Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur .....                     İrəvanda məyusluq: arzular puça çıxır .....                     "Bakı-Pivə" səhmdarlarına .....                     Kollec məzunları üçün YOL BAĞLANIR .....                     “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi .....                     “İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” .....                     AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb .....                     AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... .....                     Putin “Zəngəzur döyüşü”nə hazırlaşır .....                     “Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” .....                     3 şirkət daha bazarı tərk etdi .....                     İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi .....                     Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir .....                     Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir .....                     “Araz Supermarket”də yeni təyinat olub .....                     Əfv Komissiyasının yekun iclası başa çatıb, .....                     STP-nin törəmə şirkətinin direktoru dəyişdi .....                     Daha bir xarici şirkət Azərbaycan bazarından gedir .....                     "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb .....                     "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar" .....                     Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU .....                     Ermənistanın təhlükəli diplomatik oyunu .....                     İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... .....                     Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... .....                     Dövlət səviyyəsində ÖZBAŞINALIQ... .....                     Qızıl bazarında saxta məhsullar satılır .....                     Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb .....                     Beh alıb, məclisə getmədi .....                     Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub .....                     “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” .....                     "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa .....                     Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                     "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                 

Amerika dünyaya hansı üzünü göstərəcək? - ekspertlər danışır...
Tarix: 22-10-2023, 12:05 | Çap et
Amerika dünyaya hansı üzünü göstərəcək?
ABŞ Prezidenti Co Bayden ikinci müddətə namizədliyini irəli sürməsinin səbəblərini açıqlayıb. O, CBS telekanalına müsahibəsində deyib ki, Yaxın Şərqdəki vəziyyəti normallaşdırmaq və Rusiya rejimini əzmək üçün Avropanı birləşdirmək istəyir: “Təsəvvür edin ki, biz Yaxın Şərqdə uğur qazana və münasibətləri normallaşdıra bildik. Əgər biz bütün Avropanı birləşdirsək, nə baş verərdi”, - deyən Bayden öz vəzifələri siyahısına Rusiya Federasiyasının və indiki Rusiya hökumətinin sıxışdırılmasını da əlavə edib.

“Ki, Rusiya artıq problem yaratmasın. Bizim bu dünyanı daha yaxşı bir yerə çevirmək üçün böyük imkanımız var”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Anti-Qərb koalisiyası keçmiş Prezident Donald Trampın yenidən prezidentliyinə ümid etsə də, artıq onun heç bir şansının qalmadığı söylənilir. Trampın Baydeni Rusiya-Ukrayna müharibəsinə görə sərt tənqid etməsi və onu dünyanı qarışdırmaqda suçlaması ABŞ-ın rəqiblərini onu dəstəkləmək üçün hərəkətə gətirib.

Analitiklər hesab edir ki, Bayden gələn ilin noyabrına qədər Rusiyanı ciddi şəkildə zəiflədə və Ukraynanın üstünlüyünü təmin edə bilməsə, növbəti seçkilərdə qələbəsi müşkül olacaq. Digər iddiaçılar isə Baydenin son açıqlamasını imitasiya adlandırır və hesab edirlər ki, yenidən və sonuncu dəfə prezident seçilərsə, ölkəsi Ukraynaya dəstəyini azaldacaq. Avropa birləşdirmək, Rusiyaya təzyiq amillərinin isə sadəcə seçkiöncəsi təbliğat məqsədilə ortaya atıldığı bildirilir.

DİA.AZ-ın məlumatına görə, amerikaşünas, politoloq Kamran Cəfərov mövzuya dair AYNA-ya şərhində deyib ki, dünyanın taleyində bu seçkilər çox mühüm rol oynacaq: “Bayden artıq gələn il keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb və hazırkı vitse-prezidentlə marafona qoşulacaq. Onun seçki qərargahının rəhbər heyətinin tərkibinə nəzər yetirsək, görərik ki, burada əsasən latın amerikalılar təmsil olunur. Bunun da əsas səbəbi 2020-ci ilin prezident seçkilərində Baydenin latın amerikalı əhalidən lazımi qədər səs ala bilməməsi ilə bağlı idi. Demokratlar əsas diqqəti məhz bu kateqoriyadan olan seçicilərdən səs almağa yönəldiblər”.

“Baydenin kifayət qədər peşəkar üstünlükləri var ki, bunlardan da ən əsası onun “birləşdirici” rolunu uğurla oyana bilməsindədir. Onun təşəbbüsü ilə NATO və Avropa İttifaqının birliyinin bərpa olunması, Rusiyanın Ukraynaya hücumu fonunda Ukraynaya dəstək məqsədilə “Ramştayn formatı” yaradılması və NATO ilə başqa regionlardan olan müttəfiqlərini bir yerə gətirməsi bu xüsusda qeyd olunmalıdır. Bütün bunlar Baydenin qarşıdakı seçkilərdə şansını artırır”, - deyə analitik bildirib.

Onun sözlərinə görə, prezident seçiləndən sonra Baydenin ABŞ-ın daxilində Trampın yaratdığı qarşıdurmalara son qoyması və hamını Ağ Evin ətrafında birləşdirməsi də mühüm məqamdır: “Onun dövlət başçısı kimi fəaliyyətə başlamasından qısa müddət sonra Böyük Britaniyanın Baş naziri ilə birlikdə “Yeni Atlantik Xartiyası”nı imzalaması və bununla yeni dünya nizamının qurulmasının anonsunun verilməsi ciddi dəyişikliklərə səbəb oldu”.

“Hətta bir çox senatorlar açıq şəkildə bəyan edirlər ki, nəyin bahasına olursa olsun, Baydeni müdafiə edəcəklər. Bu sırada nüfuzlu senator Berni Sanders və digərlərinin adını çəkmək olar. Nəticə etibarı ilə demokratlar 2024 seçki kampaniyasına vahid qüvvə kimi və vahid mövqe ilə qatılırlar. Rəqib partiya isə seçkilərə dərin ideoloji boşluq şəraitində qatılacaq”, - deyə Cəfərov söyləyib.

Əlavə edib ki, Bayden Rusiya məsələsində israrlı mövqeyini davam etdirəcək: “Təbii ki, növbəti seçkilərə qədər Ukraynanın üstünlük əldə etməsi onun şanslarını artıracaq. Bayden seçkilərə qədər çalışacaq ki, Rusiyaya qarşı təzyiqləri maksimum həddə çatdırsın. Onun Rusiya məsələsində sona qədər dirəniş göstərəcəyini ehtimal edirəm”.

DİA.AZ-ın məlumatına görə, Azərbaycanın sabiq dövlət müşaviri, professor Qabil Hüseynli də AYNA-ya açıqlamasında qeyd edib ki, Baydenin qələbəsində Ukrayna amilinin mühüm rolu olacaq: “Məhz buna görə də Bayden Rusiyaya qarşı mübarizənin və Avropanı birləşdirmə siyasətinin davam edəcəyini bəyan edir. Çünki 2020-ci ildə iqtidara bu vədlərə gəlmişdi. Rusiyaya qarşı kəskin təzyiqləri başlatdı. Lakin Ukraynaya ciddi yardımlar ayırmadı. Görünən odur ki, ABŞ və müttəfiqləri bu müharibənin uzanmasına çalışırlar. Bilirlər ki, Rusiya kifayət qədər güclü dövlətdir və onu asanlıqla təslim etmək olmayacaq. Buna zaman lazımdır. Geri də çəkilə bilməzlər. Bu, anti-Qərb koalisiyasının beynəlxalq miqyasda güclənməsinə səbəb olacaq. Həm də keçmiş prezident Donald Trampın haqlı olduğunu ortaya çıxaracaq. Bu isə Baydenin sonu deməkdir”.

Hüseynlinin fikrincə, gələn il keçiriləcək seçkilərə qədər vəziyyət dəyişə bilər: “Ötən seçkilərdə analitiklər Trampın daha şanslı oldğuun söyləyirdilər. Lakin Bayden qalib gəldi. ABŞ-da vəziyyət sürətlə dəyişir və burada seçkilərin taleyinə təkcə daxili amillər deyil, xarici faktorlar da təsir edir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur - FAKT BUDUR!
Bu gün, 19:02
İrəvanda məyusluq: arzular puça çıxır - GƏLİŞMƏ
Bu gün, 19:00
"Bakı-Pivə" səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 18:58
Kollec məzunları üçün YOL BAĞLANIR - Bitirənlər müəllim işləyə BİLMƏYƏCƏK
Bu gün, 18:31
“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi - FOTO
Bu gün, 18:26
“İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 18:16
AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb - FOTO
Bu gün, 18:09
AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:07
Putin “Zəngəzur döyüşü”nə hazırlaşır - AKTUAL
Bu gün, 18:00
“Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” - RSF
Bu gün, 17:56
3 şirkət daha bazarı tərk etdi
Bu gün, 17:51
İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi – İki problem var
Bu gün, 17:47
Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir - ÇÜNKİ...
Bu gün, 17:45
Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Bu gün, 17:44
“Araz Supermarket”də yeni təyinat olub - DOSYE
Bu gün, 17:42
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
Bu gün, 17:40
STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 17:38
Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Bu gün, 17:32
"Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:28
"Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Bu gün, 17:22
Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Bu gün, 17:20
Ermənistanın təhlükəli diplomatik oyunu
Bu gün, 17:15
İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Bu gün, 17:12
Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Bu gün, 17:08
Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 17:01
Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Bu gün, 16:57
Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Bu gün, 16:53
Beh alıb, məclisə getmədi
Bu gün, 16:48
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Bu gün, 16:45
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru