“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                 

Gürcü, yoxsa rus arzusu: heç-heçə gözlənilən nəticə - ekspert ŞƏRH EDİR
Tarix: 18-04-2024, 08:27 | Çap et
Gürcü, yoxsa rus arzusu: heç-heçə gözlənilən nəticə
“Ola bilsin ki, Yaxın Şərqdə baş verən son hərbi-siyasi hadisələr fonunda, xüsusən də İran-İsrail qarşıdurması ilə müqayisədə bu siyasi hadisə, yəni Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinin yaratdığı indiki siyasi ehtiraslar əhəmiyyətsiz, hətta çox da maraqlı görünmür. Ancaq qeyd edək ki, bu, yalnız ilk baxışdan belə görünür, çünki indi hara baxırsan, hər yerdə, necə deyərlər, “əlahəzrət” geosiyasəti - hətta ən əhəmiyyətsiz qarşıdurmalar belə bu və ya digər şəkildə dünyanın son geosiyasi əhval-ruhiyyəsi ilə bağlıdır”. Bu fikirləri analitik Hüseynbala Səlimov qonşu Gürcüstanda baş verən siyasi proseslər – keçirilən etiraz aksiyaları ilə bağlı analitik məqaləsində qeyd edib.

H.Səlimov yazıb ki, əslində son siyasi etirazlardan əvvəl də qonşu Gürcüstanda siyasi atmosfer heç də sakit və mülayim deyildi: “Hakim Gürcüstan siyasi koalisiyası, Ukrayna müharibəsi başlayandan sonra, qonşu Rusiya ilə münasibətlərə “yenidən baxmağa” başladı və bu, təkcə ölkənin daxili qərbyönlü auditoriyası arasında deyil, həm də Tbilisinin Qərb tərəfdaşları arasında müəyyən narazılığa səbəb oldu. Bəli, gürcü milyarder Bidzina İvanişli və onun “siyasi oğlanları” Gürcüstanda böyük siyasətə Mixail Saakaşvilinin qərbyönlü siyasətinə alternativ, hətta aşkar Rusiyayönümlü siyasi vektor kimi daxil oldular. Ancaq Ukrayna müharibəsinə qədər Moskva ilə yaxınlaşma istiqamətində heç bir nəzərə çarpacaq addım atmadılar. Rusiya Kiyevə qarşı müharibəyə başladıqdan sonra “gürcü xəyalpərəstləri” arasında rusiyapərəst hərəkatlar gücləndi – onlar əvvəlcə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaqlarını bəyan etdilər, sonra isə ümumiyyətlə Gürcüstanla Rusiya arasında uçuşları bərpa etdilər. Bundan sonra müxtəlif ölkələrdən olan bəzi jurnalistlər və politoloqlar “gürcü xəyalpərəstlərinin” siyasi maskasının nəhayət cırıldığını dərhal hiss etdilər, çünki real siyasi orientasiyalarını gizlədə bilmədilər. Bəzi siyasi müşahidəçilər bunu hətta qərbyönlü Gürcüstan siyasətinin sonu və ya tamamlanması adlandırırdılar. Lakin daha mötədil siyasi ekspertlər öz auditoriyalarını tələsik siyasi nəticələr çıxarmamağa çağırdılar. Onların fikrincə, Tbilisi heç də Kiyev deyil, çünki Rusiya-Gürcüstan müharibəsi zamanı gürcülər Moskvanın hərbi hücumuna yarım gün belə müqavimət göstərə bilmədilər”.

“Ölkənin Qərb tərəfdaşları da öz narazılıqlarını kifayət qədər sərt formada ifadə ediblər. Amma tez bir zamanda məlum oldu ki, Gürcüstanın hakim partiyası ən azı yaxın gələcəkdə Qərb planlarından əl çəkmək niyyətində deyil. Amma hətta bu sahədə geosiyasi mülahizələr daha çox nəzərə çarpır, çünki Avropa əvvəlcə Gürcüstan hakimiyyətini cəzalandırmaq qərarına gəldi - Kiyevə və Kişinyova namizəd ölkə statusu verdi, Gürcüstanı isə bir kənara qoydu. Üstəlik, Tbilisinin arzu edilən statusu almaq üçün yerinə yetirməli olduğu ondan çox tələb və şərt qoyuldu; hansı ki, Gürcüstanın xüsusiyyətləri heç də Ukrayna və hətta Moldovanın xüsusiyyətlərindən heç də aşağı deyildi...”, - analitik qeyd edib.

Onun qənaətincə, avropalılar səhvlərini tez anladılar və qərara gəldilər ki, Gürcüstan hakimiyyətinə təzyiq etməyin mənası yoxdur: “Çünki bu, Gürcüstan siyasətində rusiyayönlü meyilləri gücləndirə bilər. Məhz buna görə də yenə də geosiyasi mülahizələr cəlb olundu, lakin bu dəfə tərs qaydada - Tbilisi də bir ildən sonra namizəd ölkə statusunu aldı, baxmayaraq ki, bəzi məlumatlara görə, Avropa İttifaqının bütün tələblərindən yalnız biri qarşılandı. Amma Aİ üzvlüyünə namizəd ölkə statusu aldıqdan sonra Gürcüstan hakimiyyəti lovğalanmağa başladı ki, guya bu statusu almaq üçün bir il gecə-gündüz çalışıblar. Lakin hər halda, bundan sonra məlum oldu ki, Gürcüstan qərbyönlü ölkələrin düşərgəsini tərk etmək niyyətində deyil - baxmayaraq ki, onun siyasətində bəzən izah etmək çətin olan ziqzaqlar var. Hətta ötən gün Rusiya Prezidentinə qarşı beynəlxalq tribunalın yaradılmasını dəstəkləyən qırxdan çox ölkə arasında Moldovadan başqa Gürcüstanın da olduğu xəbər yayılmışdı. Lakin “gürcü xəyalpərəstləri” xarici agentlər haqqında qanun layihəsini irəli sürməyə başlayandan sonra “siyasi kartlar” yenidən qarışdı – ölkədə siyasi etirazlar başladı, Gürcüstan Prezidenti ilə hökumət arasında qarşıdurma gücləndi. Prezident Salome Zurabişvili hakim siyasi koalisiyanı “gürcü yox, rus arzusu” adlandırıb. Hökumət üzvləri isə Prezidenti az qala vətənə xəyanətdə ittiham edirdilər, çünki o hökumət üzvlərinin fikrincə, gürcü polisini təhqir edən siyasi fəalı əfv edib”.

“Gürcüstanda siyasi etirazlar davam edir. Qanun layihəsinin parlamentdə müzakirəsi zamanı hətta fiziki təzyiqlərə də rast gəlinib. Müxalifət bu qanun layihəsinin qəbulunu ölkənin qərbyönlü siyasətinin sonu hesab edir. Hakimiyyət iddia edir ki, guya yeni qanun ilk növbədə Rusiyaya, onun “təsir agentlərinə” qarşı yönəlib. Ona görə də bu siyasi ehtirasların sonunun necə olacağını proqnozlaşdırmaq hələ çətindir. Bəzi siyasi müşahidəçilər qeyd edirlər ki, qanun layihəsi qəbul olunacaq, baxmayaraq ki, Gürcüstan Prezident Aparatı bildirib ki, parlament bu qanun layihəsini qəbul edərsə, Prezident Salome Zurabişvili vetosundan istifadə edəcək. Hələlik yalnız bir detal aydın və anlaşılandır: siyasi müxalifət “gürcü xəyalpərəstlərinin” hakimiyyətinə son qoymaq üçün kifayət qədər güclü deyil”, - H.Səlimov əlavə edib.

Analitik hesab edir ki, qonşu Gürcüstanın indiki hakimiyyəti də o qədər güclü və qüdrətli deyil ki, ölkədə ictimai-siyasi əhval-ruhiyyəni, necə deyərlər, kökündən dəyişdirsin: “Ona görə də iqtidar-müxalifət arasında növbəti siyasi toqquşmanın, idman dilində desək, heç olmasa, heç-heçə ilə bitəcəyi qətiyyən istisna olunmur”.

ayna.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru