'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                 

İcra hakimiyyəti və tikinti şirkətindən narazılıq... - “Şikayətimizə baxılmır”
Tarix: 23-11-2021, 09:13 | Çap et
İcra hakimiyyəti və tikinti şirkətindən narazılıq...
"Yaşadığımız binanı 2016-cı ildə sökdülər ki, sizə ev verəcəyik. Pilot layihə olmasına baxmayaraq, beş ildir ki, tikinti yekunlaşmır”.

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında (Azərbaycan Milli Elmlər Akademiyasının köhnə yataqxanası-red) yaşamış sakin Əhəd Hacıyev Meydan TV-yə belə deyir.

Onun sözlərinə görə, binanın inşası "İnşaat Konstruksiyaları” MMC-yə tapşırılsa da, iş çox ləng gedir.

Bina sakinləri məsələ ilə bağlı dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini deyirlər.

Əhəd Hacıyev bildirib ki, aidiyyəti qurumlara şikayət məktubları ünvanlayıblar, lakin hamısı nəticəsiz qalıb: "Çox təəssüf ki, Prezident İlham Əliyevin məmurlar qarşısında qoyduğu tələblər yerinə yetirilmir. Əksinə, sakinlərin şikayətinə baxılmır, ya ümumi cavablar verilir, ya da aldadırlar. Bu başıbəlalı pilot layihəli bina altı ildir ki, hələ də tikilir. Halbuki pilot binalar bir-iki ilə təhvil verilməlidir”.

Əhəd Hacıyev deyir ki, əvvəllər binada 94 ailə yaşayıb. Onları köçürüblər ki, bina tikiləndən sonra mənzillə təmin olunacaqsınız: "Pulu vermişik, lakin binada tikinti işləri getmir. Elə adamlar var ki, evini satıb ki, kvadratına görə ev alsın. Artıq illərdir ki, kirayədə yaşayır. Bu altı il ərzində binada işlərin 50 faizi görülüb. Şirkət deyir ki, tikinti üçün pulumuz yoxdur. Bizi aldadırlar, yalandan vəd verirlər”.

Şikayətçinin sözlərinə görə, Yasamal Rayon İcra Hakimiyyəti də problemlə maraqlanmaq istəmir.

Qurumdan sakinlərə tikinti şirkətini məhkəməyə vermək tövsiyə olunub: "Dəfələrlə icra hakimiyyətinə şikayətə getmişik, başçı ilə görüşmüşük. O, şirkətin rəhbərini çağırıb. Söz veriblər ki, ilin axrına evlər təhvil veriləcək, lakin nəticəsiz qalıb”.

"Şirkətin ofisinə gedirsən, qapısı bağlıdır. Şikayətimizi deməyə adam yoxdur. Yasamal Rayon İcra Hakimiyyətindən əvvəllər cavabdeh olduqlarını deyirdilər. İndi isə deyirlər ki, məhkəməyə verin. Pilot layihəyə görə binadan çıxarılan əhaliyə dövlət zamin durmalıdır. Prosesə Yasamal rayon İcra Hakimiyyəti nəzarət etməlidir”, – deyə o bildirib.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyev Meydan TV-yə bildirib ki, qurum bir neçə dəfə bina sakinləri və tikinti şirkətinin rəhbəri ilə görüş keçirib: "Görüşdə biz vəziyyəti araşdırdıq. Hazırda işlər gedir, proses sürətlənib. Tikinti işləri ilə bağlı konkret vaxt demək olmur. Hava şəraitindən də asılıdır, qış yaxınlaşır. Bina güman ki, gələn il bina təhvil verəcək”.

Şərifzadə 33 ünvanında yerləşən bina 1956-cı ildə istifadəyə verilib. Binada əsasən Milli Elmlər Akademiyasının işçiləri və jurnalistlər yaşayıb.

Bina 2000-ci ildə özəlləşdirilib. 2016-cı ildə Fövqəladə Hallar Nazirliyi və Dövlət Layihə İnstitutu birgə qərarla tikilini qəzalı elan edib, sökülməsi barədə qərar qəbul olunub.

Binadan köçürülən ailələrə kirayədə yaşamağa 1 otaqlı ev üçün 200, 2 otaqlı ev üçün 300, 3 otaqlı ev üçün 350 manat kirayəhaqqı ayrılmışdı.

Yasamal Rayon İcra Hakimiyyətinin saytında 2017-ci ilin onuncu ayında dərc olunan məlumatda bildirilir ki, dövlət büdcəsindən rayonun abadlıq və quruculuq işlərinə 891741 manat, çoxmənzilli 10 yaşayış binasının təmiri üçün 2 milyon 400 min. manat vəsait ayrılıb.

Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına əsasən 2016-2020-ci illərdə Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 18 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi işlərinə başlanıb.

Binalardan biri də Abbas Mirzə Şərifzadə 33 ünvanında yerləşir. On bir binada aparılan inşaat işlərinə 750 nəfər işçi qüvvəsi cəlb olunub.

"İnşaat Konstruksiyaları”, "Ehtibar İnşaat”, "ELİTE CİTY” Məhdud Məsuliyyətli Cəmiyyətləri, "Kristal-Abşeron” və "De-Lyuks” Mənzil Tikinti Kooperativləri tərəfindən qəzalı binaların sakinləri kirayə evlərə köçürülüb, sakinlərə kirayə evlərə görə yeni mənzillərə köçənədək vəsait ödənilməsi təmin edilib.

Pilot layihənin icrasına nəzarət bilavasitə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Dünən, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Dünən, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Dünən, 15:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru