Saleh Səmədovun "9 May" tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                 

“Regional idarənin rəisinin təzyiqi ilə direktor haqqında rəy yazdım” - NARAZILIQ VAR!
Tarix: 30-03-2023, 09:39 | Çap et
“Regional idarənin rəisinin təzyiqi ilə direktor haqqında rəy yazdım”
Şəmkir rayon sakini Gülnar Rüstəmova saxta əmr əsasında işini itirdiyini deyir. O, rayonun Sabirkənd orta məktəbinin direktoru olub, 2022-ci il sentyabrın 5-də vəzifəsindən azad edilib. Onun sözlərinə görə, saxtakarlıq nəticəsində təkcə direktorluqdan yox, ümumiyyətlə, pedaqoji faəliyyətdən uzaqlaşdırılıb.

“Yeganə gəlir yerim işlədiyim məktəbdən aldığım maaş idi. Onu da Elm və Təhsil Nazirliyinin sayəsində itirdim. Direktorluqdan uzaqlaşdırıldım, bəs mənim müəllimliyim necə olsun? Məni müəllim kimi də işləməyə qoymurlar. Mən uşaqlarımı saxlaya bilmirəm…”, – Gülnar Rüstəmovanın sözləridir.

“Məhkəmə də saxtakarlığa göz yumdu”

Sabirkənd orta məktəbi Qarabağ döyüşlərində həlak olmuş şəhid Sahib Rüstəmovun adını daşıyır. O, Gülnar Rüstəmovanın əmisi oğludur:

“İllərlə o məktəbdə müəllim işləmişəm. Ən çox bal toplayan müəllimlərdən biri olmuşam. 2019-cu ilin sentyabrından məktəb direktoru kimi fəaliyyət göstərmişəm. Bu imtahanda da 60 mümkün baldan 54-nü toplamışam. Dövlət İmtaham Mərkəzinin “marker” müəllimiyəm”.

Gülnar Rüstəmova deyir k, onun işdən azad edilməsilə bağlı Həmkarlar Təşkilatının rəyi Şəmkir rayon Təhsil İdarəsinin rəhbərliyi tərəfindən təzyiq əsasında alınıb. Onun sözlərinə görə, təşkilatın iclası keçirilməyib. Rəyin alındığı tarix 16 iyun 2022-ci il göstərilsə də, əslində, həmin vaxt verilməyib.

“Təhsil İdarəsinin rəhbərliyinin qərəzinin, qanunsuzluğunun qurbanı olmuşam. Mənimlə bağlı baş verən qanunsuzluqlar, saxtakarlıqlar göz deşir, heç bir çərçivəyə sığmır. Çox təəssüf ki, məhkəmə də bunlara göz yumdu…”.

“Regional idarənin rəisinin təzyiqi ilə direktor haqqında rəy yazdım”

Gülnar Rüstəmova onun haqqındakı əmrin ləğvi və işə bərpa tələbilə Bakının Nərimanov Rayon Məhkəməsinə (Elm və Təhsil Nazirliyi bu rayonun ərazisində yerləşdiyinə görə) müraciət etsə də, iddiası təmin olunmayıb.

Məhkəməyə Şəmkir rayonu üzrə Təhsil sektorunun Həmkarlar Təşkilatının sədri Zülfiyyə Əhmədovanın ərizəsi də təqdim olunub. O, ərizəsində göstərib ki, Gülnar Rüstəmova haqqında rəyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdirinin təzyiqi altında yazıb.

“14 iyun 2022-ci ildə Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən məktəbdə monitorinq aparıldı. Monitorinqin nəticəsilə bağlı rəy bildirmək üçün mənə müraciət olundu. Dedilər ki, Gülnar Rüstəmovanın işdən çıxarılması haqda rəy bildirim. Birinci dəfə verdiyim rəylə razı olmadıqlarını dedilər. Regional Təhsil İdarəsi tərəfindən verilən təqdimata uyğun rəy yazmağı tələb edirdilər. Bildirirdim ki, artıq iclas keçirilib, iclasın protokolu var, xeyri olmadı. Təzyiq altında, affekt vəziyyətdə regional idarənin rəisinin tələb etdiyi formada rəy verdim…”, – Zülfiyyə Əhmədova bildirib.

Zülfiyyə Əhmədova məhkəmədə də dindirilib. Ancaq hakim Səbinə Nuriyeva onun dediklərini əhəmiyyətli hesab etməyib.

“Yaxşı ki, elektron məhkəmə sistemi tətbiq edilir. Məhkəm prosesi audio yazı ilə aparılır, ona görə protokolu saxtalaşdıra bilməyiblər. Məhkəmədə hakim niyəsə qanunlara, hüquqa münasibətdə saymazyanalıq nümayiş etdirdi. Heç bir sübuta hüquqi qiymət vermədi. Yalnız Elm və Təhsil Nazirliyinin verdiyi əsassız mülahizələri əsas götürüb, iddiamı təmin etmədi. Halbuki, eyni məhkəmə tam oxşar başqa bir iddianı təmin edib. Bu da açıq-aşkar ayrı-seçkilik…”, – Gülnar Rüstəmova əlavə edib.

O, qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

“Bir tərəfdən şagirdləri tədbirə çağırtdırır, o biri tərəfdən məktəbə yoxlama göndərir”

Məhkəmənin qərarında göstərilib ki, Sabirkənd orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini rayon Təhsil İdarəsinin müdiri Arslan Hacıyevə ərizə göndərib. Ərizə əsasında məktəbin direktorunun fəaliyyəti yoxlanılıb, nöqsanlar aşkarlanıb. Həmin nöqsanlar barədə Həmkarlar İttifaqına təqdimat göndərilib.

Həmkarlar İttifaqı da Gülnar Rüstəmovanın vəzifəsindən azad olunmasına etiraz etməməsi haqda qərar qəbul edib. Bundan sonra Təhsil İdarəsinin Gülnar Rüstəmova ilə əmək müqaviləsinin ləğv olunması barədə əsaslandırması əsasında elm və təhsil naziri əmr verib. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) onunla əmək müqaviləsinə xitam verilib.

Məhkəmədə Elm və Təhsil Nazirliyinin nümayəndəsi deyib ki, məktəbdə yoxlama zamanı dərsə davamiyyət, məktəbdə tədris prosesinin təşkililə bağlı akt tərtib olunub. Həmin aktları da Gülnar Rüstəmova direktor işlədiyi zaman imzalayıb.

“Mənim işdən çıxarılmağımla bağlı səbəblərdən biri guya şagirdlərin, xüsusilə yuxarı siniflərin davamiyyətilə bağlı olub. Bizi 1 iyun – Beynəlxalq Uşaq Günü münasibətilə tədbirə çağırırlar. Həmin vaxt yuxarı siniflərin şagirdləri də orada iştirak edir. Təhsil idarəsinin müdiri bir tərəfdən şagirdləri tədbirə çağırır, həmin vaxt da məktəbə yoxlama göndərib, davamiyyət yoxlatdırır. Bu, məqsədli şəkildə edilmiş bir hərəkətdir”, – keçmiş direktor bildirib.

Meydan TV










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh Səmədovun "9 May" tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Bu gün, 20:54
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Bu gün, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Bu gün, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru