Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                 

“Sahil - S İnşaat”dan MİSİLSİZ FIRILDAQ... - Çarəsiz sakinlərdən MÜRACİƏT
Tarix: 25-08-2021, 10:13 | Çap et
“Sahil - S İnşaat”dan MİSİLSİZ FIRILDAQ...
Azərbaycanda mənzil fırıldağı qədim və köhnə “peşə”lərdən biridir. Bu nalayiq hərəkətə görə isə heç kəsi bağışlamırlar. Çünki ev bizim xalq üçün müqəddəs dəyərdir. Ona əl uzadanın qolunu kəsir, dəmirbarmaqlıqlar içinə salırlar. Bizdə kiməsə ziyan salmağa, aldığın borcu qaytarmamağa, rüşvətə görə bəlkə də göz yumub keçərlər, amma insanlar evinin əlindən alınmasını, ocağına toxunulmasını əsla əfv etmir.
Elə bu minvalla ötən illər ərzində neçə-neçə tikinti firmalarının sahiblərinə dələduzluq ittihamı ilə dörd hücrəli “ev” bağışlanıb ki, kifayət qədər “istirahət” etsinlər. Amma deyəsən, yenə “gözü çıxmış qardaş”dan ibrət götürməyənlər var. Onlara dərs olmur ki, nə dövlət, nə vətəndaşlar sənin bu qanunsuz hərəkətlərinə sona qədər səbr edəcək.
Məsələn, onlardan biri Bakının Yeni Günəşli ərazisində yerləşən “Sahil - S İnşaat” Mənzil Tikinti Kooperativi (MTK) və rəhbəri Allahverdiyev Taley Şamil oğludur. Şirkət payçılara satdığı mənzilləri geri almağa, ya da müqaviləyə əsası olmadan düzəliş edərək qiymətləri dəyişməyə çalışır.
Halbuki belə absurd və özbaşına qərar dünyanın heç bir yerində ola bilməz. Şirkət vətəndaşla müqavilə bağlayıb mənzili satırsa, şərtlərə hər iki tərəf əməl etməlidir. Amma “Sahil - S İnşaat” MTK və sahibi T.Allahverdiyev müqavilənin şərtlərini pozaraq cəngəllik qanunlarına istinad edir. Hazırda MTK-nın Yeni Günəşlinin A-B massivində inşa etdiyi binada tikinti tam dayandırılıb və vətəndaşlara hərbə-zorba gəlirlər, ya mənzillərdən imtina etməlidirlər, ya da firmanın təklif etdiyi yeni tariflərlə razılaşmalıdırlar. Belə ki, bir kvadrat metrini 900 manatdan alan sakinlərə deyilir ki, müqaviləyə xitam verilir, yenisi imzalanır və kvadratı 1050 manatdan hesablanır. Bir sözlə, tam qanunsuzluq, dərəbəylik, anarxiya...
Bununla bağlı şirkətdən mənzil alan sakinlər, o cümlədən onlardan biri olan Anaxeber.info-nun baş redaktoru Azər Talıbov artıq Baş Prokuror Kamran Əliyevə media vasitəsilə müraciət ünvanlayıblar.
Sakinlərin üzləşdiyi problemlə bağlı danışan A.Talıbov Baş Prokurorluqdan xahiş edir ki, təcili şəkildə araşdırma aparılsın və “Sahil - S İnşaat” MTK-nin bu fəaliyyəti təftiş olunsun.
Baş redaktor inanır ki, bundan öncəki illərdə olduğu kimi, Baş Prokurorluq yenə də mənzil fırıldağını obyektiv araşdıracaq. Onun bildirdiyinə görə, şirkət onun çağırışına məhəl qoymayan mənzil sahiblərini məhkəmə ilə hədələyir.
Sakinlər K.Əliyevə müraciətdə qeyd edirlər ki, T.Allahverdiyevin sahibi olduğu firma mənzil alanları bir-bir çağırır, onlardan ya mövcud müqaviləyə xitam verilməsini, ya da yeni qiymətlərlə müqavilənin təzələnməsini tələb edir.
“Cənab Baş Prokuror, biz alnımızın təri, zəhməti ilə pul yığıb ev-eşik sahibi olmaq istəmişik. Bu şirkətlə müqavilə bağlayıb ev sahibi olanda sevinmişdik ki, nəhayət, kirayələrdən canımız qurtarır. Amma çox çəkmədi ki, sevincimizi ürəyimizdə qoydular.
Bir müddət sonra şirkət tikintini dayandırdı, sonuncu mərtəbəni indiyə qədər inşa edib təhvil verməyiblər. Biz dəfələrlə müraciət etdik, tikintinin davam etdirilməsini tələb elədik, amma maliyyə problemi ilə əlaqələndirib iş görmədilər.
İndisə yeni problemlə üzləşmişik, şirkət nəinki tikinti aparmır, mənzilləri təhvil vermir, üstəlik, müqavilələrə xitam verir, yeni qiymətlər irəli sürür. Bununla kim razı olmursa, məhkəməyə verilir və mənzilinin əlindən alınacağı ilə təhdid olunur.
Bu nə özbaşınalıqdır? Hansı əsasla məhkəməyə müraciət edə bilərlər? Bizim mənzilləri təhvil verməməyi az deyil, hələ məhkəmə ilə qorxudurlar.
Cənab Baş Prokuror, biz inanırıq ki, müraciətimizə qısa zamanda reaksiya verəcəksiniz və iş araşdırılacaq. Şirkətin bizə qarşı etdiyi bu haqsızlıq və dələduzluqla bağlı təcili tədbir görülməlidir. Şirkət vəd etdiyi vaxtda mənzillərin açarlarını sahiblərinə verməliydi. Amma müqavilədə göstərilən şərtlərin heç birinə əməl etmirlər”, - deyə şikayətçilər Baş Prokurora müraciətdə bildirirlər.
Sakinlərdən biri olan A.Talıbov isə deyir ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi “Sahil-S İnşaat” MTK barəsində ilkin istintaq hərəkətlərinə başlamalıdır: “Çünki ortada konkret fırıldaq əməli var və yüzlərlə insanı aldadırlar. Bir binanın bütün sakinləri əsir-yesir qalıb, heç kəs evinə daxil olub təmirə başlaya bilmir.
İndisə yeni tələb irəli sürülməsi tam qanunsuz addımdır. Heç bir şirkət müqaviləni pozub yeni qiymətlər müəyyən edə bilməz. Nə qanun buna icazə verir, nə də ölkənin həm mənzil bazarında, həm valyuta bazarında hər hansı ciddi dəyişiklik olmayıb ki, şirkət böyük zərər etsin, qiymətləri artırsın. Hətta devalvasiya olsa, firma ciddi böhranla üzləşsə belə, yenə də müqaviləyə xitam vermək səlahiyyəti yoxdur.
Mən yüzlərlə sakinin adından cənab Kamran Əliyevdən xahiş edirəm ki, bu işə tez bir zamanda baxılsın. Şirkət rəhbərliyi öz aləmində hesab edir ki, mənzilləri ucuz qiymətə satıb. İndi mənzil alanlara yeni qiymətlər təklif edilir. Amma bunun sakinlərə heç bir aidiyyatı yoxdur.
Əgər ucuz satdıqları qənaətinə gəliblərsə, bunu zamanında ölçüb-biçməli, layihənin smetasına baxıb qərar verməliydilər. Üstündən xeyli vaxt keçib, müqavilə bağlanıb, binanın sonuncu mərtəbəsi istisna olmaqla, qalan mərtəbələr tikilib, şirkətin yadına düşüb ki, qiymətləri artırsın. Həmin vaxt mənzilin bir kvadrat metrinin qiyməti 900 manat idi.
İndi şirkətin rəhbərliyi bizi çağırıb 1050 manatdan müqavilə tələb edir. Sakinlər neçə ildir ki, bu mənzilləri alıb. Nağd alan da var, kreditlə alan da. Bu, açıq-aydın dələduzluqdur. Ona görə Baş Prokurorluqdan bu özbaşınalıqla bağlı araşdırma aparılmasını gözləyirik”.
Sakinlər K.Əliyevə müraciətdə həm də onu xatırladırlar ki, şirkətin sahibi Allahverdiyev Taley Şamil oğlu 2016-cı ildə məsuliyyətə cəlb olunub. O, sərxoş halda avtomobil idarə etdiyi üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cəzalandırılıb. Sakinlər deyirlər ki, içkili vəziyyətdə maşın sürüb özünün və insanların həyatını təhlükəyə atan, məsuliyyətsizlik edən birindən elə bunu da gözləmək olar. Odur ki, sakinlər Baş Prokurorun mənzil fırıldağına son qoymasını xahiş edirlər. Dediyimiz kimi, mənzil fırıldağı köhnə “peşə”lərdən biridir. Bu nalayiq hərəkətə görə isə heç kəsi bağışlamırlar. Çünki ev bizim xalq üçün müqəddəs dəyərdir...

Anaxeber.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru