Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                 

DAHA BİR BAZARDA SAHİBKARLAR ETİRAZA QALXACAQ
Tarix: 19-11-2013, 09:23 | Çap et
DAHA BİR BAZARDA SAHİBKARLAR ETİRAZA QALXACAQ
DİA.AZ: - Bu gün Bakıda küçə ticarəti, əhalinin sız olduğu yerlərdə qanunsuz alver edilməsi paytaxtda qarışıqlıqlar yaradır, əhalinin və ictimai nəqliyyatın hərəkətinə mane olur. Küçə ticarəti ilə bağlı əvvəllər qismən tədbir görülsə də, bəzi ərazilərdə, sıxlıq olan yerlərdə hələ də bu cür biabırçılıqlar qalmaqdadır. Bu biabırçı faktlardan biri də Bakının Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən ticarət mərkəzidir. Bakıxanov Ticarət Mərkəzi uzun müddətdir ki, fəaliyyət göstərir. Bu bazardakı vəziyyət nəinki piyadaları, hətta qəsəbə boyu hərəkət edən bütün nəqliyyat vasitələrinə açıq-aşkar mane olur. Ərazidə həddindən artıq acınacaqlı şərait yaradan ticarət mərkəzi Bakıxanov və Qaraçuxur qəsəbələrini demək olar ki, tam iflic edib. Bazar qəsəbənin giriş hissəsində, yolun girişində fəaliyyət göstərdiyindən bu qəsəbəyə daxil olmaq mümkünsüzdür. On ildən çoxdur ki, bu bazarın yaratdığı problemlər qəsəbə sakinlərini cana yığıb. Qəsəbədə olarkən həmin mənzərənin şahidi olduq. Təsəvvür edin, hansısa marşrut və ya xüsusi avtomobil şəhərin ən uzaq hissəsindən Bakıxanov qəsəbəsinin girişinə qədər ən pis halda 1 saata gəlir. Amma, qəsəbənin girişindən qəsəbəyə daxil olmaq, təxminən 500 metrlik məsafəni qət etmək həmin avtomobilə ən azı iki saata başa gəlir. Bəli, nə qədər acınacaqlı olsa da, bu belədir. Təsəvvür edin ki, metronun “Neftçilər” stansiyasının yaxınlığındakı dayanacaqdan Bakıxanov qəsəbəsinin girişinə 10 dəqiqəyə gəldik. Amma girişdən başlanan tıxac bizim əsəblərimizi nə az, nə çox iki saat korladı. Səbəb isə sadədir. Girişdəki ticarət mərkəzində baş verən pərakəndəlik qəsəbəyə girişi bağlayıb. Sürücü əsəbindən sərnişinlə dava edir, sərnişin sürücü ilə. Bazar rəhbərliyini isə bu maraqlandırmır.

Nəhayət, bir-birimizlə söyüşə-söyüşə gəlib, çatdıq Bakıxanov Ticarət Mərkəzinə. Bazarın içərisi də elə qəsəbənin girişini xatırladır. Daha doğrusu, elə bazarın girişi qəsəbənin girişindən başlandığından burada tıxacdır. Bazarda elə bir şərait yaradılıb ki, hətta insanlar az qala bazara qaxil olmağa ehtiyatlanır. Yəni bazarda insanların rahat hərəkəti, təhlükəsizliyi üçün heç bir şərait yoxdur. Hələ antisanitar şəraiti demirəm.

Bazar satıcıları qan ağlayır

Bazar demək olar ki, Bakının ən böyük bazarlarındandır. Bu ticarət obyekti dəfələrlə cərimələnib, bazar rəhbərliyinə məcburi göstərişlər verilib ki, ticarət mərkəzinin təhlükəsizliyi barədə normal tədbirlər görsün, qəsəbənin və bazarın giriş-çıxışlarında hərəkət üçün normal şərait yaratsın. Amma bazar müdiri bu barədə heç bir tədbir görməyib. Bunu mənimlə bazarda söhbət edən sakinlər, müştərilər və ticarətçilər deyirlər. Onların sözlərinə görə, bazarda belə qarışıqlıq olması həmçinin ticarət mərkəzindəki alverçilərə də mənfi təsir edir: “Basabas olur, camaat saatlarla tıxaclarda qaldığı üçün bazara gəlmirlər, yaxınlıqdakı marketlərdən alver etməyə üstünlük verirlər. Nəticədə gətirdiyimiz malları həftələrlə sata bilmirik, xarab olur. Bazar rəhbərliyinə dəfələrlə müraciət etmişik ki, ərazidə səliqə-səhman yaratsın, insanların bazara normal gəlişinə şərait yaratsın. Amma, elə biz deyirik, biz də eşidirik, Heç kim səsimizi eşitmir. Əziyyət çəkən də bizik, ziyan görən də. Bazarkom bu barədə ona görə fikirləşmir ki, ona bunun dəxli yoxdu. Yerpulunu, vergini vaxtında yığır, heç bir ziyan çəkmir”.


Bazarda dəhşət, yanğın çıxışları piştasxtalarla bağlanıb!

Bazarda daha bir maraqlı fakt isə ticarət mərkəzinin yanğın çıxışlarının bağlanmasıdır. Bunu da satıcılar deyirlər. Satıcıların dediyinə görə, bazar rəhbərliyinə aidiyyəti qurumlar dəfələrlə xəbərdarlıq ediblər ki, ticarət mərkəzində bir neçə yerdən yanğın və təhlükəsizlik çıxışları yaratsın. Amma, rəhbərlik yuxarılara “hə” desə də tapşırığa əməl etməyib: “Bazarda bir dənə də olsun təhlükəsizlik çıxışı yoxdur. Bütün çıxışlar bağlanıb, həmin ərazilərdə piştaxtalar və mağazalar quraşdırılıb. Bazarın cəmi iki yerdən çıxışı var ki, onun da biri giriş, digəri isə çıxışdır. Qalan çıxışların hamısı birbaşa bağlanıb. Əgər hansısa bir qəza və ya yanğın hadisəsi baş verərsə, bazardan nə satıcılar, nə də alıcılar çıxa biləcək. Hamı elə bazarın içərisində qarışıqlıqda qalacaq. Bu balaca bazar deyil ki, iki dəqiqəyə çıxasan. Bazarın girişindən çıxışına normal halda 10-15 qəqiqəyə gedirsən. Həmin müddətdə bazarda adicə bir yanğın olsa hamı başını itirəcək. Bazar o qədər qarışıqlıqdır ki, adam bilmir hardan girib, hardan çıxsın. Getdiyin sıranı keçdinsə, qayıdıb onu tapa bilmirsən. Amma, bazar rəhbəri bu barədə düşünmür. Bu bazarın əslində hər cərgəsində minimum iki-üç çıxış olmalıdır ki, həm satıcılar, həm də alıcılar üçün rahat olsun. Elə olsa satıcılar da rahat mallarını daşıya və sata bilərlər. Təsəvvür edin, bazara girişdə tıxac saatlarla davam edir. Bu vaxtlarda bazarda hansısa bir yanğın hadisəsi baş versə, yanğınsondürənlər ticarət mərkəzinə 2-3 saata gələ bilməyəcək. Bu müddətə isə bazarda heç nə salamat qalmacaq. Heç olmasa tıxaclara carə tapa bilmirlər, bazarın giriş-çıxışlarını bağlamasınlar”.

Hacı Fərhadın qoçuları problemi necə həll edir?

DİA.AZ əməkdaşlarının öyrəndiyi məlumata görə, bazarın sahibi Hacı Fərhad adı ilə tanınan sahibkardır. Bazarkom aylarla satıcıların gözünə görsənmir. Amma gəl ki, bazarda iki nəfər etiraz etsin, həmin an Hacı Fərhad bundan xəbər tutur. Bundan sonra isə həmin adamın başı əməlli-başlı bəla çəkir: “Bazarkom adamlarına tapşırır ki, həmin narazıları susdursunlar. Onlar da gah həmin satıcının alverinə mane olur, gah mallarını oğurlayır, gah da nəsə başqa təzyiqlər edirlər. Çarəsiz qalan həmin satıcılar da tabe olurlar ki, təzyiqlər davam etməsin. Çünki, şikayət edə bilmirlər. Daha doğrusu şikayət etməyə adam tapmırlar. Ona görə də məcburuq ki, səsimizi çıxarmayaq və başımıza nə gəlirsə razılaşaq”. Sakinlər deyirlər ki, bazarda ümumiyyətlə təhlükəsizlik tədbirləri baxımından heç bir tədbir yoxdur. Bazardakılar hər gün real təhlükə qarşısındadırlar.

Üfunət, biabırçı vəziyyət və əsl xəstəlik yayıcısı

Keçək bazarın antisanitariya vəziyyətinə. Bazar rəhbərliyi elə vəziyyət yaradıb ki, burda bütün mallar antisanıtariya şəraitdə, pərakəndə halda satılır. Məsələn, bazarın girişində kartof-sogan, göy-göyərti, sarımsaq, ət, pendirlə yanaşı, həmin piştaxtaların arasında paltar, cehizlik qab-qacaq, köynək, kostyum və sair yerləşdirilib. Təsəvvür edin ki, kostyum satılan piştaxtanın sag və sol tərəfindəki piştaxtaların birində ət, digərində sarımsaq və sogan-kartof satılır. Burdan kartof al, keç o biri piştaxtadan pendir al, bu birindən ət al. Hamısı da qarışır bir-birinə. Kostyum alan yerdə şor və pendir iyindən dayanmaq olmur. Hətta iş o yerə çatıb ki, kostyum satılan piştaxtanın arxasına göy-göyərti, kartof çürükləri qalaqlanır. Satıcılar deyirlər ki, zibil atmağa yer olmadığı üçün zibillər piştaxtaların arxasında yığılır və bu zibillər günün sonunda, bazar bağlanandan sonra daşınır. Nəticədə bazarın bu ərazisinə üfunətdən, antisanitar şəraitdən girmək olmur. Bir sözlə, bazarda əməlli-başlı xəstəlik yayılır. Bu təkcə bazar adamları üçün deyil, hətta yaxınlıqda yaşayan sakinlər üçün də həddindən artıq təhlükə mənbəyi yaradır. Son olaraq isə bu biabırçılığın acısını nə bazar rəhbərliyi çəkir, nə də onun adamları. Zərər, təhlükə Bakıxanov sakinləri üçün yetişdirilir. Məncə aidiyyəti qurumlar bu barədə tədbir görməyə tələsməlidir. Yəqin ki, oxucular da Bakıxanov sakinlərinin bu dərdinə şərik olarlar.

Sakinlərin əsəbləri ilə parallel böyüyən sahibkar biznesi

DİA.AZ bildirir ki, bu bazar Bakıxanov sakinləri üçün həm əsəb, həm xəstəlik mənbəyi, həm də biabırçılıqdı. Bakının ən böyük və ən qədim qəsəbələrindən olan Bakıxanov indi bir ticarət mərkəzinin əlində əsir olub. Hansısa bir sahibkarın biznesini artırması vətəndaşların, qəsəbə əhalisinin əsəbləri və təhlükəsi bahasına başa gəlir. Rayon rəhbərliyi, İqtisadi İnkişaf Nazirliyi və digər aidiyyəti qurumlar isə minlərlə sakinin deyil, bir bazaar rəhbərinin müdafiəsindədir. Bu addım da xalqın məmurlara inamını itirməklə nəticələnir. İnsanlar fəlakətə sürüklənir ona görə ki, hansısa sahibkar biznesini artırır, gələcək nəsli üçün var-dövlət toplayır. Sahibkarın biznesi sakinlərin əsəbləri ilə paralel artır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru