“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                 

ZİYA MƏMMƏDOV QUBADA ÖLÜMLƏ ÜZLƏŞİB
Tarix: 2-03-2012, 18:09 | Çap et
ZİYA MƏMMƏDOV QUBADA ÖLÜMLƏ ÜZLƏŞİB

DEPUTAT ÜSYANDAN SONRA DANIŞDI

52 saylı Quba seçki dairəsindən deputat Vahid Əhmədov martın 2-də “Media forum” saytının suallarını cavablandırıb.

- Qubada vəziyyət necədir?

- Hazırda Qubadayam, vəziyyət sabitdir, elə bir problem yoxdur. Hər kəs öz işi ilə məşğuldur. Nəqliyyat naziri Ziya Məmmədov da Qubadadır. Yəqin ki, axşam Bakıya qayıdacaq. Mən də gecə qayıtmağı planlaşdırıram. Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev də dünən bütün gecə Qubada olub və bu gün səhərə yaxın Bakıya qayıtdı.

- Martın 2-də rayonda hər hansı aksiya, buna cəhd olubmu?

- Heç bir aksiya, belə bir cəhd olmayıb. Rayonda yolun bağlanması, hasarın çəkilməsi kimi bir-iki problem vardı. Qələdüz kəndində camaatın çaya düşən yolunu hasara alıb bağlamışdılar. Onları da nəqliyyat naziri Ziya Məmmədov həll etdi. Hasarın sökülməsi haqda göstəriş verdi və sökdülər. Ona görə də ciddi problem yoxdur. Səhər tezdən Qələdüzda olmuşam, orada da sakitlikdir, problem yoxdur.

- Qubada problemin həll olunduğunu demək olarmı? Mitinqlərin yenidən başlaması ehtimalı varmı?

- Təzə icra başçısı gəlsin, camaatla işləsin, görək necə olur. Hesab edirəm ki, sakitlik olacaq, problem yaranmayacaq. Hər şey yerli icra hakimiyyəti, hüquq mühafizə orqanlarının işindən, fəaliyyətindən asılıdır. Camaatla işləmək lazımdır. Ola bilər ki, kənar qüvvələr də bura müdaxilə ediblər.

Bu gün mən, rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Sahib Məmmədov, Prezident Administrasiyasının Quba üzrə kuratoru camaatı yığdıq, iclas keçirdik, insanlarla, rayonun dini dairələrinin nümayəndələri ilə danışdıq. Mən insanlara tövsiyələrimi verdim, dedim ki, nəzarət edin, sakitlik olsun.

- Martın 1-də həbs olunanlar azadlığa buraxılıb. Amma Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilir ki, baş verənlərlə bağlı cinayət işi açılıb. Yeni həbs olunanlar varmı?

- Bu, hüquq mühafizə orqanlarının işidir. Ona görə də cinayət işinin hansı maddələrlə açıldığını bilmirəm. Amma bu gün həbs olunan yoxdur. Olsaydı, bilərdik.

- Martın 1-də hüquq mühafizə orqanlarının yüksək rütbəli nümayəndələri Qubaya gediblər. Onlar hazırda rayondadırlar?

- Bəli, buradadırlar və öz işləri ilə məşğul olurlar.

- Rauf Həbibov insanların narazılığına səbəb olmuş nitqini ötən il noyabrın 22-də söyləyib. Sizcə, bu çıxışın bu qədər sonra yayılmasında hansısa şübhəli məqamlar varmı?

- Bilirsiz, insanlar belə şeyləri qəbul etmirlər. Quba camaatı mərd, qürurlu camaatdır və belə hallarla barışmır. Axı insanların narazılığı yalnız çıxışla bağlı deyil. Bundan əvvəl də bir neçə dəfə söz-söhbət, narazılıq olub. Narazılıqlar üst-üstə yığılır və böyüyür.

Amma həyatdır da, belə hallar da olur. İnsan səhv edə bilər. Təbii ki, Rauf Həbibovun çıxışı qəbuledilməzdir və bunu pisləyirəm. Heç olmasa cənab prezident İlham Əliyevdən nümunə, dərs götürsünlər. Prezidentin insanlarla görüşlərinə, davranışına, hərəkətlərinə baxsınlar. Martın 1-də səhərdən axşamadək Qubada mitinq olub, insanlar narazılıqlarını bildiriblər. Mən, nəqliyyat naziri Ziya Məmmədov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev narazı kütlənin, mitinq iştirakçılarının qarşısına çıxdıq. Orada bir nəfər də prezidentin, hakimiyyətin əleyhinə bir kəlmə söz demədi. Hamı prezidenti dəstəkləyən şüarlar səsləndirirdi, dövlət başçısının portretlərini qaldırmışdılar. Yəni narazılıq hakimiyyətdən deyil, icra başçısındandır. Problemi də Rauf Həbibov özü yaratmışdı. Quba kənd rayonudur, insanlar bir-birini tanıyır, əziyyət çəkirlər, ağır zəhmətə qatlanırlar, çətin dolanırlar. Camaatla davranış qaydasını bilmək, dil tapmaq, işləmək lazımdır.

Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm ki, cənab prezident İlham Əliyev Qubada baş verənlərlə bağlı çox humanist mövqe tutdu, axıra qədər silahdan atəş açılmadı, zor işlədilmədi, narazılığı sakitliklə yatıra bildik. Ciddi problemlərin olmasına, ağır anların yaşanmasına baxmayaraq prezident İlham Əliyev atəş açılmasına icazə vermədi.

- Baş verənlərlə bağlı İlham Əliyevlə danışığınız oldumu?

- Yox, prezidentlə əlaqəni nəqliyyat naziri Ziya Məmmədov saxlayırdı.

- Əslən Qubadansınız və 2005-ci ildən bu rayondan deputatsınız. Rauf Həbibovun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Problemlər vardı. Məsələn, Qələdüz kəndində insanların mal-qaranı örüşə apardığı yolu kəsmişdilər. Buna ehtiyac vardımı? Axı yox idi. Kənd camaatının hər gün istifadə etdiyi yolu kəsmək olar? Təbii ki, yolu kəsmək narazılıq yaradır, belə hallar qəbul olunmur. Kənd yerində insanlar mal-qoyun, toyuq-cücə saxlamaqla, torpaq becərməklə dolanırlar.

İcra başçısının fəaliyyətinə gəlincə, buna qiyməti cənab prezident verir. Mən nə deyim? Narazılıqlar çox idi, şikayətlər vardı. Bu məsələlər “yuxarı”da müzakirə olunurdu, “yuxarılar”ın da məsələlərdən, narazılıqlardan, həmin çıxışdan məlumatı vardı. Yəni camaat narazı idi və “yuxarılar” da bundan xəbərdar idi.

- Rauf Həbibovun belə bir çıxış etməsindən nə vaxt xəbər tutmuşdunuz?

- Mən təxminən yanvar ayının ortalarında bildim ki, Rauf Həbibov belə bir çıxış edib və insanlar narazıdır. Başqa məsələlər də olmuşdu. İnsanlar qrup-qrup mənim yanıma şikayətə gəlmişdilər. Sonra isə ayrı-ayrı adamlar gəlib şikayət etdilər. Bundan sonra mən Qubadakı vəziyyətlə bağlı lazımi yerlərə məlumat verdim, rayonda vəziyyətin gərgin olduğunu nəzərə çatdırdım. Dedim ki, problemin böyüməməsi, vəziyyətin daha da gərginləşməməsi üçün məsələ həll olunmalıdır, icra başçısını başqa yerə köçürün, digər adamlarınıza da deyin ki, sakit otursunlar. Bunu bütün orqanlar bilirdi.

- Məlumatı kimə vermişdiniz, məsələni kiminlə müzakirə etmişdiniz?

- Bunun o qədər də əhəmiyyəti yoxdur.

- İcra başçısının, digər vəzifəlilərin dəbdəbəli yaşayışı, təmtəraqlı evi, bir neçə ticarət obyektinin olmasını da insanları narazı salan amillər sırasında göstərmək olarmı?

- Təbii ki, bu amillər də var. Fakt faktlığında qalır, bunları gizlətmək olmaz. Rayonda, kənddə yaşayanlar kasıb camaatdır. Onlarla həmişə ehtiyatlı davranmaq lazımdır. Cənab prezident kimisə icra başçısı vəzifəsinə təyin edəndə deyir ki, gedin camaatla dil tapın, işləyin, problemləri həll edin. Yoxsa hər gələn burada 4-5 hektar torpaq sahəsi götürsün, nə istəyir etsin... Bura rayondur və belə hərəkətlərə yol vermək olmaz.

Martın 1-də mən, nəqliyyat naziri Ziya Məmmədov və Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev faktiki ölümlə üzləşdik. Çox ağır hadisələrin baş verməsi üçün hər şey hazır idi. Buna baxmayaraq biz geri çəkilmədik, ölümə getsək də, problemi həll etdik.

- Rauf Həbibovun həyat yoldaşı “Media forum” saytına deyib ki, aksiya yerində olan 10 maşından 9-u Bakıdan getmə olub...

- Bu barədə bir söz deyə bilmərəm. Amma biz insanların qarşısına çıxdıq, onlarla görüşdük. Gördük ki, mitinqdə iştirak edənlərin əksəriyyəti rayon mərkəzində yaşayanlardır. Düzdür, kəndlərdən gələnlər də vardı. Mən bir neçə nəfərdən soruşdum ki, haradan gəlmisiniz. Dedilər ki, kəndlərdən. Ola bilər ki, kənar qüvvələr də burada iştirak edib. Bunu mən deyə bilmərəm. Bunu hüquq mühafizə orqanları araşdırmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru