“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” .....                     Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                 

Ukrayna müharibəsində yeni faza... - Şimali Koreya əsgərləri savaşı dərinləşdirir
Tarix: 30-10-2024, 00:40 | Çap et
Ukrayna müharibəsində yeni faza...
"Şimali Koreya əsgərləri Rusiya tərəfində müharibəyə daxil olarsa, Ukrayna ordusuna onlara qarşı ABŞ silahlarının istifadəsinə heç bir məhdudiyyət qoymayacaq”. Bu sözləri ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq deyib. Pentaqon rəsmisi “Vaşinqtonun belə bir eskalasiya zamanı Ukrayna ordusuna hər hansı bir məhdudiyyət qoymağı planlaşdırıb-planlaşdırmadığı” sualına belə cavab verdi: “Xeyr... Şimali Koreya qoşunlarının cəbhə xəttinə doğru irəlilədiyini görsək, demək, onlar müharibənin iştirakçılarıdır”.

Pentaqonun hesablamalarına görə, Şimali Koreya Rusiyaya 10 min əsgər göndərib: "Onlardan bəziləri artıq Ukraynaya doğru yaxınlaşır və biz Rusiyanın onlardan döyüşdə istifadə etmək, Kursk bölgəsində Ukrayna Silahlı Qüvvələrinə qarşı əməliyyatlarda iştirak etmək niyyətindən getdikcə daha çox narahat oluruq".

“Əgər Şimali Koreya əsgərləri döyüş meydanında görünsələr, bu, vəziyyəti daha da gərginləşdirəcək və Rusiya Prezidenti Vladimir Putinin artan çarəsizliyini göstərəcək. Bu, eyni zamanda, Rusiya ordusunun göründüyündən daha çox problemləri olduğunu təsdiqləyəcək”, - deyə Sinq vurğulayıb.

Pentaqon rəsmisi xatırladıb ki, ukraynalılar öz suveren əraziləri üçün vuruşurlar və ABŞ nəyin bahasına olursa olsun onlara dəstəyi davam etdirməyi öhdəsinə götürüb: "Bu, Şimali Koreyanın öz əsgərlərini hazırda 500 min nəfərdən çox rusun həyatını itirdiyi müharibəyə göndərərkən etməli olduğu bir hesablamadır".

Lakin Sinq Şimali Koreya qoşunlarının Kurskda olmasını təsdiqləməkdən imtina edib: “Çox güman ki, onlar bu istiqamətdə irəliləyirlər... Amma hələlik məndə daha ətraflı məlumat yoxdur”.

Qeyd edək ki, oktyabrın 28-də NATO-nun baş katibi Mark Rutte bildirib ki, Şimali Koreyadan olan qoşunlar Ukrayna Silahlı Qüvvələrinin gözlənilməz yay hücumu zamanı ələ keçirdiyi Kursk bölgəsinə yerləşdirilib.

Bundan əvvəl ABŞ Konqresi Pentaqonu Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı müharibəyə girəcəyi təqdirdə “birbaşa hərbi müdaxilə” imkanını nəzərdən keçirməyə çağırıb. Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri, respublikaçı Mayk Turner deyib ki, “Bayden-Harris administrasiyası Şimali Koreya qoşunlarının bu münaqişəyə cəlb olunmasının ABŞ üçün “qırmızı xətt” olduğunu açıq şəkildə bildirməlidir”.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Şimali Koreyanın 1,5 min elit xüsusi təyinatlısı oktyabrın 8-dən 13-dək Vladivostok limanına gəlib və artıq yerli poliqonlarda təlim keçir. Bölmədə əsgərlərdən başqa bir neçə yüksək rütbəli zabit, o cümlədən xüsusi əməliyyatlara komandanlıq edən general var. Tezliklə ikinci qoşun qrupunun göndəriləcəyi gözlənilir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, kəşfiyyat məlumatlarına görə, Şimali Koreyadan ilk hərbçi dəstəsi oktyabrın 27-28-də cəbhədə olacaq. O, bunu Kremlin “açıq-aşkar eskalasiyası” adlandırıb.

Öz növbəsində Cənubi Koreya Prezidenti Yoon Seok-yeol xəbərdarlıq edib ki, rəsmi Seul Ukrayna Silahlı Qüvvələrinə öldürücü silahlar göndərmək imkanını nəzərdən keçirməyə hazırdır: “Çünki Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsi və onların Ukraynaya qarşı müharibədə iştirakı o deməkdir ki, Şimali Koreya da müharibəyə qoşulub. Bu, təkcə Koreya yarımadasında deyil, həm də Avropada qlobal təhlükəsizliyi təhdid edən təxribatdır”.

Ayna.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru