Karantin problemi həll edəcəkmi? - İNCƏLƏMƏ
Tarix: 26-06-2024, 11:59 | Çap et
 Tayvan adası ətrafında vəziyyət sabitləşmir. Pekin adanı ramn etmək siyasətində qətidir. Ancaq Pekin müharibənin Çinə baha başa gələcəyini hesablayaraq Rusiyanın səhvini təkrarlamaq istəmir. Kreml Ukraynaya qarşı müharibəyə başlayarkən, bunun Rusiyaya siyasi və iqtisadi zəmində hansı problemlər yaradacağını düzgün hesablamadı, Moskva Qərbin mövcud vəziyyətlə barışacağını düşündü. Kreml müharibənin cəmi bir neçə həftə çəkəcəyini zənn edirdi. Müharibə uzandı və Rusiyaya qarşı sərt sanksiyalar qəbul olundu. Rusiyadan fərqli olaraq Çin Tayvan adasının ram edilməsinə görə sanksiyalardan yayınmaq istəyir. ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (The Center for Strategic and International Studies – CSIS) hesabatına görə, Pekin Tayvanın ram edilməsinin müharibədən kənar variantına üstünlük verə bilər. Bu karantin adıyla hərbi gəmilər vasitəsilə adanın mühasirəyə alınmasıdır. ABŞ bu üsuldan 1962-ci ildə Kubaya qarşı istifadə edib. ABŞ keçmiş SSRİ-nin Kubaya nüvə başlıqlarının yerləşdirilməsini qarşısını almaq üçün ada ətrafında karantin elan etdi və yaxınlaşan bütün gəmiləri yoxlamağa başladı. Nəticədə Moskva geri çəkildi və Kubada daha əvvəl yerləşdirdiyi nüvə başlıqlarını çıxartdı. İndi bu üsüldan Çin istifadə edə bilər. Tayvana yaxınlaşan və adanın limanlarından çıxan bütün gəmilər yoxlanıla, bəziləri isə saxlanıla bilər. Belə bir karantin nəticəsində Tayvana hərbi texnika göndərmək çətinləşəcək. Digər tərəfdən ticarət gəmilərinin yoxlanılması və limanlara yaxınlaşmalarının gecikdirilməsi Tayvan iqtisadiyyatına mənfi təsir edəcək. Tayvan ətrafında üzən Çin hərbi gəmilərinin sayı artıb, ada üzərində pilotsuz uçuş aparatları müşahidə aparırlar. Vaşinqton buna qarşılıq olaraq Tayvana 360 milyon dollar dəyərində pilotsuz uçuş aparatları satmağa qərar verib. Tayvanın özü də modernləşdirilmiş hərbi texnikanın istehsalını artırıb. Tayvanda süni intellektlə təchiz edilmiş 1000-ə yaxın hərbi pilotsuz uçan aparatı istehsal ediləcək. Pekin Tayvanı ram etmək üçün başqa vasitələrə də əl atıb. Pekin Tayvanda müstəqillik tərəfdarı olan radikalların ciddi şəkildə cəzalandırmağı qərara alıb. Pekinin qəbul etdiyi sənəddə Tayvanda müstəqillik fəaliyyətinə liderlik edənlər Çin dövlətinə və xalqına ziyan vurururlar. Buna görə Çində ölüm cəzası tətbiq edilir. Bu o deməkdir ki, Tayvanın müstəqillik tərəfdarları Çin ərazisində yaxalansalar, onlar ən ağır cəzaya məhkum olunacaqlar. Bu sırada Tayvanın hazırki prezidentinin də adı çəkilir. Bu arada, Çinlə Filippin arasında da gərginlik artıb. Bir neçə gün əvvəl Cənubi Çin dənizində Filippin donanmasının personalı ilə Çin sahil mühafizəsi arasında insident yaşanıb. Filippin gəmisi adalardan birinə təchizat çatdırmaq istəyərkən Çin sahil mühafizəsi tərəfindən hücuma məruz qalıb. Manila Pekinin qəsdən gərginlik yaratdığını iddia edib. Buna baxmayaraq, Filippin Prezidenti Ferdinand Markos Manilanın Pekinlə Cənubi Çin dənizindəki mübahisəsinə görə müharibəyə başlamayacağını bildirib. Halbuki, Çinlə Çənub-Şərqi Asiya ölkələri ilə dənizlərdə ərazi iddialarına əsaslanan problemlər həll olunmayıb. “Biz müharibəyə səbəb olacaq fəaliyyət baş vurmayacağıq” deyən Filippin dövlət başçısı ölkəsinin eyni zamanda heç bir xarici gücə baş əyməyəcəyini vurğulayıb.
“Atlas” Araşdırmalar Mərkəzi Dia-az.İnfo


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Bu gün, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Bu gün, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Bu gün, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Bu gün, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Bu gün, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Bu gün, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46 |
|
|
|
• "Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02 |
|
|
|
• PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58 |
|
|
|
• Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02 |
|
|
|
• "Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52 |
|
|
|
|