Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                 

SABİNA FREYZERDƏN QANQARALDICI PROQNOZ
Tarix: 6-03-2012, 16:38 | Çap et
SABİNA FREYZERDƏN QANQARALDICI PROQNOZ

“YENİ MÜHARİBƏ UZUN VƏ DAĞIDICI OLACAQ”

Beynəlxalq Böhran Qrupunun Avpopa Proqramının direktorunun Turana eksklüziv müsahibəsini təqdim edirik...

Sual: Beynəlxalq Böhran Qrupu bu yaxınlarda Azərbaycanda məcburi köçkünlərin problemləri ilə bağlı geniş məruzə dərc edib. Sizcə, bu kateqoriya insanların ən ciddi problemləri nədir və təşkilatınızın Azərbaycan hökumətinə tövsiyələri nələrdir?

Cavab: Beynəlxalq Böhran Qrupu fevralın 27-də “Azərbaycanda məcburi köçkünlərin problemləri” adlı məruzə dərc edib. Məruzədə deyilir ki, son illər hökumət əhalinin bu qrupuna (təxminən 600 000 nəfər) qayğını xeyli artırıb. Baxmayaraq ki, çoxları hələ də qeyri-sabit yaşayış problemi ilə üz-üzədir, dövlət isə yeni mənzillərin tikilməsinə və maddi yardımın artırılmasına böyük vəsait ayırır. Çadır düşərgələrinin ləğvi dəyişikliklərin mühüm göstəricisi oldu.

Lakin hökumət 100 000-dən çox insan üçün yeni mənzillər tiksə də, bəziləri evlərin və infrastrukturun keyfiyyətinin aşağı olmasından, ictimaiyyətin planlaşdırmada iştirak etməməsindən, torpaq əldə etmək imkanlarının məhdudluğundan və yeni icmalarda iş yerlərinin çatışmazlığından şikayət edirlər.

Məcburi köçkünlər mənzil, xidmətlər məsələləri üzrə qərarların qəbulu, habelə etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin planlaşdırılması prosesinə daha səmərəli inteqrasiya etməlidir.

Məcburi köçkünlərin öz maraqlarını ifadə etmək imkanları məhduddur. Dağlıq Qarabağdan 40000 nəfər Dağlıq Qarabağın Azərbaycanlı İcması adlı ictimai təşkilata daxildir, lakin qurum rəhbərliyi əhali tərəfindən seçilməyib, Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonlardan olan 560 000 məcburi köçkün burada təmsil edilməyib.

Məcburi köçkünlərin siyasi səsi də zəif olaraq qalır. Təmas xətti boyunca bu kateqoriya şəxslərin və digər vətəndaşların müdafiəsi üçün Azərbaycan hakimiyyəti Ermənistan hökuməti və Dağlıq Qarabağın de-fakto hakimiyyəti ilə ATƏT monitorinqlərinin genişləndirilməsi üzrə razılıq əldə etməli, snayperlərin təmas xəttindən uzaqlaşdırılması haqqında təklifi qəbul etməli, hadisələrin araşdırılması mexanizmini müəyyən etməli, habelə cəbhə xətti yaxınlığında hərbi təlimlərə son qoymalıdır.

Sual: Bir neçə həftə əvvəl Fransa Senatı erməni soyqırımının inkarı haqqında qanun qəbul etdi. Bu qərar Azərbaycanda Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılmasını tələb edən etiraz dalğaları ilə eyni vaxta təsadüf etdi. Necə düşünürsünüz, bundan sonra Fransanın Parisin münaqişənin nizamlanmasında qərəzsiz vasitəçi olduğu haqqında iddiası nə dərəcədə inandırıcıdır?

Azərbaycanın Fransanı ATƏT-in Minsk Qrupundan istisna etmək üçün real addımlar ata biləcəyinə inanırsınız? Bu, Bakının maraqlarına cavab verər?

Cavab: Fransanın Konstitusiya Şurası erməni soyqırımının inkarına görə cəza nəzərdə tutan qanunu ləğv edib, mən isə inanıram ki, bu qanunun qəbulu daha çox Fransanın daxili siyasəti, habelə Fransada 500 000-ə yaxın etnik erməni olması ilə bağlıdır.

Minsk Qrupu artıq 20 ildir fəaliyyət göstərir və zənnimcə, bunun nizamlanma üzrə danışıqlar üçün ən yaxşı format olması məsələsi tamamilə ədalətli və adekvatdır.

Lakin düşünmürəm ki, soyqırımın inkarına görə cəza qanunu Fransanın erməniyönlü və ya Azərbaycanyönlü olması deməkdir. Fransada çox az insan Bakını 1915-ci ilin faciəvi hadisələri ilə əlaqələndirir. Orada hətta azərbaycanlıların türk etnosu ilə hər-hansı əlaqəsi olduğunu belə dərk etməyə bilərlər.

Lakin bu, Parisə Azərbaycanda problemləri həll edilməmiş 600 000 məcburi köçkün olduğunu xatırlatmaq üçün yaxşı fürsətdir.

Məncə ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırki formatını dəyişmək çox çətin olar. Bu dəyişikliyi kim edər? ATƏT-in hazırki sədri, Minsk qrupunu bütün üzvləri, yoxsa ATƏT-in bütün üzvləri?

İstənilən halda, konsensus əldə ediləcəyi ehtimalı kiçikdir, xüsusən, Bakı və Yerevanın dəstəkləməli olduğu Avropa İttifaqı üzvləri arasında.

Sual: Azərbaycanın və Ermənistanın döyüş hazırlığını necə qiymətləndirirsiniz? Azərbaycan müharibəyə başlasa qalib gələ bilər?

Cavab: Bir il əvvəl Beynəlxalq Böhran Qrupu “Ermənistan və Azərbaycan – müharibənin qarşısının alınması” adlı məruzə dərc edib. Burada biz təsadüfi gərginləşmə mümkünlüyü barədə xəbərdarlıq etmişdik, belə ki, hər iki ölkə qızğın şəkildə silahlanır, cəbhədə qarşıdurmaların gərginləşməsində iştirak edir, hərbi ritorikadan istifadə edir.

Azərbaycanda və Ermənistanda tezliklə qələbə əldə edə biləcəklərini düşünən qüvvələr var. Amma bizim məruzədə deyilir ki, istənilən müharibə uzun və ağır olacaq.

Azərbaycanın silahlı qüvvələri 95 000, Ermənistan və Dağlı Qarabağın isə 70 000 nəfərdən ibarətdir.

Tərəflərin arsenalları getdikcə daha öldürücü, uzunmüddətli müharibəyə tab gətirmək iqtidarında olur. Bu arsenallar iri yaşayış məntəqələrini, həyati əhəmiyyət kəsb edən infrastrukturu və kommunikasiyaları məhv etməyə imkan verir.

Azərbaycan üçün əsas problem erməni qoşunlarının taktiki üstünlüyə malik olmasıdır, belə ki, Dağlıq Qarabağ ətrafındakı yüksəkliklərin böyük hissəsinə nəzarət edir. Füzuli və Cəbrayıldan kənarda istənilən hücum mürəkkəb dağ relyefində ağır döyüş olacaq və Azərbaycan qüvvəsinə və silahlarına görə, ən az üç dəfə üstünlüyə malik olmalıdır.

Sual: Bu halda böyük dövlətlərin – Rusiya, ABŞ, Türkiyə və İranın hansı rolu ola bilər? Onlardan hansı və niyə bu və ya digər tərəfi dəstəkləyəcək (dəstəkləsə)?

Cavab: Regional dövlətlərin müharibəyə cəlb edilməsi tamamilə mümkündür, baxmayaraq ki, Rusiya və Türkiyə hazırda yaxın strateji müttəfiqlərdir.

Ermənistan, çox güman ki, Rusiyanın KTMT çərçivəsində öhdəliklərinə istinad edərək, onun hərbi müdaxiləsini təmin etməyə çalışacaq. Rusların birbaşa hərbi iştirakı haqqında danışmaq çətin olardı. Lakin Gümridə Rusiya hərbi bazası haqqında saziş 2010-cu ilin avqustunda dəyişdirilib. İmzalanmış sənədə Ermənistanın təhlükəsizliyinə ümumi hədələrə qarşı təhlükəsizlik zəmanəti daxildir və Qarabağ münaqişəsi bərpa edildiyi halda Moskvanın hərbi öhdəliklərini tam izah etmir.

16 avqust 2010-cu ildə Rusiya-Ermənistan hərbi sazişinin yenilənməsindən bir gün öncə Türkiyə və Azərbaycan strateji tərəfdaşlıq və ölkələrdən birinə hərbi hücum və ya “təcavüz” olduğu halda “bütün imkanlardan istifadə etməklə” bir-birinə dəstək göstərilməsini nəzərdə tutan qarşılıqlı yardım haqqında müqavilə imzalayıblar.

ABŞ və Aİ-nin bilavasitə cəlb ediləcəyinə inanmıram, amma hərbi əməliyyatların bərpası ABŞ və Aİ-nin energetika, enerji daşıyıcılarının Avropaya nəqli üçün alternativ mənbə və tranzit marşrutları qismində Cənubi Qafqazın inkişafı sahəsində maraqlarını ciddi şəkildə sarsıda bilər.

Tammiqyaslı müharibə Qafqaz dəhlizini təhlükə altına qoyacaq. NATO hərbi nəqliyyat aviasiyasının Mərkəzi Asiyadakı bazalara bütün uçuşlarının təxminən 70%-i bu dəhlizin hava məkanından keçir. Əfqanıstana alternativ quru yolu marşrutu da Azərbaycandan keçir.

Sual: Ermənilərin və Azərbaycanlıların münaqişəni sülh yolu ilə həll edə biləcəyinə inanırsınız? Əgər bu mümkündürsə, 20 ildir niyə alınmır?

Münaqişənin həlli üzrə təməl prinsiplərin qəbuluna mane olan əsas səbəb nədir? Bakının Qarabağda referenduma razılaşa biləcəyinə inanırsınız?

Cavab: Hesab edirəm ki, Ermənistan və Azərbaycan üçün təməl prinsiplər münaqişənin həllində irəliləyiş əldə etmək üçün əla plandır. Amma tərəflər arasında bütün səviyyələrdə - prezidentlərdən sadə insanlara qədər etimadsızlıq olduğu aydındır. Bu, təməl prinsiplər haqqında saziş əldə edilməsini daha da çətinləşdirir, belə ki, münaqişənin dərhal həllini deyil, uzunmüddətli qayıtma, bərpa və normallaşma prosesi nəzərdə tutur.

Tərəflər yavaş gedən proqresdən 10 il, 20 il sonra da olsa Dağlıq Qarabağın yekun statusu haqqında razılıq əldə edə biləcəklərinə inanmalıdırlar. Bu prosesə başlamaq üçün onların etimada ehtiyacı var. Beynəlxalq ictimaiyyət gəlib hansısa qərar təqdim edə bilməz.

Hazırda Ermənistan və Azərbaycan Dağlıq Qarabağın gələcək statusu haqqında razılıq əldə edə bilmir. Ermənilər, əlbəttə ki, müstəqil Dağlıq Qarabağ üçün aydın gələcək istəyir (ətrafında işğal edilmiş ərazilərinin bir hissəsinin əvəzində), Bakı isə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olaraq qalmalı olduğunu hesab edir.

Təməl prinsiplər statusla bağlı istənilən qərarı ləngitməyə çalışır, amma hər iki tərəf daim status haqqında nə isə daxil etməyə və öz mövqeyini təmin etməyə çalışır.

Azərbaycan Dağlıq Qarabağın statusu haqqında səsverməyə razılaşa biləcəyini güman edərək müxtəlif ifadələrdən istifadə edib. Problem referendum və ya səsvermə anlayışında deyil. Problem detallardadır: hansı sualın veriləcəyində, səsvermənin harada keçiriləcəyində, kimin səs verəcəyində, Dağlıq Qarabağdakı səsvermədən sonra Azərbaycanda onu təsdiq edəcək səsvermə keçirilib-keçirilməyəcəyindədir.

Sual: ATƏT-in Minsk Qrupunun yerinə beynəlxalq vasitəçilərin yeni formatının yaradılması haqqında təkliflərlə bağlı nə düşünürsünüz?

Cavab: Bir az əvvəl də dediyim kimi, Minsk Qrupunun yaradılmasından 20 il sonra onun səmərəli olub-olmadığını soruşmaq məntiqlidir.

Aydındır ki, o, daha şəffaf olmalı və tərəflər arasında etimadı artırmaq üçün daha çox şey etməlidir. Bu o deməkdir ki, bütün mexanizm dəyişdirilməlidir? Ola bilər.

Amma ən iri regional dövlətləri – Rusiya, ABŞ və Fransa vasitəsilə Aİ-ni kim əvəz edə bilər?

Bu sual Beynəlxalq Böhran Qrupunun gələcək məruzəsinin mövzusu olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru