Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                 

“Soyuq müharibə”dəki məğlubiyyətin qisası: - Rusiya ilə danışıqlar niyə mənasızdır?
Tarix: 19-01-2024, 07:43 | Çap et
“Soyuq müharibə”dəki məğlubiyyətin qisası:
“Rusiyanın Ukraynaya təcavüzü - həm onun 2014-cü ilin fevralında birinci hibrid mərhələsi, həm də 2022-ci ilin fevralından etibarən genişmiqyaslı müharibənin ikinci mərhələsi - Kreml üçün həmişə Qərbə qarşı daha böyük strateji təcavüzün elementi, qisas almaq cəhdi olub. SSRİ-nin “Soyuq müharibə”də məğlubiyyətinə görə”. Bu sözləri Ukrayna Demokratik Təşəbbüslər Fondunun beynəlxalq təhlükəsizlik məsələləri üzrə eksperti Taras Jovtenko UNİAN üçün yazdığı analitik məqaləsində qeyd edib

Analitik hesab edir ki, bu strategiyanın əsasını Rusiya Prezidenti Vladimir Putinin 2007-ci ildə məşhur Münhen nitqi təşkil etdi: “Burada rus diktatoru Kremlin Qərbə qarşı gələcək təcavüzünün əsas aspektlərini açıqladı və sonuncunu “ədalətsiz birqütblü dünya” qurmaqda ittiham etdi. Ukrayna Moskvanın aqressiv planlarında mərkəzi yerlərdən birini - əvvəllər olduğu kimi, sovet dövründə də tuturdu. Birincisi, Ukrayna dövlətinin resursları Rusiyanın “kollektiv Qərbə” müqavimət göstərmək qabiliyyətinin açarı idi. İkincisi, Ukrayna ərazisi həmişə Kremlin Qərbə doğru genişlənməsini davam etdirməyi planlaşdırdığı əlverişli strateji tramplin olub. Nəticə etibarilə Rusiyanın 2014-cü ilin əvvəlində Ukrayna Krımını qanunsuz ilhaq etməsi, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal etməsi Putin rejiminin bu iddialı təcavüzkar məqsədinin həyata keçirilməsi istiqamətində ilk əməli addımı oldu. Bu məsələdə Krıma xüsusi rol verildi”.

“Rusiya bir vaxtlar SSRİ kimi, hərbi texnologiyada, ilk növbədə strateji nüvə silahlarının çatdırılmasında Qərbdən xroniki olaraq geri qalmaqda davam edir. Rusiya modelləri Qərblə strateji qarşıdurmada Rusiya Federasiyasının istənilən üstünlüyünü neytrallaşdıraraq, NATO-ya üzv olan aparıcı ölkələrin müvafiq analoqlarından bütöv nəsillər boyu geri qalır. Buna görə də, Kremlin Qərb modellərinə ən azı minimal şəkildə qarşı çıxa bilən taktiki nüvə silahı daşıyıcılarını maksimum “sıxmaqdan” başqa yolu yox idi”, - deyə ekspert əlavə edib.

Taras Jovtenko yazıb ki, Moskva həmişə taktiki səviyyəli silahlardan strateji fayda əldə etmək üçün imkanlar axtarıb: “Problemin həlli eyni zamanda, sadə və mürəkkəb idi: bu silahları strateji düşmənə - ilk növbədə ABŞ-a və təbii ki, NATO-ya mümkün qədər yaxın yerləşdirmək lazım idi. Məhz bu məntiqə görə, Karib dənizindəki raket böhranı bir anda baş verdi. Xruşşov başa düşdü ki, ABŞ-ı birbaşa təhdid etmək üçün onun taktiki raket sistemlərini raketlərin heç olmasa bir yerə vura biləcəyi yaxın bir yerə yerləşdirmək mütləq lazımdır. Sovet raketləri Kubaya belə gətirildi... Onilliklər sonra oxşar problemlə üzləşən Putin başa düşdü ki, ABŞ-ı və ümumilikdə Qərbi şantaj etmək variantlarından biri taktiki nüvə silahlarının və onların daşıyıcılarının Ukrayna Krımda yerləşdirilməsidir. Çünki oradan bütün Avropa müttəfiqlərini təhdid edə bilər. Ona görə də Rusiyanın 2014-cü ilin fevralında müstəqil Ukraynaya təcavüzü məhz Krımdan başlayıb”.

“Kremlin Belarusda taktiki nüvə silahı yerləşdirmək planları, Rusiyanın faktiki olaraq, Ukrayna Silahlı Qüvvələrinin hücumlarından qoruya bilmədiyi, müvəqqəti olaraq ruslar tərəfindən işğal olunmuş Krımdakı çətin vəziyyəti nəzərə alsaq, əlavə sığortadır. Bununla belə, Rusiyanın Belarusdakı nüvə silahları birmənalı şəkildə NATO üzvü olan ölkələrə qarşı yönəlib və eyni əsas hibrid rolu - ABŞ-ın geosiyasi şantajını oynayır”, - analitik qeyd edib.

Onun sözlərinə görə, Kremlin Ukraynaya qarşı təcavüzünün Moskvanın soyuq müharibədəki məğlubiyyətinin qisasını almaq üçün daha iddialı planının mərhələlərindən yalnız biri olduğunu iddia etmək üçün bütün əsaslar var: “Buna görə də Rusiya Federasiyası ilə heç bir danışıqlar və ya atəşkəs nə Avropaya, nə də bütövlükdə Qərbə strateji təhlükəsizlik gətirməyəcək. Yalnız Rusiyanın strateji məğlubiyyəti ən azı yaxın bir neçə onillikdə regional və qlobal təhlükəsizliyi təmin edə bilər. Eyni zamanda, Rusiya Federasiyası Qərblə müqayisədə texnoloji məhdudiyyətlərini dərk edir və buna görə də bu strateji qarşıdurmada əsas diqqəti hibrid alətlərə yönəldir”.

“Rusiya ordusunun Ukraynadakı strateji uğursuzluğu – rus generallarının “2-3 günə Kiyev” üslubunda tez qələbə qazana bilməməsi Rusiya üçün bu hibrid yanaşmanı daha da aktuallaşdırıb. Ukrayna məğlub olarsa, Kreml mütləq Qərbin zəifliyindən istifadə edəcək və 2021-ci ilin dekabrında NATO-ya çağırış edən Rusiya xarici işlər nazirinin müavini Ryabkovun səsləndirdiyi ultimatumun güc və ya şantajla yerinə yetirilməsinə nail olacaqdı. Kremlin Ukraynadakı hərbi qələbəsi birbaşa NATO-ya qarşı güc tətbiq etməyə qapı açacaq. Bununla belə, Rusiya ordusunun belə bir qələbə qazana bilməməsi Kremli taktikanı dəyişməyə məcbur edir – lakin öz strategiyasından əl çəkmir. Buna görə də hibrid alətlər yenidən gündəmə gəlir”, - Jovtenko vurğulayıb.

Ekspert əlavə edib ki, Moskva, Tehran və Pxenyanın təmsil olunduğu “Şər oxu” elə bir vəziyyət yaratmağa çalışır ki, Qərb oxşar münaqişələrin bütöv bir kaskadından növbəti regional münaqişəyə sadəcə adekvat cavab verə bilməsin: “Bu, Kremlin məntiqinə görə, “müasir birqütblü dünyanın sonu” olacaq. Hibrid yanaşma hərəkətin xətti məntiqindən daha çox situasiyaya uyğunluğu nəzərdə tutur. Bu o deməkdir ki, düşmənimiz xətti hərəkət etmir - “A pilləsindən” “B addımına” və daha sonra “C addımına” hesablayır. O, yalnız şəraitə uyğun hərəkət edir. Bu cür hibrid yanaşmanın ən böyük təhlükəsi məhz bu strateji gözlənilməzlikdir. Məhz buna görə də dünya xəritəsində yeni regional münaqişələrin yaranması təhlükəsi, ilk növbədə, əsas oyunçuların öz imkan və resurslarına subyektiv baxışı və qiymətləndirməsi ilə əlaqələndiriləcək. ABŞ-la geosiyasi oyununu oynayan Çin Amerikanın “qlobal qarşıdurma əvəzinə qlobal rəqabət” yanaşmasını birgə həyata keçirməkdə maraqlıdır. Bununla belə, Pekin bu oyunda payı və öz əhəmiyyətini artırmaq üçün Şimali Koreya, İran kimi cib proksilərindən fəal şəkildə istifadə edir. Məsələn, Si Cinpin Tayvanı ilhaq etmək planlarından əl çəkmir, lakin praktiki addımlara keçməzdən əvvəl özü üçün iki əsas problemi həll etməlidir. Birincisi, mümkün qədər öz resurslarını səfərbər etmək, ikincisi, ABŞ və Qərbi mümkün qədər zəiflətmək. Putin rejiminin qlobal aqressiv ambisiyaları Çinin bu geosiyasi planlarına uyğundur”.

“Yeni qlobal qarşıdurma artıq qlobal hibrid müharibənin əlamətlərini əldə etməkdədir. Ancaq belə bir münaqişə, hibridliyinə görə “Soyuq müharibə”yə bənzəməyəcək. Qlobal Cənub ölkələri hər iki qarşıdurma mərkəzinin hibrid situasiya müttəfiqləri olaraq qalacaqlar və bu, qlobal səviyyədə qüvvələrin onsuz da mürəkkəb bölgüsünü çətinləşdirir. Ona görə də biz görürük ki, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı silahlı təcavüzü əslində müasir “Şər oxu” ilə onun Qərb ölkələri ilə strateji müttəfiqləri arasında qlobal hibrid qarşıdurmanın elementlərindən yalnız biridir”, - deyə Jovtenko məqaləsini tamamlayır.

ayna.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru