ZAKİR HƏSƏNOVLA BAĞLI ŞOK FAKTLAR AÇIQLANDI
Tarix: 13-11-2013, 11:36 | Çap et
TANINMIŞ HƏRBİ EKSPERT NAZİRLİKDƏ KİMLƏRİ HƏDƏFƏ ALDI VƏ NECƏ?DİA.AZ: - Tanınmış hərbçi-ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov, Müdafiə Nazirliyindəki yeni kadr islahatları ilə bağlı yeni şok faktlar açıqlayıb. Ekspertlər sözügedən məlumatları özünü facebook səhifəsində paylaşıb. Statusu DİA.AZ olaraq olduğu kimi sizlərə təqdim edirik. "Dəyərli dostlarım, artıq neçə gündür ki, Müdafiə Nazirliyi (MN) ilə bağlı xəbərləri paylaşmıram deyə, dostlar bərk narahatdırlar. Telefon zənglərinin ardı-arası kəsilmir. İstəyirdim ki, heç olmasa noyabrın 23-nə kimi səbrimi basım və ondan sonra bəzi fikirlərimi bölüşəm. Amma, görürəm ki, MN kimi qurumda çox, özü də çox ciddi səhvlərlə müşayiət edilən kadr təyinatları və yerdəyişmələri həyat keçirilir. Faktiki olaraq, yeni nazir general-polkovnik Zakir Həsənovun hələ vəziyyəti tam nəzarətinə ala bilməməsindən istifadə edərək onun başabəla birinci müavini - Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov istədiyini kobud şəkildə edir və ona dur deyən hələliksə bir kimsə yoxdur. Mənə ünvanlanan saysız-hesabsız müraciətlərdə ordunun içində olan zabit və hətta gələcəyin zabitləri olan müdavimlər, əsgər valideynləri son dərəcə narahatdırlar. Hesab edirəm ki, onlar çox haqlı olaraq öz narazılıqlarını və narahatçılığını bildirirlər. Açığı deyim ki, özüm bu günlər ərzində bilərəkdən heç bir məlumatı paylaşmadım ki, görüm bizim MN-in informasiya siyasətini həyata keçirən dostlar mətbuatla necə işləyirlər. Və ümumiyyətlə işləyə bilirlərmi? Beyləqan Hərbi Birləşməsindəki məlum hadisə ilə bağlı verilən məlumatdan sonra, başa düşdüm ki, deyəsən, kimlərsə konkret olaraq yeni nazir Zakir Həsənovu həm mətbuatın, həm də cəmiyyətin gözündən salmaqda israrlıdırlar. Və onun adından və imzası ilə həyata keçirilən kadr təyinatları da ordu daxilində böyük təəssüf hissi ilə qarşılanır. Peşəkarlar deyil, biznes maraqlarından irəli gələn təyinatlar isə şəxsi heyətdə sabaha ümidsizlik yaradır. Son günlər edilən 2 təyinat haqqında yazacam və digərləri haqqında isə yaxın günlərdə. Uzun illər Respublika Hərbi Komissarlığının Biləcəri Toplanış məntəqəsinin çağırış məntəqəsində çalışmış, baş leytenant rütbəsindən polkovnik rütbəsinə kimi orada vəzifə pillələrini keçən polkovnik Hikmət Xalıqov MN Təşkilat Səfərbərlik İdarəsinin rəis müavini təyin edilməklə rəisin vəzifələrini icra edilməyə buraxılıb. Bu yaxınlara kimi bu vəzifəni general-leytenant Yaşar Aydəmirov icra edirdi. İndi ortaya çox asan və asan olduğu qədər aydın bir sual yaranır. Dünənə kimi, MN-nin Elm, Hərbi Təhsil və Tədris şöbəsində baş zabit olan dostumuz Hikmət Xalıqovun yenidən çağırış məsələlərini həyata keçirilməsində "vacib işlərə" gətirilməsində məqsəd nədir? Cavabını orduda kimi hara və necə yerləşdirilməsini gözəl bilən hər bir Azərbaycanlı əsgər və ya çavuş atası əla bilir. Məqsəd, isə 2014-cü ilin yanvar ayından SQ üzrə bütün çağırışları TAM NƏZARƏTə almaqdır. Allah bazar verməsin!! Dünən isə, nəhayət ki mətbuatın çoxdan gözlədiyi daha bir kadr təyinatı həyata keçirilib. Adı sabiq nazir Səfər Əbiyevin kadrları sırasında davamlı çəkilən MN Hərbi Nəşriyyatının rəisi, sabiq hərbi komissarlıq işçisi istefada olan polkovnik Pənah Abdullayev tutduğu vəzifədən azad edilib. Onun yerinə isə, bu sahə ilə ümumiyyətlə heç bir əlaqəsi olmayan, bir müddət Binə Aeroportunun Hərbi Komendantlığında çalışan polkovnik-leytenant Rəşad Abuzərov təyin edilib. Buna qədər isə, adı çəkilən zabit C. Naxçıvanski adına Hərbi Litseydə xidmət keçirdi. Yeri gəlmişkən, R. Abuzərov HHQ və HHM qoşunlarının sabiq komandanı general Rail Rzayevin bu yaxınlarda MN-də vəzifəyə təyin edilmiş qardaşı Rəfael Rzayevin Binə Aeroportunda köməkçisi işləmişdir. Diqqət yetirdinizsə, son 2 kadr təyinatlarından yazdım. Amma, elə xəbərlər var ki, onları burda yazsaq, rüsvayçılığın biri 1 qəpik olar. Hörmətli Zakir müəllim, Cənab müdafiə naziri! Cəbhə bölgəsində bəzi yerlərdə artıq qar-şaxta var. Olmaz ki, bu kadr yerdəyişmələrini Siz bir qədər saxlayıb, ordunun qış hazırlıqları ilə məşğul olasınız??? Nə belə ciddi zərurət var ki, Siz, iddiaları baş alıb gedən, ordudan daha çox öz varlanmasını gecə-gündüz fikirləşən və Sizə başağrısı gətirən Nəcməddin Sadıqovun hikkəsi ilə həm öz adınızı, həm SQ adını, Sizə bəslənən ümidlərin üzərindən belə addımlarla xətt çəkirsiniz? Hər halda, artıq cəmiyyətdə bəzi ümidsizliklər baş alıb getməkdədir. Məndən yazmaq, Sizdən isə bunlara əhəmiyyət verib-verməmək. Uğurlar və yaxın günlərdə ŞOK açıqlamalar ümidi ilə".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50 |
|
|
|
• "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40 |
|
|
|
• Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39 |
|
|
|
• Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37 |
|
|
|
• Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
• Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22 |
|
|
|
• Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15 |
|
|
|
• “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12 |
|
|
|
• Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08 |
|
|
|
• Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06 |
|
|
|
• Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03 |
|
|
|
• Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00 |
|
|
|
• Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55 |
|
|
|
• Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51 |
|
|
|
• “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48 |
|
|
|
• Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
• “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36 |
|
|
|
• Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35 |
|
|
|
• Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28 |
|
|
|
• Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26 |
|
|
|
• İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22 |
|
|
|
• Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21 |
|
|
|
• Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14 |
|
|
|
• Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12 |
|
|
|
|