olunmuşdu ki, problemlər həll olunsun. Orada müraciət etmişəm, amma heç bir müsbət nəticəsi olmayıb. Hərbi hissənin həkimləri deyirlər ki, sənə Forma 11, yaxud travma haqqında arayış vermək üçün bizə hospitaldan sənəd lazımdır. Eyni zamanda, hospital da həmin hərbi hissənin sənədini tələb edir. Məhz buna görə də mən indiyədək travma almağım haqqında arayış əldə edə bilməmişəm. Qeyd edim ki, bu proses təxminən, 4 aydır davam edir. Ancaq hələ də nəticə əldə olunmayıb”.
Sonuncu dəfə bir neçə gün öncə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət etdiyini deyən Nurlan Məmmədovun bildirdiyinə görə, bu dəfə də onu hərbi hissəyə yönəldiblər: “Hərbi hissədən isə deyirlər ki, yenidən “Papanin” hospitalında (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı-red.) tibbi ekspertizaya düşmək lazımdır. Bu üçün də bugünlərdə yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə müraciət edəcəm. Çox güman, orada ərizə yazdıracaqlar və bir həftə gözləyəcəm ki, mənə göndəriş versinlər. Bundan sonra isə artıq “Papanin” hospitalında nə deyəcəklər, özləri bilərlər. Onu da qeyd edim ki, “Papanin” hospitalına gedəndə cərrah demişdi ki, mən nə bilim sən “kravat”dan yıxılıbsan, yoxsa bu qəlpə yarasıdır. Mənim faktiki olaraq, Qarabağ müharibəsində qanım axıb, ancaq buna baxmayaraq, hərbi biletimə “döyüş ərəfəsində yaralanıb” cümləsini yazdıra bilmirəm”.
Sonda qəzetimiz vasitəsiylə ölkə başçısına müraciət edən İkinci Qarabağ müharibəsinin qazisi Ali Baş Komandan üzləşdiyi problemin həllində yardımçı olmasını xahiş edib: “Biz məhz Ali Baş Komandanın əmri ilə döyüşlərə qatılmışıq və bu səbəbdən də ümid edirəm ki, ölkə başçısı sadə bir sənədə görə bu qədər əziyyət çəkməyimə biganə qalmaz”. //hurriyyet.az//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 3 şirkət daha bazarı tərk etdi
Bu gün, 17:51 |
|
|
|
• İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi – İki problem var
Bu gün, 17:47 |
|
|
|
• Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir - ÇÜNKİ...
Bu gün, 17:45 |
|
|
|
• Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Bu gün, 17:44 |
|
|
|
• “Araz Supermarket”də yeni təyinat olub - DOSYE
Bu gün, 17:42 |
|
|
|
• Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
Bu gün, 17:40 |
|
|
|
• STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 17:38 |
|
|
|
• Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Bu gün, 17:32 |
|
|
|
• "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:28 |
|
|
|
• "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Bu gün, 17:22 |
|
|
|
• Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Bu gün, 17:20 |
|
|
|
• Ermənistanın təhlükəli diplomatik oyunu
Bu gün, 17:15 |
|
|
|
• İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Bu gün, 17:12 |
|
|
|
• Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Bu gün, 17:08 |
|
|
|
• Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 17:01 |
|
|
|
• Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Bu gün, 16:57 |
|
|
|
• Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Bu gün, 16:53 |
|
|
|
• Beh alıb, məclisə getmədi
Bu gün, 16:48 |
|
|
|
• Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Bu gün, 16:45 |
|
|
|
• “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58 |
|
|
|
• Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22 |
|
|
|
• "Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18 |
|
|
|
• Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15 |
|
|
|
• Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12 |
|
|
|
• “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10 |
|
|
|
• Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42 |
|
|
|
• “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01 |
|
|
|
• “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47 |
|
|
|
• İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41 |
|
|
|
• Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
• Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33 |
|
|
|
• "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31 |
|
|
|
• 5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25 |
|
|
|
• PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22 |
|
|
|
• Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19 |
|
|
|
• Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09 |
|
|
|
• Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01 |
|
|
|
• "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59 |
|
|
|
• 38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46 |
|
|
|
• Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44 |
|
|
|
• İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31 |
|
|
|
• “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21 |
|
|
|
• Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19 |
|
|
|
• Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08 |
|
|
|
• TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58 |
|
|
|
|