"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                 

"SƏFƏR ƏBİYEVİ DÖYÜŞ ZABİTİ KİMİ TANIMAMIŞAM"
Tarix: 6-11-2013, 08:54 | Çap et
"SƏFƏR ƏBİYEVİ DÖYÜŞ ZABİTİ KİMİ TANIMAMIŞAM"
…Onun ad-soyadını eşidəndə adamın yadına öncə Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədov düşür. Amma o, mücərrəd Böyük Vətən uğrunda deyil, doğma Azərbaycanın ərazi bütövlüyü uğrundakı döyüşlərdə kifayət qədər fədakarlıqlar göstərmiş oğullarımızdan biridir… 1991-ci ildən 2000-ci ilədək həm döyüş, həm də atəşkəs şəraitində hərbi xidmət yolu keçmiş, bu günədək və hazırda Müdafiə Nazirliyində çalışan bir sıra general və zabitlərlə təmasda olmuş istefada olan baş leytenant Gəray Əsədovu "Dəyirman"ımıza "Müdafiə Nazirliyi: dünən, bu gün, sabah" mövzusunu "üyütməyə" dəvət etdik…

Tanıtım: Gəray Xəlil oğlu Əsədov -1968-ci ildə Bərdə rayonunda doğulub. 1986-1988-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Əmək və Sosial Münasibətlər Universitetinin hüquq fakültəsinə daxil olub. Lakin torpaqlarımızın işğal təhlükəsi altında olduğu bir vaxtda vətənə qayıdıb (həmin ali məktəbi ordu sıralarından tərxis olunduqdan sonra bitirib). 1991-ci ilin noyabrından Qarabağ döyüşlərində iştirak edib. 1992-ci ilin aprelindən baş leytenant rütbəsi alıb. 1992-ci ilin iyununda tağım komandiri kimi Ağdərənin işğaldan azad edilməsi üçün aparılan döyüşlərdə yaralanıb. 1992-ci ilin payızında Laçının kəndlərinin azad edilməsində iştirak edən 701 saylı hərbi hissənin 5 saylı taborun qərargah rəsisi təyin olunub. 1993-cü ilin aprelindən 5 saylı taborun ("Bərdə batalyonu") komandiri kimi hərbi əməliyyatlarda iştirakını davam etdirib və 1993-cü ilin avqustundan Ağdam istiqamətindəki döyüşlərdə olub. 1993-cü ilin dekabrında Kəlbəcərdə məşhur "Meydançay" əməliyyatında fəal iştirak edib. Dəniz səviyyəsindən 3700 m hündürlükdə keçirilən bu döyüş əməliyyatı dünya hərb tarixində nadir rast gəlinən bir vuruşma kimi yadda qalıb. 1994-cü ilin yanvar-fevral aylarında keçirilmiş ikinci Murovdağ əməliyyatından sonra həbs edilib. 1 il 6 ay həbsdə qaldıqdan sonra günahsızlığı sübut edilərək azadlığa buraxılıb. 1995-ci ildən Füzuli-Xocavənd istiqamətində "N" saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri olub. 1999-cu ilin sonunda ordudan tərxis olunub. Hazırda Qarabağ Azadlıq Təşkliatı Bərdə rayon şöbəsinin sədri, "Vətənpərvərlər" dərnəyinin üzvüdür.

- Gəray bəy, ilk dəfə nə vaxt Azərbaycanda Müdafiə Nazirliyi(MN) adlı bir qurumun varlığını bilmiş və həmin qurumla təmasda olmusuz?
- Ölkəmizdə MN yaradıldıqdan az sonra 1991-ci ilin noyabrından Bərdədə yaradılmış özünümüdafiə dəstələrinin tərkibində vuruşmuşam. 1992-ci ilin yanvarından isə zabit kimi Nəcməddin Sadıqovun komandiri olduğu 703 saylı briqadada xidmət etmişəm. Qənizadənin başçılıq etdiyi "701" saylı hərbi hissədə isə batalyon komandiri kimi Kəlbəcər-Laçın istiqamətində döyüşmüşəm. Onu deyim ki, sabiq müdafiə naziri Səfər Əbiyevi döyüş zabiti kimi tanımamışam. O həmin vaxtlar əsasən MN Əməliyyat İdarəsinin rəisi işləyirdi. Onu istər Ağdərə, istərsə də Kəlbəcər-Laçın cəbhəsində görməmişəm. Sonradan atəşkəs dövründə müxtəlif bölgələrdə korpus komandiri də olmuşdu. Döyüşlərdə fəallıq göstərən rəhmətlik Şikar Şikarov, Zaur Rzayev, Talıb Məmmədov, Nəcməddin Sadıqov, Aleksandr Vasyak və b. idi.
Xüsusilə, onu qeyd etmək istəyirəm ki, biz keçmiş döyüşçülər Səfər Əbiyevin nazir olduğu 18 il ərzində bir sıra bürokratik əngəllərlə qarşılaşmışıq. Məsələn, 1992-ci ildə yaralanan zabitlərin məzuniyyət pulları hələ də verilməyib. MN Arxivlər İdarəsinə nə qədər sorğu göndəririk, illərlə cavab gəlmir. Halbuki prezidentin dövlət orqanlarına müraciətlər barədəki fərmanına əsasən vətəndaşın müraciətinə 30 gündən gec olmayaraq cavab verilməlidir. Kadrlar İdarəsinin rəisi Məmməd Beydullayev isə kadr məsələsini bərbad vəziyyətə salıb…

- Bəziləri adını çəkdiyiniz slavyan mənşəli Aleksandr Vasyakın MN-də yüksək vəzifəyə təyin olunmasını düzgün saymırlar…
- Məncə, burada slavyan mənşəli olmağın əhəmiyyəti yoxdur. Ağdərə istiqamətində döyüşlərdə Aleksandr Vasyakın göstərdiyi xidmətlərin şahidiyəm. Eyni zamanda, rus zabiti Komarovun Ağdərənin ermənilərdən azad edilməsində artilleriya sahəsindəki xidmətlərini xüsusi qeyd etmək lazımdır. Yəni peşəkarlardan həmişə istifadə etmək gərəkdir. Bu gün də A.Vasyakın MN-də idarə rəisi təyin olunmasında elə bir qəbahət görmürəm. Əsas odur ki, düzgün iş getsin.

- 1991-1994-cü illərdə döyüşlər zamanı MN-dən gələn əmrlərin icrası necə həyata keçirilirdi?
- MN-dən briqada komandirinə döyüş sərəncamı gəlirdi, briqada komandiri döyüş qərarı verirdi, taborlar da konkret döyüş tapşırıqlarını yerinə yetirirdi…

- Elə əmrlər olurdumu ki, yerli relyefə, iqlimə, operativ şəraitə uyğun gəlməsin?
- Bəli, bəzən elə əmrlər olurdu ki, operativ şəraitə qətiyyən uyğun gəlmirdi, elə şəraitlərdə heç məşhur sovet marşalı Jukov da əməliyyat apara bilməzdi. Bəzən hərbi anlayışları olmayan vəzifəli şəxslərin mənəm-mənəmliyi, ambisiyaları ordumuzun uğursuluğa düçar olmasına səbəb olurdu. Məsələn, 1993-cü ilin dekabr-1994-c ilin yanvar aylarında həyata keçirilmiş Murovdağ əməliyyatı… Həmin əməliyyatın uğursuzluğa düçar olmasında sabiq baş prokuror Əli Ömərovun böyük rolu olmuşdu. O, əməliyyat şəraitini nəzərə almadan, hərbçilərin məsləhətini dinləmədən qışın ən şaxtalı vaxtında 3700 m yüksəklikdə döyüş əməliyyatı keçirməkdə təkid edirdi. Eşitdiyimə görə, bir neçə gündən sonra ad günü imiş, istəyirmiş ki, ad gününədək Kəlbəcəri azad etdirsin... Onda briqada komandiri o vaxtkı müdafiə naziri Məmmədrəfi Məmmədova məruzə etdi ki, hava şəraiti hücuma keçməyə imkan vermir, hər gün neçə əsgər donvurmaya məruz qalır... Nazir də əmr verdi ki, müdafiə mövqeyinə keçin. Lakin ertəsi gün Ə.Ömərov gəlib briqada komandirinə əmr verdi ki, hücuma keçməsən, səni həbs etdirəcəyəm. Ondan əvvəl digər briqada komandiri Talıb Məmmədovu həbs etdirmişdi, İsa Qasımovun həbsi üçün isə sanksiya hazırlanırdı. Odur ki, briqada komandiri məcbur olub hücum əmri verdi. Nəticədə 111 nəfər itkin düşdü, 144 nəfər şəhid oldu, 1337 nəfəri isə don vurdu. Buna baxmayaraq, ermənilər bizdən qat-qat çox itkilər vermişdilər...

- Bəzən də əməliyyat şəraiti olduğu halda hücum əmri verilmədiyi və yaxud bəzi hissələrin əmrləri icra etmədiyi hallar da olurdu, eləmi?
- Təəssüf ki, belə də olurdu. Məsələn, 1993-cü ilin mart-aprel aylarında Kəlbəcərin işğalına bilavasitə siyasi rəhbərliyin seyrçi mövqeyi səbəb oldu. Həmin döyüşlərdə iştirak edən, əməliyyat şəraitini bilən bir şəxs kimi əminliklə deyirəm ki, Kəlbəcəri müdafiə etmək mümkün idi. Belə bir strateji cəhətdən əhəmiyyətli bölgənin müdafiəsinə laqeyd yanaşmaq ən böyük cinayət idi... Eləcə də 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarınadək keçirilmiş ikinci Murovdağ əməliyyatı zamanı siyasi intriqalar nəticəsində bəzi hərbi hissələr, bizdən sol istiqamətdə dayanan Rasim Əkbərovun rəhbərlik etdiyi 157 saylı briqada və sonradan MN-də Əməliyyat İdarəsinin rəisi işləyən Eyvaz Cəfərovun başçılıq etdiyi "703" saylı briqada əmrə tabe olmayaraq hücuma keçmədilər. Nəticədə biz mühasirəyə düşərək geri çəkilməyə məcbur olduq... Halbuki biz sərt iqlim və çox ağır relyef şəraitinə baxmayaraq, Kəlbəcərin 22 kəndini azad etmişdik. Və əmrlərin icra olunacağı təqdirdə Kəlbəcəri tam azad edə bilərdik...

- Yeri gəlmişkən, bu ilin əvvəlində Milli Qəhrəman Şahin Tağıyev bir müsahibəsində Murovdağ əməliyyatının uğursuzluğa düçar olmasında Rəsul Quliyevin də böyük rolu olduğunu və bir sıra zabitlərin, o cümlədən, sizin nahaqdan həbs edildiyinizi göstərir...
- Şahin Tağıyevin fikirləri ilə razıyam. O zaman Murovdağ əməliyyatının uğursuzluğa düçar olmasında Rəsul Quliyevin də, bayaq dediyim kimi, Əli Ömərovun da böyük rolu olmuşdu. Yadımdadı, Əli Ömərov qarlı-tufanlı, heç cür hücuma keçməyin mümkün olmadığı bir gündə gəlib briqada komandiri Rəfiyevin üstünə qışqırdı ki, köpəkoğlu, sən hələ burdasan bəs biz prezidentə demişik ki, Yanşaq (Kəlbəcərin kəndi) alınıb. Sən demə, bunlar Heydər Əliyevə yalan məlumat veribmişlər ki, guya Yanşağı azad ediblər. Orada əməliyyata Əli Ömərovla Nəcməddin Sadıqov rəhbərlik edirdi. Ə.Ömərov bilməsə də, N.Sadıqov bir hərbçi kimi bilməli idi ki, bunun axırı faciədir, yəni qışın oğlan çağında 3700 m yüksəklikdə dünyanın heç bir ordusu uğurlu əməliyyat apara bilməz... O vaxt məni əmri icra etməmək adı ilə həbs etdilər. Guya mənə Buzluq dağını götürmək əmri verilmişdi, onu icra etməmişdim. Halbuki, həmin vaxt taborumuzda 500 nəfərə yaxın əsgər var idi, ermənilərin telefon danışıqlarından da məlum olmuşdu ki, onlar Buzluq ətrafına 2000 nəfərə yaxın qüvvə toplayıblar. Ancaq briqada komandiri Elxan Orucov bunu bilə-bilə bizə məlumat verməmişdi. Yəni nizamnaməyə tam zidd olaraq 500 nəfərlik qüvvəni müdafiədə dayanan 2000 nəfərlik düşmən qüvvəsi üzərinə göndərmişdi. Bütün bunlar sonradan məhkəmədə təsdiq edildi və mən bəraət aldım...

- Hərbi əməliyyatlar zamanı əsgərlər arasında və zabit-əsgər münasibətləri necə tənzimlənirdi? "Dedovşina" halları olurdumu?
- Yox, 1994-cü ilədək orduda "dedovşina"-filan söhbətlərinə rast gəlməmişəm. Həmin vaxtlar döyüşçülərin əksəriyyəti Əfqanıstan müharibəsini keçmiş, sovet ordusunda hərbi xidmətdə olmuş xeyli təcrübəli əsgərlər idi. Biz komandirlər çalışırdıq ki, yeni mənəvi-psixoloji və hərbi cəhətdən hazırlıqsız əsgərlər döyüşlərə aparılmasın.
Əksinə, zabit və əsgərlər arasında, eləcə də əsgərlərin öz arasında çox mehriban münasibətlər var idi. Çünki hamı bilirdi ki, qarşımızda düşmən var və hər an bir-birimizi itirə bilərik…

- Bəs "atəşkəs" dövründə vəziyyət necə idi?
- 1999-cu ilədək kəşfiyyat bölüyünün komandiri kimi "dedovşina" halları ilə qarşılaşmadım. Atəşkəs dövründə belə hallar adətən hərbi hissələrdəki "durğunluq"dan, yəni eyni zabit və əsgərlərin uzun müddət bir yerdə qalmasından da irəli gəlir. Həm də indiki zabitlərin əksəriyyəti döyüş zabitləri deyil. Hərbi məktəb, akademiya təcrübəsi ilə döyüş, səhra təcrübəsi eyni deyil… Amma ümumiyyətlə, ordumuzun zabitlərinin səviyyəsi yüksəkdir. Getdikcə səngərlərdən keçib, lokal döyüş təcrübəsi də toplayırlar…

- Orduda qeyri-döyüş itkilərinin nisbətən çoxluğunun əsas səbəbi nədir?
- Atəşkəs dövründə, şahidi olduğum 1994-2000-ci illərdəki qeyri-döyüş itkilərimiz adətən mina patlayışlarından olurdu. Xidmətdə olduğum Haramı düzü ərazisində də belə hallar baş verirdi. 1994-cü ilədək baş vermiş döyüşlər vaxtı ermənilər, yaxud geri çəkilərkən bizimkilər tərəfindən basdırılmış və formulyarda, xəritədə qeydiyyatı olmayan tank, ya da piyada əleyhinə minalar avtomobil, hərbçi, yaxud mülki şəxs keçərkən partlayırdı. Son vaxtlar minaların xeyli hissəsi təmizləndiyindən belə hallar azalıb. Bir də səngərlər qazılan zaman erməni mövqeləri hər yerdə bizdən hündürdə yerləşdiyindən snayperlər əsgərlərimizi vururdu. İndi bu hallar da azalıb. Amma hərdən əsgərlər ehtiyatsızlıqdan, yaxud bir-birilə nizamnaməyə uyğun olmayan münasibətlərdən doğan münaqişələr nəticəsində dünyasını dəyişir. Bu da bəzi hərbi hissələrdə mənəvi-psixoloji tərbiyənin aşağı olmasından irəli gəlir…

- Döyüş yolu keçmiş təcrübəli bir zabit kimi Müdafiə Nazirliyindəki son kadr dəyişikliklərini necə dəyərləndirirsiz?
- Bu dəyişiklikləri çoxdan gözləyirdik. Səfər Əbiyev 18 ildən çox idi ki, nazir idi, amma maddi-texniki təchizat, NATO standartlarına uyğunlaşma baxımından orduda xeyli uğurlar qazanılsa da, bir sıra neqativ hallar aradan qaldırılmayıb. Halbuki bunları aradan qaldırmaq mümkün idi. O cümlədən bayaq bəhs etdiyimiz qeyri-döyüş itkilərini maksimum azaltmaq lazım idi. Düzdür, silahlı qüvvələr nəhəng insan kütləsidir, burada dinc şəraitdə belə, itkilər labüddür. Güman edirəm ki, Ali Baş Komandanın etdiyi son kadr dəyişiklikləri ordumuzda nizam-intizamın daha da möhkəmlənməsinə, bürokratik əngəllərin aradan qaldırılmasına qeyri-döyüş itkilərinin aradan qaldırılmasına gətirib çıxaracaq.

- Gəray bəy, Qarabağın azadlıq yolunu necə görürsüz?
- Hər şey, təbii ki, Ali Baş Komandanımızın məsləhəti, əmri ilə icra olunmalıdır. Ancaq bizim də bir vətəndaş, köhnə döyüşçü zabit kimi öz fikrimiz arzumuz var… Bu 20 ilə yaxın atəşkəs dövründə 3-4 min nəfər hərbçi itirmişik, yəni təxminən bir motoatıcı briqadanın sayı qədər. Amma hücum etsəydik, bəlkə də bütöv Ağdərə rayonunu 1000 nəfərdən də az itki ilə götürərdik... Hazırda ordumuz Qafqazda ən müasir və güclü ordudur. Bütün cəbhə xətti boyu mühəndis-istehkam işləri, kifayət qədər yüksək səviyyədə görülüb; müdafiə istehkamları, blindajlar, uzunmüddətli atəş nöqtələri, minalanmış ərazilər, ikinci eşelon var və s. Belə bir vəziyyətdə biz itki verməli deyilik. Əksinə, döyüşə başlayıb az itki ilə torpaqlarımızı azad etməliyik. Atəşkəs də bizə sərf etmir. Bu nəticəsiz danışıqlar aparan ATƏT-in Minsk Qrupundan-filandan ümumiyyətlə, imtina etmək lazımdır. Müharibəyə başlayıb torpaqlarımızı azad etməliyik. Başqa yol yoxdur…


"SƏFƏR ƏBİYEVİ DÖYÜŞ ZABİTİ KİMİ TANIMAMIŞAM"
"SƏFƏR ƏBİYEVİ DÖYÜŞ ZABİTİ KİMİ TANIMAMIŞAM"
"SƏFƏR ƏBİYEVİ DÖYÜŞ ZABİTİ KİMİ TANIMAMIŞAM"
"SƏFƏR ƏBİYEVİ DÖYÜŞ ZABİTİ KİMİ TANIMAMIŞAM"
"SƏFƏR ƏBİYEVİ DÖYÜŞ ZABİTİ KİMİ TANIMAMIŞAM"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru