AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                     Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” .....                     Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? .....                     “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, .....                     Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz .....                     Səudiyyə Ərəbistanı statusunu gücləndirdi .....                     Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” .....                     Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! .....                     Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib .....                     Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi .....                     “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” .....                     Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi .....                     “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI .....                     Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir .....                     Səidə Niyamı dostluqdan .....                     Sabah İstanbula gedə bilərəm .....                     İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik .....                     Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... .....                     Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb .....                 

“Crocus City Hall” terroru və qlobal müharibə siqnalı: - “Hədəf Avropa şəhərləridir”
Tarix: 28-03-2024, 06:56 | Çap et
“Crocus City Hall” terroru və qlobal müharibə siqnalı:
Moskvada yaşayan azərbaycanlı politoloq, Rusiyanın Xalqlar Dostluğu Universitetinin dosenti, filologiya elmləri namizədi Anar Həsənov AYNA-ya müsahibəsində Moskvanın “Crocus City Hall” ticarət mərkəzində baş verən terror aktı, hadisənin səbəb-nəticə əlaqəsi və bundan sonra gözlənilən prosesləri təhlil edib. Beləliklə:

- Nə baş verdi Moskvada? Bu faciəyə nə ad vermək olar?

- Mənim üçün nə baş verdiyi deyil, baş verənin dövlət tərəfindən necə təqdim olunması önəmlidir. Əsas olan dövlətin baş vermiş hadisəni kimlərlə və nələrlə əlaqələndirəcəyi və kimi günahkar görəcəyidir. Hələlik dövlət bu məsələdə yekdil qərar qəbul etməyib, istintaq davam edir, versiyalar və işarələr var ki, bu işarələr də Ukraynaya aparır.

Hesab edirəm ki, bu, təkcə bir faciə deyil, bu, böyük bir siyasi hadisədir. Moskva bu hadisəyə siyasi qiymət verəcək. Burada da əsas olan günahkar axtarmaq deyil, faktın özünü siyasətlə əlaqələndirməkdir. Təkcə Rusiyada deyil, bütün dünyada hakimiyyətlər böhran vəziyyətlərini öz xeyirlərinə həll etməyə çalışırlar. Əgər dövlətin düşməni varsa, hakimiyyət hadisəni həmin düşmənlə, yaxud düşmənə xidmət edən “beşinci kolon”la əlaqələndirməyə çalışır. Bu baxımdan düşünürəm ki, Rusiya dövləti bu hadisənin köklərini Ukraynaya bağlayacaq və bunu da əsaslandıra biləcək.

- Öncə erməni faktoru, sonra İŞİD izi, ardınca taciklər və nəhayət, diqqətlər Ukraynaya yönəldi. İndi Moskva ipin ucunu harada axtarır?

- Gəlin məntiqi ardıcıllığa nəzər salaq. Terror aktının radikal dini qruplaşma tərəfindən törədildiyi bəyan edilib. Amma qruplaşma bunun icraçısı ola bilər. Deməli, qruplaşmanın arxasında sifarişçi qüvvə var. Həmin qüvvə Ukrayna ola bilər, çünki Ukrayna ABŞ-ın forpostudur. İndi diqqət edin: İŞİD-i kim yaradıb? Rusiyada birmənalı fikir var ki, İŞİD-i Amerika yaradıb və himayə edir. Zəncir beləcə tamamlanır: hadisəni radikal terror təşkilatı törədib, onun arxasında Ukrayna dayanır, onun da arxasında ABŞ. Amerika harda varsa, orda İsrail də var. Eyni zamanda, ipin digər ucu Avropa dövlətlərinə aparıb çıxara bilər. Bilirsiniz, vacib olan bizim üzərində dayandığımız versiyalar deyil, əsas olan Moskvanın bunu kimin boynundan asacağıdır. Hesab edirəm ki, Moskva hadisənin səbəbkarı kimi Kiyevi göstərəcək.

- Və bu, nələrə səbəb olacaq?

- Bu, Avropaya münasibətdə yeni vəziyyətin yaranmasına səbəb olacaq. Rusiyanın Avropa dövlətlərini vurması üçün ciddi imkanlar yaradır. Bildiyiniz kimi, hazırda bəzi Avropa dövlətləri Ukraynaya əsgəri yardım göstərilməsini müzakirə edir. Məsələn, Fransa 2 min nəfərlik qruplaşma hazırlayıb, sabah bu rəqəm 12 minə, 22 minə qaldırıla bilər, vəziyyət nəzarətdən çıxa bilər. O zaman artıq Avropa şəhərlərinə atom bombası atılması üçün bu hadisədən istifadə oluna bilər. Yəni, Fransa bizim ölkəmizdə terror aktı törədirsə, onu bombalamalıyıq. Qısası, Moskvada baş vermiş hadisə Avropanı vurmaq üçün çox gözəl bir zəmindir.

- Belə düşünənlər var ki, “Crocus City” hadisəsi Kremldə ssenariləşdirilib – Ukraynaya qarşı daha ağır metodlardan istifadə etmək üçün...

- Mən belə güman etmirəm. Onsuz da Rusiya Ukraynanı dağıdır, yerlə yeksan edir. Bu gün Rusiyanın Lvovu, ya da başqa bir Ukrayna şəhərini vurmaq üçün əlavə hansı bəhanəyə ehtiyacı var ki? Yaxud atom silahını Lvova niyə atsın? Lvov Moskvanın burnunun ucundadır. Yəni, hədəf Ukrayna deyil, Avropadır. Ukraynaya yardımları kəsmələri üçün Avropa şəhərləri vurulmalıdır. Konkret olaraq, zənnimcə, hədəf Fransadır, onun şəhərləridir. Əgər Fransanın şəhərləri bombalanarsa, o zaman Paris Kiyevə yardımları dayandıra bilər.

- Putinin sözçüsü Peskov xüsusi hərbi əməliyyatın müharibəyə çevrildiyini bildirdi. Bu məqam da dediyiniz kimi, müharibənin Avropa şəhərlərinə daşınacağı anlamına gəlir?

- Peskov sonradan izahat verdi ki, sizin qeyd etdiyiniz fikri təhrif olunub. O demək istəyib ki, “bizim xüsusi hərbi əməliyyatın qarşılığında bizimlə bütün dünya vuruşur”. Bu, o deməkdir ki, Rusiya xüsusi hərbi əməliyyatın statusunu dəyişməyib. Amma dəyişmək, müharibə elan etmək mümkündür. Bu da o halda ola bilər ki, Rusiya cəbhə boyu uğursuzluğa düçar olsun. Belə olarsa, müharibə elan oluna və proses atom müharibəsinə qədər gedib çıxa bilər. Təbii ki, müharibə zamanı hədəf Ukrayna deyil, Avropa əraziləri olacaq.

- Yuxarıda sözügedən terror aktının Kreml tərəfindən ssenariləşdirilməsi versiyasını istisna etdiniz. Yaxşı, xaricdən sifariş edilibsə, o zaman Rusiya xüsusi xidmət orqanları, polisi, mühafizə sistemi hara baxırdı?

- Bu hadisə o halda Rusiya xüsusi xidmət orqanlarının səriştəsizliyi kimi qiymətləndirilə bilər ki, 11 sentyabr hadisəsi ABŞ xüsusi xidmət orqanlarının səriştəsizliyi kimi qiymətləndirilsin, İspaniya qatarın partladılması və 193 nəfərin həlak olması bu ölkənin xüsusi xidmət orqanlarının səriştəsizliyi kimi qiymətləndirilsin və ilaxır. Sözsüz ki, Rusiya xüsusi xidmət orqanları haradasa səhv buraxıb, təhlükəsiliyi yetəri səviyyədə təmin edə bilməyiblər. Amma bu, o demək deyil ki, rus xüsusi xidməti səriştəsiz adlandırılmalıdır. Terrordan hansı dövlət sığortalanıb ki? Ötən ilin oktyabrında İsraildə baş verənləri heç kim unutmayıb.

- Bəlkə, Rusiya dövləti özü bunda maraqlı idi..?

- Niyə Rusiya bunda maraqlı olmalıdır? Məgər Rusiya cəmiyyətində hakimiyyətə qarşı etiraz dalğasımı var, hökumətin qərarlarına mane olmaq iqtidarında olan siyasi qüvvəmi var ki, bunu etsinlər? Kim Kremldə qəbul olunan qərarları şübhə altına ala, hakimiyyət daxilində problem yarada bilər? Yaxud hakimiyyət hansı siyasi qüvvələrin səsini kəsmək üçün belə bir addım atmalıdır? Bütün bu versiyalar mövcud deyil. O zaman Moskva heç bir halda bu cür hadisənin baş verməsində maraqlı ola bilməz!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru