"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                 

“MƏNƏ GÖRƏ GÜNAHSIZLAR HƏBS OLUNUB”
Tarix: 5-10-2011, 14:43 | Çap et
“MƏNƏ GÖRƏ GÜNAHSIZLAR HƏBS OLUNUB”

“KURTLAR VADİSİ” MAFİYASININ ÜZVÜNDƏN ŞOK ETİRAF

DİA.AZ: - Ucarda vəziyyət yenə də gərgin olaraq qalır. Bu elə “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan müraciətdən də aydın olur. Redaksiyamızla yanaşı eyni vaxtda prezident İlham Əliyevə və baş prokuror Zakir Qaralova da ünvanlanan məktub maraqlı bir imza ilə redaksiyamıza təqdim edilib: “Ucar rayon məhkəməsinin hakimi Çingiz İsgəndərovun icraatında saxta hökm çıxarılmış 73481 № li cinayət işi üzrə günahsız Hüseynov Fuad Oktay oğluna böhtan atan Ucar rayonu M.Ə.Rəsulzadə küçəsi ev 26 ünvanında yaşayan yalançı zərərçəkən Cəfərov Akif Cəmşid oğlu tərəfindən”...

Şikayət məktubunda deyilir: “Mən Cəfərov Akif Cəmşid oğlu yuxarıda qeyd olunan cinayət işinin təşkilində “Kurtlar vadisi” adlanan mütəşəkkil dəstənin mənə etdikləri təhdid nəticəsində onlarla əlbir olaraq Hüseynov Fuad Oqtay oğlunun həbs olunmasında ona şər atmağa məcbur qalmışdım. İndi çox peşimanam və hal hazırda da topladığım maddi sübutlarla Hüseynov Fuadın günahsız olduğunu hər kəsə yaymaqla kömək diləyirəm.

Məlumat olaraq bildirmək istəyirəm ki, 03 iyul 2010-cu il tarixdən Hüseynov Fuad Oqtay oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə başlanmış cinayət işi bütünlüklə Hüseynov Azad Ağahüseyn oğlunun və mənim atdığım böhtanın nəticəsidir ki, 12 aya yaxın müddət günahsız olaraq Hüseynov Fuadın həbs qətimkan tədbiri ilı həbdə qalmasına və daha sonra onun 6 il altı 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə səbəb olmuşdur.

Hüseynov Fuad Oktay oğlunun həbs olunmasını Ucar rayonunun sabiq polis rəisi Ənvər Quliyev sifariş etmişdir. Həmin sifariş üzrə bu planı Ələkbərov Şahlar Xəlil oğluna (Polad Ələmdara) tapşırmışdı ki, sonunda “ugurlu” alınaraq günahsız birinin həbsinə nail oldular. Aşkar şəkildə Ənvər Quliyev Fuadın həbsi üçün külli miqdarda pul xərcləməli olmuşdur. Həmin pullardan Ucar rayon polis şöbəsinin bəzi əməkdaşlarının, hakim Çingiz İsgəndərovun və dövlət ittihamçısı Rəsul Abbasovun da almağını Şahlar mənə dəfələrlə bildirmişdir.

Belə ki, 30 iyun 2010-cu il tarixdə Ucar rayon sakini Əliyev Elçin bazarda Mürsəlov Vidadi Suliddin və mənimlə görüşərək “içəridə” olan bir nəfər şəxsə kömək edilməsi təklifi ilə bizə ağ kağızlara imza etdirib və bildirib ki, sabiq müstəntiq Ramiz Mezmunovla danışmışam heç bir qorxusu yoxdur.

02 iyul 2010-cu il tarixdə, nahar vaxtlarında Elçın Əliyev mənim mobil nömrəmə zəng edərək “dur gəl Platinə gözləyirik” deyə mənə bildirdi. Mən taksiyə oturaraq dərhal həmin yerə yollandım.

Mən ora gedəndə yemək süfrəsi arxasında tanıdığım şəxslər Elçın, Vidadi, Azad və tanımadığım iki şəxslər Şahlar (Şakir) və Suliddin var idi. Həmin vaxt Elçın məni Şahlar (Şakir) Ələkbərovla tanış etdi. Elə həmin görüş əsnasında Hüseynov Fuadı şərləyərək həbsə atdırmaq kimi iyrənc bir planı hazırladıq. Ssenariyə görə bu işi HüseynovAzad və mən özümüzə xəsarət yetirməklə həyata keçirmək planını Şahlar bizə izah etdi.

Növbəti gün 03 iyul 2010-cu il saat 18-00 radələrində mən, Əliyev Elçın, Hüseynov Azad və Ramil adlı taksi sürücüsünün idarə etdiyi vaz 21-099 markalı 61 VS 998 dövlət nişanlı avtomobillə Ucar rayon Gəraybəyli kəndində yerləşən sürücülük məktəbinə yaxın əraziyə yollandıq. Biz maşından düşəndən sonra Elçin özü ilə götürdüyü cib bıçağını birinci olaraq Hüseynov Azada verdi. Həmin vaxt Azad bıçağı alaraq dərhal sol qolunu kəsdi və bıçağı mənə ötürdü. Sonra həmin bıçaqla mən də eyni hərəkətləri yerinə yetirdim. Sol qolumu kəsdikdən sonra bıçağı Elçinə verərək Salahov Ramilin idarə etdiyi taksiyə oturaraq Ucar Mərkəzi Rayon xəstəxanasına yollandıq.

Bizim qolumuz sarılarkən artıq həkimlər polsə məlumat vermişdilər. Həmin vaxt Elçin də polisə planın baş tutduğu barədə xəbərdarlıq edərək növbəti tapşırığı yerinə yetirmək üçün Ramillə getdi. O cinayət aləti olan bıçağı Ucar Rayon Telekomunikasiya Qovşağının qarşısındakı kanalizasiya quyusuna ataraq polisə Fuadın iki nəfər şəxsə xəsarət yetirməsi ilə bağlı məlumat verməklə işini bitirmiş olmuşdur.

Hüseynov Fuadın günahsız həbsindən bu günə qədər özümə heç cür bağışlaya bilmədiyim böhtan səbəbindən vicdan əzabı ilə yaşayıram. Artıq ölümümü də, gözə alaraq Fuada və digər onlarla şəxslərə qarşı kurtlar vadisi adlanan mütəşəkkil dəstənin hazırladığı cinayətlərin ifşa olunması üçün hüquq mühafızə orqanlarına ifadə və faktlar təqdim etməklə yaxından köməklik göstərmək istəyirəm.

Şahlar Ələkbərovun , keçmiş Ucar rayon polis şöbəsinin sabiq rəisi Ənvər Quliyevin və polis şöbəsinin sifarişi ilə bu məkrli planı yerinə yetirdikdən bu günə qədər mən heç bir rahatlıq tapmıram. Hətta məni və ailəmi ölümlə , həbslə hədələməklə bizi qaçqın vəziyyətə salıblar.

Bir daha nəzərinizə çatdırıram ki, Hüseynov Fuad Oktay oğlunun heç bir təqsiri yoxdur o cinayət işləməyib, mənə də bıçaq zərbəsi ilə xəsarət yetirməyib. Həmin xəsarəti mən Ələkbərov Şahların tapşırığı ilə öz qoluma vuraraq törətmişəm.

17. sentyabr 2011-ci il saat 20-15-də mən Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən H. Əiyev adına parkda istirahət edərkən Ucar Rayon Polis Şöbəsinin əməkdaşları Zahid, Elnur və Əliyev Nizami mənə yaxınlaşdılar və məni təsadüfən gördüklərini bildirdilər.

Daha sonra onlar “səni təsadüfən gördük” deyə mənə məhkəmə çağırışını da vermək istədiklərini bildirdilər. Sonra onlar mənə polis şöbəsinə getməyimi təklif etdilər. Onlarla razılaşıb həmin gun təxminən axşam saat 23-00 radələrində Ucar Rayon Polis şöbəsinə gəldim.

Oraya çatdıqda ilk olaraq Zahidin, daha sonra Əhmədov Nazimin kabinetində oldum. Həmin vaxt mənə öz video çəkilişlərimi və audiosəslərimi dinlətdilər və soruşdular ki, “bunları sən özün danışmısan, ya yox” cavab verdim ki, “bəli hamısını könüllü olaraq özüm etmişəm”. Məhkəmə ilə bağlı fikirlərimi öyrəndilər və mənə ora gedib-getməyəcəyimi soruşdular. cavabım belə oldu; “Çingiz müəllimə söz vermişəm, ayın 19-u orada olacağam” və onlar mənə “şəxsi işindir” deyə cavab verərək sonra da çağırış vərəqəsinə imza atdırıb yola saldılar.

Baş müstəntiq Nazim Əhmədov isə mənə təklif etdi ki, məhkəməyə bir teleqram vuraq ki, video çəkilişlər səndən zorla alınıb və mən etiraz edib yenə bildirdim ki, “mənə heç bir təzyiq olunmayıb və mən eyni sözləri məhkəmə iclasında da deyəcəyəm”.

Mənim və 10-a yaxın şahidin etirafına baxmayaraq Ucar rayon məhkəməsində 26 sentyabr 2011-ci il tarixdə Hüseynov Fuad Oktay oğlu A R Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinirək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.

Nəzəriniz çatdırıram ki, o heç bir cinayət işləməyib və bütünlüklə bu cinayətdən xəbərsiz olub. Fuad "Kurtlar Vadisi" adlanan mafiyanın qurbanıdır.

Bütün hadisələrə obyektiv baxaraq günahsızılığı tam sübut olunmuş Hüseynov Fuad Oktay oğlu barəsində gec də olsa bəraət hökmü çıxarmağını hakimdən xahiş etsəm də buna məhəl qoyulmadı. Sanki bu cinayəti mən etməmişəm kimi...

Məhkəmə iclasında mən (zərərçəkən) və şahidlər bu cinayətin qondarma olduğunu etiraf etsək də, həmin cinayətkar dəstənin üzvü olan hakim Çingiz İsgəndərov qərəzli olaraq alçaqcasına ədalətsiz hökm çıxardı.

Çünki Fuad Hüseynova böhtan atmaq üçün hakim vaxtında məni, digər zərərçəkəni və şahidləri muzdla tutmuşdur. Həmin etiraflardan sonra biabır olmuş hakim mövqeyini dəyişmədən günahsız insanı həbsə atdı.

Cənab prezident ! Cənab baş prokuror!
Bu günə qədər Sizdən başqa hər kəsdən kömək diləmişəm. Son ümidim Sizsiniz!”

Redaksiyadan: “Bu müraciət-məktubu nöqtəsinə-vergülünə oxunmadan diqqətinizə çatdırmaqda məqsədimiz üzün müddətdir qaldırılan və neçə-neçə günahsız insanl qurban edən bir problemin hələ də həll olunmaması ilə bağlıdır. Təbii ki, biz burada “qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq” qeydini yaza bilərdik. Amma nə fayda. Qarşı tərəf susur. Çünki açıqlanan faktlara nəinki reaksiya vermirlər, əksinə, müxtəlif ünvanlardan təzyiqlər edərək, ÖZLƏRİNİ NÜMAYİŞ ETDİRMƏYƏ çalışırlar ki, bu da faydasızdır. Hər halda mətbuatla zor dilində danışılan yerdə, ədalətli mövqe ola bilməz...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru