Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                 

Şəhid ailəsi həbsdəki başçıya ALQIŞ ELİYİR... - `Allah Vilyam Hacıyevin ölənlərinə rəhmət eləsin...`
Tarix: 2-08-2022, 10:30 | Çap et
Şəhid ailəsi həbsdəki başçıya ALQIŞ ELİYİR...
"Allah Vilyam Hacıyevin ölənlərinə rəhmət eləsin"...

Bunu biz demirik, İmişli rayon sakinləri deyir. Halbuki, Vilyam Hacıyev də İmişli rayonunda İcra başçısı olduğu dövrdə rayonda bütün sakinlər onun başçı olaraq heç bir işə yaramadığından danışırdılar. Deyirdilər, "Gedirik qəbuluna, dinləyir, "həll edərik" deyir, amma eləmir. Bizi yola verir ". Vilyam Hacıyev vəzifəsindən azad edildikdən sonra məlum olan milyonlarından onun necə, nə üçün və hansı istiqamətdə işlədiyi də aydın oldu. Amma, iş burasındadır ki, onun yerinə həmin vəzifəyə təyin olunan yeni icra başçısı Elçin Rzayevin isə ümumiyyətlə kimsəni qəbul etməməsindən gileylənirlər. "Heçolmasa Vilyam Hacıyev kimi mehriban dinləyib, yola verməyi də bacarmır" deyirlər. Əslində bu mövzuda onu qınamaq da olmur. Vilyam Hacıyevin kifayət qədər bu vəzifə üzrə təcrübəsi var idi. Ona görə də sakinlərin özü demişkən, "hamının damarını tuta bilirdi". Elçin Rzayev isə uzun müddət icra başçısının müavini işləsə də, bəlli ki, müdiri ona işin sirlərini - yəni insanları "yola verməyi" öyrətməyib. Elə görüb ki, başçı tədbirlərə gedir, Elçin Rzayev də aradabir "komanda"sını toplayıb başına, gedir 5-6 şəhid evini ziyarət edib, 10-15 şəkil çəkdirib, qayıdıb girir "iqamətgah"ına. Şəhid evini ziyarətdən gələn başçı, qapısında saatlarla, bəzən də günlərlə gözləyən şəhid ailələri, qaziləri qəbul etmir. Hər halda sakinlər özləri belə deyir.

Onların məsələsinə baxmalı olan - Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İltizam Quliyev qəbul edir, dinləyir, sonra da "heç Türkiyədə şəhid ailələri dövlətdən heç nə istəmir. Mən də sizin kimi dövlətdən pul alıram, evim də var, maşınım da var, dolanıram da" deyə, utandırıb, yola salır.

Yeri gəlmişkən, deyilənə görə bir dəfə bu cür utandırmanın 15 gün müddəti var. 15 gündən tez İltizam Quliyev qəbul edib xəcalət vermir. Deyirlər "sən burdan təzə getmisən. Növbədə adam hələ çoxdur. Get, 15 gündən sonra gələrsən".

Amma, təəssüflər olsun ki, şəhid ailəsinə vurulan o tənənin təsiri nəinki 15 gün, heç 15 il də keçsə, silinməsi mümkünsüz dərin iz buraxır. Nə yazıq ki, bu gün "fırlanan kürsü"də əyləşən səlahiyyət sahibləri bunu dərk etmirlər...

Rayonda boş yataqxanalar, sosial mənzillər olduğu halda, ikinci Qarabağ müharibəsi qazısı Nahid Şıxalıyevə kirayə pulu ödəmək imkanı olmadığından, müvəqqəti yaşaması üçün bircə otaq belə verilməsini təmin etmir icra hakimiyyəti. Deyirlər, "boş ev yoxdur". "Arvadının babasından qalma" yeni tikili boş binanın birini Vilyam Hacıyev satdı, amma qalan digər bina və köhnə yataqxanalarda 10-larla boş mənzillərdən birini müvəqqəti yaşaması üçün müharibə iştirakçısına, daha doğrusu vətən qazisinə vermək çoxmu çətin idi icra hakimiyyəti üçün?

Yaxud da "DogruXeber.az" redaksiyasına müraciət edən şəhid ailəsi Babaşova Adilə Novruz qızının şikayətini təmin etmək, bapbalaca torpaq sahəsinin sənədlərinin hazırlanmasında köməklik göstərmək bir rayonun rəhbərliyi üçün mümkünsüz idimi?

Əgər, mümkün deyilsə, o zaman Mеmarlıq və tikinti şöbəsinin müdiri Nazim Rəsulov hansı əsasla Adilə Babaşovadan 300 (üç yüz) AZN pul tələb edib?

Yaxud, mümkün olduğu halda sözügedən məbləği hansı əsasla istəyib?

Qeyd: Yeri gəlmişkən, məlumatda Nazim Rəsulovun və rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rahim Zaidovun işinin hazırda korrupsiyada olduğua bildirilir.

Üstəlik də videoda da gördüyünüz kimi, şəhid xanımı Adilə Babaşova bildirir ki, ona məxsus - bələdiyyə sənədi və keçmiş İcra başçısının sərəncamı olan bir neçə sotluq torpaq sahəsində tikinti aparılması üçün İcra Hakimiyyəti icazə vermir. Hətta, tikintiyə başlayıb, başa çatmaq üzrə olduğunda icra hakimiyyəti tərəfindən əraziyə polis əməkdaşları cəlb olunub və tikinti dayandırılıb.

Şikayətçinin sözlərinə görə, "İcra başçısı Elçin Rzayev də "uşaq başı aldadırmış kimi", "Lap mən sənə desəm də get tik, ora qaz, işıq, su verilməyəcək", deyə özünü "yaxşı adam" kimi göstərməyə çalışıb".

Adilə Babaşova isə bildirir ki, həmin ərazidə, ona məxsus kiçik torpaq sahəsinin yanında rayonun axunduna məxsus çörəkbişirmə müəssisəsi və mərasim evi fəaliyyət göstərir ki, Elçin Rzayevin özünün etirafına görə onlar da, eyni zamanda orada tikilən digər yaşayış evləri də sənədsizdir.

Yeri gəlmişkən, "DogruXeber.az"a rayon sakinləri tərəfindən daxil olan məlumata görə İmişli rayonunun Xanhüseyn Bəylərov küçəsində - Rayon Mərkəzi Xəstəxanasının yanında yerləşən sözügedən bu yer əvvəllər istirahət parkı üçün nəzərdə tutulmuş yaşıllıq ərazi olub. Rayonun tanınmış iş adamlarından biri olan Aslan adlı şəxs bir neçə il əvvəl həmin ərazini İcra Hakimiyyətindən (sənədsiz) satın alıb. Aldıqdan sonra ərazidəki yaşıllıq ağacları bir gecənin içərisində kəsilib, ərazidən daşınıb və həmin ərazi boş torpaq sahəsi kimi hissə-hissə müxtəlif şəxslərə satılıb. İndi orada bir neçə yaşayış villaları var. Həmçinin, "Elçin uşaq bağçası, axunda məxsus çörəkbişirmə müəssisəsi, mərasim evi, market və bu kimi iaşə obyektləri fəaliyyət göstərir.

Özü də həmin ərazi rayon sakinləri arasında "Milyonçular məhəlləsi" kimi tanınır ki, bu da orada torpaq sahəsinin rayonun digər ərazilərinə nisbətən baha qiymətə satıldığı, orada tikilən evlərin 2-3 mərtəbəli villalar olduğu üçün sakinlər tərəfindən verilmiş addır.

P.S: Şəhid ailəsi Adilə Babaşovanın müraciətini yayımlamadan əvvəl Mеmarlıq və tikinti şöbəsinin müdiri Nazim Rəsulov ilə telefon əlaqəsi saxladıq və vətəndaşın narazı olduğu durumu diqqətinə çatdırdıq. Eyni zamanda, bu durum hər zaman problemli və imtiyazlı şəxslərin yanında olan "DogruXeber.az" üçün də həssas mövzu olduğu üçün şəxsən öz adımızdan da problemin həllində yardımçı olması və şəhid xanımının icra başçısının fərdi qəbulunda olması üçün köməklik göstərməsini xahiş etdik. O başçının qəbul günlərinin hər həftənin dördüncü günü olduğunu, başqa günlərdə bunun mümkün olmadığını bildirdi və fərdi qəbul üçün şərait yaradacağını qeyd etdi. Adilə Babaşova deyilən vaxtda yenidən İcra Hakimiyyətində oldu. Bəli, fərdi görüş təşkil edildi. Təbii ki, məsələyə aidiyyatı olan digər işçilərin iştirakı ilə baş tutan görüşdə, Elçin Rzayev yenə də sənədlərini düzəltməsini tövsiyyə edib, yola salıb.

Halbuki, xanım elə sənədlərin hazırlanmasında köməklik göstərilməsi və tikintini davam etdirməsinə icazə verilməsini xahiş etmək üçün oraya üz tutmuşdu.

Videomaterial yayımlandıqdan sonra isə sosial şəbəkədə rəy bölməsində İmişli rayon İcra Hakimiyyəti məsələyə bucür münasibət bildirib.

"İmişli şəhər sakini, şəhid ailəsi Babaşova Adilə Novruz qızı tərəfindən şəhərin Xanhüseyn Bəylərov küçəsinin sağ hissəsində yerləşən 120 kv.metr torpaq sahəsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən müvafiq icazə sənədləri və Tikinti üçün Layihə Sənədləri Sisteminin tələblərinə uyğun tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi hazırlanmadan qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı müəyyən edilmiş və tikinti işləri dayandırılmışdır. İlkin mərhələdə nəzərdə tutulan obyektin tikintisi ilə əlaqədar yuxarıda qeyd olunan sənədlərin hazırlanması ilə bağlı A.Babaşovaya ətraflı izahatlar verilmişdir. Eyni zamanda A.Babaşova Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olarkən obyektin tikintisi üçün tələb olunan icazə sənədlərinin hazırlanmasında ona təkrar izahatlar verilmiş və sənədlərin hazırlanması ilə bağlı bu işlərdə ona dəstək olunacağı bildirilmişdir."

Daha bu dəstəyin nə vaxt göstəriləcəyi, ümumiyyətlə göstərilib - göstərilməyəcəyi, bugünə qədər niyə göstərilmədiyi sual olaraq qalır.

Mövzuya qayıdacağıq və növbəti yazıda İcra Hakimiyyəti binasının qarşısındakı Heydər Əliyev adına istirahət parkında qurudulmuş ağaclar, yığışdırılmış oturacaqlar, parkın iyrənc, antisanitar vəziyyətdə olan ayaqyolusu və bu kimi digər problemlərdən, eyni zamanda bəzi vəzifəli şəxslərin sahib olduqları əmlaklardan da bəhs edəcəyik .

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru