Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                 

AZƏRBAYCANIN ƏN ZƏNGİN REKTORU KİMDİR?
Tarix: 22-11-2013, 11:07 | Çap et
AZƏRBAYCANIN ƏN ZƏNGİN REKTORU KİMDİR?
Nə qədər ağır olsa da etiraf etmək lazımdır ki, bu gün ali təhsil ocaqlarının bir neçəsində özbaşına işlər cərəyan edir və rektorlar tələbələrə sanki qazanc mənbəyi kimi baxırlar. Təsadüfi deyil ki, bəzi universitetlərdə qeydə alınan qanun pozuntuları və tələbələrin hüquqlarının pozulması nəticəsində ali təhsil müəssisələrinin rəhbərləri sərvət dəyərində ölçülən varidat toplayıblar. Bəzi universitet rektorları maliyyə imkanlarına görə hətta oliqarxlarla müqayisə ediləcək səviyyəyə gəlib çatıblar. Bəs görəsən, varidatı başından aşan rektor (lar) kimdir?

Mətbuatda yazılan məqalələrə istinad etsək, barəsində ən çox tənqidi fikirlər səsləndirilən şəxslərdən biri də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) rektoru Gülçöhrə Məmmədovadır. Qəzetlərin yazdığına görə, Hesablama Palatası tərəfindən ötən il deputat Gülçöhrə Məmmədovanın rektoru olduğu AMİU-da və onun nəzdində fəaliyyət göstərən İnşaat Kollecində aparılan yoxlamalar zamanı xərc smetalarının düzgün tərtib edilmədiyi aşkar edilib. Bundan əlavə, 2008-2009-cu tədris ilində universitet II kateqoriyalı ali təhsil müəssisəsi olduğu halda, işçilərin əməkhaqları I kateqoriyalı ali təhsil müəssisələrinə aid edilərək ödənilib. Elmi dərəcələrə və elmi adlara, iş stajına görə əməkhaqları düzgün hesablanmayıb. Bəzi işçilərə artıq, bəzi işçilərə isə az məvacib hesablanıb. Normativdən artıq ştat və kafedralar saxlanılmaqla büdcədən əlavə vəsait mənimsənilib. Avtonəqliyyat vasitələrinin sürücüləri məzuniyyətdə olduqları dövrdə onların adına yanacaq silinib, təyinatdan kənar vəsaitlər xərclənib. Malların satınalınması zamanı tender keçirilmədiyi, şişirdilmiş xərclər aşkar edilib. Beləliklə, Hesablama Palatasının auditi nəticəsində universitetin 22 min manat büdcə vəsaitini mənimsədiyi, 3,3 min manat vergidən yayındığı aşkarlanıb. Habelə 12,3 min manat dəyərində əlavə iş və xidmətlər yerinə yetirilib, 1,9 milyon manat civarında mal və inventar uçota götürülüb. Normadan artıq 147 ştat vahidi ixtisar edilib. O da bildirilib ki, Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi təhsil ocağında tələbələr imtahanları hansısa «şərtləri» ödəyərək verirlər. AMİU-nun müəllimləri üçün inşa olunan binalarda mənzillərin paylanması zamanı ədalətsizliyə yol verildiyi də qeyd olunur. Hələ bu harasıdır ki. Yayılan məlumatlara görə, hər il testdən kənar üsullarla AMİU-ya tələbə qəbulu həyata keçirilir. Və bununla universitet rektoru külli miqdarda gəlir əldə edir. Biz isə Gülçöhrə Məmmədovanın belə işlərə şərait yarada biləcəyinə inanmırıq.

Ola bilməz ki, Milli Məclisin deputatı bu cür neqativ əməllərlə məşğul olsun. Yox, deyəsən, varidatı başından aşan rektor Gülçöhrə xanım deyil. Haqqında xoşagəlməz məlumatların yayıldığı rektorlardan biri də Azərbaycan Dillər Universitetinin (ADU) rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidovdur. Xatırladaq ki, Baş Prokurorluğun əməkdaşları bir neçə ay əvvəl Dillər Universitetində mənimsə halları aşkarlayıb. Belə ki, audit zamanı ciddi maliyyə və hüquq pozuntularına, nöqsan və çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəməmə hallarına yol verildiyi üzə çıxıb. Universitetin büdcədənkənar gəlirlərinin icra faizi aşağı olub. Tələbələrin sıxlığının gözlənilməməsinə baxmayaraq, artıq saxlanılmış qruplar üzrə tədris olunan dərs saatlarına, işçilərin məvaciblərinin düzgün olmayaraq I kateqoriyalı ali təhsil müəssisələrinin işçilərinin əməkhaqqı kimi müəyyənləşdirilməsinə və normadan artıq saxlanılan ştat vahidlərinə görə maaşlar ödənilib. Universitetin Bakı şəhəri, Təbriz küçəsi, 49 ünvanında yerləşən 7200 kv.m sahəsi olan 5 mərtəbəli tədris binası 2005-ci ildə istismara verildiyi və həmin binada təmir-tikinti işləri aparıldığı halda, bina ADU-nun balansında əsas vəsait kimi uçota alınmayıb. Prokurorluq tərəfindən verilən məlumata əsasən, büdcəyə nağd olaraq 1,5 milyon manat ziyan vurulub. Deyilənə görə, Səməd Seyidovun maliyyə imkanları çox yaxşıdır və özünə lüks şərait yaratmağı bacarıb. Amma biz onun qeyri-qanuni yollara baş vuraraq varlandığına, ümumiyyətlə qanunları pozduğuna inanmırıq.

Axı, kimdir həmin rektor..? Müxtəlif qanunsuzluqların cərəyan etdiyi təhsil müəssisələrindən biri də Əhməd Vəliyevin rektoru olduğu Odlar Yurdu Universitetidir (OYU). Rektor olmaqla yanaşı, Milli Məclisdə mandat sahibi olan Əhməd Vəliyevin bizneslə məşğul olması barədə bu günə qədər çox danışılıb. Verilən informasiyalara görə, rektor-deputatın şəhərin müxtəlif yerlərində ticarət obyektləri, bahalı mənzilləri, villaları, avtomobilləri var. Digər tərəfdən, «Muğanbank», «Oksigen» klinikası və «Jalə Plaza» da ona məxsusdur. Bu barədə bir qədər düşünməyə dəyər. Yəni varidatı başından aşan rektor Əhməd Vəliyev ola bilər. Gələn saylarımızda rektorun fəaliyyətindəki nöqsanları araşdırıb sizləri də məlumatlandıracağıq. Bakı Biznes Universitetinin (BBU) rektoru İbad Abbasov da Əhməd Vəliyevdən geri qalmır. O mənada ki, BBU rəhbəri də OYU rektoru kimi qanundan kənar işlərə imza atır, tələbələri semestr öncəsi təsir altında saxlayır. Varidatı başından aşan rektorun əlamətləri İbad Abbasova çox uyğun gəlir. Ancaq hər halda müəyyən araşdırma aparmaq lazımdır. Növbəti saylarımızda onun səbəb olduğu özbaşınalıqlarla bağlı geniş məlumat verməyə çalışacağıq. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Yusif Məmmədovun da adı tez-tez qalmaqallı olaylarda hallanır. Yayılan xəbərlərdə deyilir ki, ADPU rektorunun büdcəsi çox genişdir və maliyyə imkanları baxımından heç bir sıxıntı yaşamır. Ola bilsin ki, var-dövlət içində üzən rektor məhz Yusif Məmmədovdur. Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru Siyavuş Qarayev də zaman-zaman mətbuatın gündəminə gəlir.

Neft və qaz sahəsi üzrə kadrlar hazırlayan təhsil qurumunun rəhbəri yəqin ki, rektor işlədiyi neçə il ərzində özünə gün-güzəran yaradıb, imarət tikdirib, bağ evi alıb, xarici banklarda hesab açdırıb və sair. Nəzərə alsaq ki, ADNA-da imtahanlar zamanı tələbələrin böyük bir qismi hansısa «prinsip»ləri ödəyərək qiymət alırlar, onda Siyavuş Qarayevin maddi durumunu təsəvvür etmək elə də çətin məsələ deyil. Gəncə Kənd Təsərrüfatı Akademiyasında da işlər qaydasında getmir. Burda təhsil alan tələbələr peşmanlıq hissi keçirirlər. Ona görə ki, müəllimlər onlara dərsdən başqa hər şeydən danışırlar. İmtahana az müddət qalmış isə tələbələr müəllimləri «görüb» işlərini bitirirlər. «Varidatı başından aşan rektor kimdir» sualına cavab tapa bilmədik. Amma bu günlük. Biz həmin şəxsin kim olduğunu bilirik. Yuxarıda adları qeyd olunan rektorların arasında ən çox varidatın kimə məxsus olmasını isə gələn saylarımızda yazacağıq. Bizi izləyin.

Yazı ilə bağlı bütün tərəflərin münasibətini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru