"Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                 

“Bundan sonra Tramp Zelenskiyə deyil, Putinə təzyiq etməlidir” - ÇÜNKİ...
Tarix: 3-05-2025, 00:02 | Çap et
“Bundan sonra Tramp Zelenskiyə deyil, Putinə təzyiq etməlidir”
Mayın 1-nə keçən gecə ABŞ və Ukrayna arasında yeraltı sərvətlərə dair saziş imzalanıb. Saziş çərçivəsində investisiya fondu yaradılacaq. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. “Bloomberg”in məlumatına görə, saziş imzalandıqdan sonra Vaşinqton Ukraynanın təbii ehtiyatlarının, o cümlədən alüminium, qrafit, neft və təbii qazın inkişafı üçün investisiya layihələrinə çıxış əldə edəcək.

“Prezident Donald Trampın davamlı sülhü təmin etmək üçün yorulmaz səyləri sayəsində mən bu gün Birləşmiş Ştatlar və Ukrayna arasında ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondunun yaradılması haqqında tarixi iqtisadi tərəfdaşlıq sazişinin imzalandığını elan etməkdən məmnunam” deyə ABŞ maliyyə naziri Skott Bessent bildirib.

Sazişə əsasən, ABŞ Maliyyə Nazirliyi və Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası tərəfdaşlığın inkişafı üçün Ukrayna hökuməti ilə işləyəcək.

Həmçinin ABŞ Prezidenti Donald Tramp Kiyevlə yerin təki sazişinə münasibət bildirib və bəyan edib ki, Amerika mədən sənayesinin Ukrayna ərazisində olması ölkənin təhlükəsizliyini təmin edəcək.

Ukrayna ABŞ ilə resurs sazişinin təfərrüatlarını açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna və ABŞ arasında faydalı qazıntılar üzrə saziş bir neçə elementdən ibarətdir: “İki texniki saziş var: dövlət qurumları arasında suveren fondun yaradılması və fond daxilində vəzifələrin bu şəkildə bölüşdürülməsi haqqında”.

“The Financial Times” qəzetinin mənbələri Ukraynanın son anda resurs müqaviləsinin şərtlərini dəyişməyə çalışacağını iddia edib. Həmçinin, jurnalistlərlə söhbətində Ukrayna rəsmiləri qeyd ediblər ki, onlar hələ də sövdələşmənin taleyindən narahatdırlar. Onlar ABŞ-ın hərəkətlərindən məyus olduqlarını bildiriblər.

Sözügedən sazişlə bağlı fikirlərini bildirən azərbaycanlı politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, qısa adı “resurs anlaşması” olan sənədə müxtəlif şərhlər verilir: “Bir qism bu anlaşmanın Ukraynanın zərərinə, digərləri xeyrinə olduğunu vurğulayır. Fikrimcə, həqiqət hardasa bu iki yanaşmanın ortasındadır. Hər halda yeni anlaşmanın şərtləri ilə tanış olduqda, bu sazişin əvvəlkindən Ukrayna üçün daha münasib olduğu qənaətinə gəlmək olar. Tramp administrasiyasının əvvəl təklif etdiyi sazişdə Ukraynanın resurslarının tamamı Amerikanın nəzarətinə keçirdi və resursların istifadəsindən Amerikaya borcun qaytarılması nəzərdə tutulurdu. Yeni sazişin mətnində Ukrayna üçün bu ağır bəndlər yoxdur”.

“Tramp Ukraynanın Amerikaya 500 milyard dollar borcunun olduğunu iddia edirdi. Halbuki, bu rəqəm xeyli şişirdilib. Buna görə də Ukrayna Prezidenti Zelenki havadan götürülən borcla razılaşmadı və Vaşinqtonun təzyiqinə baxmayaraq, saziş üzərində işin davam etdirilməsini lazım bildi və ortaya yeni saziş sənədi çıxdı”, - Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, yeni sazişin praktik necə həyata keçiriləcəyi də sual altındadır: “Birincisi, Ukraynanın böyük yeraltı resurslara malik olması barədə səhih məlumat yoxdur. İkincisi, Ukraynanın əsas yeraltı resursları işğal altındakı ərazilərdədir. Bu halda ABŞ-la Ukrayna həmin resursları necə istismar edəcəklər? Üçüncüsü, resursların istismarı üçün müharibə ya başa çatmalı, ya da uzun müddətli atəşkəs elan edilməlidir. Rusiya isə istəklərini əldə etmədən uzun müddətli atəşkəsə razılaşmır”.

“Buna baxmayaraq, yeni razılaşmanın Ukrayna üçün müsbət tərəfləri də var. Bu saziş ABŞ-ın Ukraynanın işğal edilməyən ərazisinə təhlükəsizlik təminatı verməsi anlamına gəlir. Çünki ABŞ bundan sonra Ukraynanın yeraltı resurslarını öz resursları kimi qorumalıdır. Bundan başqa, Tramp sazişdən çıxış edərək Ukraynaya hərbi yardımı davam etdirmək məcburiyyətindədir. Kiyevə elə bu lazımdır ki, Vaşinqton Ukraynaya hərbi yardımı dayandırmasın”, - analitik qeyd edib.

Mərkəz rəhbəri hesab edir ki, indi top Rusiyanın meydanındadır: “Bundan sonra Tramp Zelenskiyə deyil, Rusiya Prezidenti Vladimir Putinə təzyiq etməlidir. Çünki, müharibə dayanmadan ABŞ şirkətlərinin Ukraynada çalışması çətindir. Ancaq müharibə bitmədən ABŞ-ın bir neçə şirkəti Ukrayna ərazisində fəaliyyətə başlayarsa, bu dəfə Putinin işi çətinləşəcək. Çünki Rusiya Ukraynadakı hədəflərini vurarkən, raketlərdən hər hansı biri ABŞ-ın çalışmağa başladığı məntəqəyə dəyərsə, Moskva artıq qarşısında ABŞ-ı görəcək”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Dünən, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Dünən, 09:24
DSK sədri vəfat etdi - FOTO
Dünən, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Dünən, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Dünən, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Dünən, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Dünən, 08:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru