Ruslan Əliyevin `Açıq Mikrofon`larının QAPALI TƏRƏFLƏRİ - İLGİNC
Tarix: 24-01-2023, 15:19 | Çap et
 Ruslan Əliyevin “Azəriqaz” İstehsalat Birliyinə rəhbər təyin olunmasından sonra ümid edirdik ki, nəhayət rastlaşdığımız problemlər mərhələli şəkildə öz həllini tapacaqdır. Ölkədə həyata keçirilən geniş miqyaslı islahatların fonunda Texnika üzrə Fəlsəfə doktoru olan Baş direktorun strateji əhəmiyyət daşıyan sektora rəhbərlik etməsi ilk baxışda uğurlu görünsə də sonradan baş verənlər onun digərlərindən fərqlənmədiyi barədə neqativ rəyin ortaya çıxmasına səbəb oldu. Ruslan Əliyev və komandası şəffaf işlədiklərini ictimai rəyə sırımaq üçün bir çox kreativ layihələrə start verməklə bu sahədə yeniliklərə imza atdıqlarını sübut etməyə cəhd etdilər. Məsələn, ”Açıq mikrofon” adı altında aksiyalar, bölgələrdə istehlakçılarla mənasız görüşlər, ”Qaynar xətt” bölməsində çalışan xanımların yerində əyləşərək “poz”vermək və s... Bu yaxınlarda rastlaşdığımız mənzərə “Azəriqaz”da əslində nələrin baş verdiyini tam çılpaqlığı ilə ortaya qoydu. 04.01.2023-cü il tarixində smart kart vasitəsilə sayğaca pu ödənişi edərkən aydın oldu ki, ödədiyimiz məbləğdən borc adı ilə vəsait silinib. Məlumat üçün bildiririk ki, smart tipli sayğaclarda məbləğ bitərsə avtomatik olaraq mavi yanacağın verilişi dayanır. Yalnız əlavə vəsait yüklənəndən sonra qazın verilişi bərpa olunur. Mexaniki sayğaclardan fərqli olaraq smart tipli sayğaclarda borc yaranması mümkün deyil. Anlaşılmazlıq yarandığını güman edərək, ”Azəriqaz”a müraciət etmək qərarına gəldik. İlkin olaraq qaynar xəttı yığmağa cəhd etdik. Bir neçə saat ərzində telefon zənglərimizə cavab verən tapılmadı. Məcburiyyət qarşısında qalaraq Whatsapp üzərindən problem barəsində məlumat verdim. Bir neçə saatdan sonra bizə cavab olaraq bildirildi ki, yerli qaz təchizatı idarəsinə müraciət edin. Abşeron Qaz İstismarı İdarəsində görüb müşahidə etdiyimiz acınacaqlı mənzərədən dəhşətə gəldik. Onlarla abonent müxtəlif problemlərlə bağlı sözün həqiqi mənasında etiraz aksiyası keçirirdi. İdarənin əməkdaşları isə şikayətçilərin əlində aciz qalmışdı. Nə şikayətçilərin haqlı narazılıqlarına cavab verə nə də, əsəbləri tarıma çəkilmiş insanları sakitləşdirə bilirdilər. Ən acınacaqlısı o idi ki, hər kəs yüksək səslə soruşurdu - “Dövlət hara baxır???” Bəli, vətəndaş “Dövləti “ köməyə çağırırdı. Anladıq ki, bu idarədə bizi qəbul edib dinləyəcək kimsə tapılmayacaq. Ona gorə də “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Eldəniz Vəliyevə telefon açaraq rastlaşdığımız problem barədə ətraflı məlumat verdik. Nəhayət, bu qurumda şikayətçini dinləyəcək bir nəfərin olduğuna sevinsək də aldığımız cavab bizi məyus etdi. Eldəniz Vəliyev bildirdi ki, smart tipli sayğaclarda klapanların tutulması nəticəsində bəzən itkilər olduğu üçün istehlakçiya əlavə vəsait hesablanır. Məhz bu səbəbdən sizdən əlavə vəsait tutulur. Sayğacda yaranmış xətaya görə istehlakçı nəyə görə cərimə ödəməlidir deyə verdiyimiz suala isə E.Vəliyev bu barədə məhkəməyə müraciət edə bilərsiniz cavabını verdi. Baş verənləri təhlil edərək gəldiyimiz qənaəti oxucularımızın və müvafiq dövlət qurumlarımızın diqqətinə çatdırırıq.
1. Ruslan Əliyev rəhbərlik etdiyi qurumu korrupsiya yuvasına çevirməkdədir 2. Sayğaca kənar müdaxilə olmadığı ,dövlət möhürü pozulmadığı halda nəyə gorə istehlakçıya əlavə vəsait yazılmalıdır? 3. Sayğacda yaranmış texniki nasazlığa görə məsuliyyəti kim daşıyır? 4. Abonentin xəbəri olmadan küçədə quraşdırılmış sayğaca müdaxilə edərək cərimə yazmaq nə dərəcədə qanunidir? 5. Nəzərə alsaq ki,ölkədə milyonlarla abonent var onda,bu metodlarla yığılan milyonlarla vəsait kimlərin ciblərinə axır? Göründüyü kimi rastlaşdığımız mənzərə R.Əliyevin tətbiq etdiyi qanunsuz gəlir mənbələrindən sadəcə biridir. Mavi yanacağa tətbiq edilən limitdən və mövcud baha qiymətdən əziyyət çəkən əhalini bu yollarla dövlətdən narazı salmaq kimin ağlının məhsuludur? Havaya sovrulan və mənimsənilən milyonların yerini doldurmaq üçün gizli şəkildə vətədaşların ödənişindən əlavə pullar tutaraq onları məhkəmələrə istiqamətləndirməyin adı nədir?Belə çıxır ki, Prezidentin etimad edərək vəzifələrə təyin etdiyi kadrlar onun tapşırıqlarını və tövsiyyələrini qulaqardına vururlar. İndi aydın olur ki, dünyaya qaz satan olkənin vətəndaşları nəyə görə hələ də mavi yanacaqsız qalıb. Mövcud qiymətlərlə gəlirlə işləməli olan “Azəriqaz”da yeyintilər o həddə çatıb ki, artıq abonentləri şərləyərək pu toplamağa başlayıblar. Bunun adı CİNAYƏTDİR! Psixoloji və emosinal durumu yerində olmayan insanları dövlətə qarşı qaldırmaqdır. Ruslan Əliyevin törətdiyi qanunsuz əməllərdən birini “Açıq mikrofonsuz” yuxarı qurumların diqqətinə çatdırdıq. Neçə ki gec deyil, hüquq-mühafizə orqanları Ruslan Əliyevin fəaliyyətini araşdırmalıdırlar. Təcrübə göstərir ki, sonradan itirilmiş milyonları geri qaytarmaq çox çətin olur.
Adekvat.az Araşdırma qrupu


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Bu gün, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Bu gün, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Bu gün, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Bu gün, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Bu gün, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Bu gün, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46 |
|
|
|
• "Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02 |
|
|
|
• PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58 |
|
|
|
• Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02 |
|
|
|
• "Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52 |
|
|
|
|