“Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                 

““BİZ JURNALİST QIZ ALA BİLMƏRİK” DEYƏNLƏR ÇOXDU”
Tarix: 8-03-2012, 14:27 | Çap et
““BİZ JURNALİST QIZ ALA BİLMƏRİK” DEYƏNLƏR ÇOXDU”

«AİLƏ VƏ JURNALİSTİKA BİR ARAYA GƏLMİR»

«Həmkar»ın sayca 6-cıı qonağı keçmiş telejurnalist, hazırda isə «Səs» İnternet televiziyasında çalışan İlahə Vəliyevadır.

«Əslində pedaqoqam»

- Göyçay rayonunda ziyalı ailəsində doğulmuşam. Hər kəs kimi orta məktəbə gedib 11 ildə sonra bitirmişəm. Daha sonra Sumqayıt Dövlət Universitetinin Filologiya fakultəsində ali təhsil almışam.

- İlk iş yerin hara olub?

- İlk iş yerim Sumqayıt Dövlət Universiteti olub. Orada əvvəl Universitetin mətbuat şöbəsinin müdiri, sonralar isə müəllim kimi çalışmışam.

- Pedaqoq və jurnalist?

- Hə, mən əslində pedaqoqam. Jurnalist kimi fəaliyyətim isə sonralar işlədiyim telekanala olan sevgimdən irəli gəlir.
- Söhbət hansı telekanaldan gedir?

- Məni Jurnalistikaya həmişəlik bağlayan ANS televiziyaından.
- Belə başa düşdüm ki, jurnalistikaya, ələxüsus da ANS-ə gəlişin təsadüf nəticəsində olub…

- Hə, həmin gün heç vaxt yadımdan çıxmaz. Hər il ANS-ə yeni jurnalistər qəbul edildiyini eşitmişdim. Bir gün dərsdən evə gələndə ANS ÇM də bu barədə elan eşitdim. O zaman orada Amerika -Azərbaycan Jurnalistika Akademiyasının ikinci il tələbə qəbulu elan edilmişdi. Fikirləşdim ki, bəlkə marağa sənədlərimi verim. Əslində tələbəlik illərində universitetin bütün tədbirlərinin aparıcılığını mən edirdim. Müəllimlərim bunun məndə uğurlu alındığını deyirdilər. O zaman mənim yaxın tanışım ANS-də yeni çalışmağa başlamışdı. Bir qədər də o mənə ürək-dirək verdi ki, bu məndə alınacaq. Beləcə mən sənədlərimi verdim, bir necə imtahandan sonra nəhayət ki, qəbul olundum. Üç aylıq təcrübədən sonra işə başladım.
- Kim idi o tanış? Yenə də tanış?

- Yox tanış əslində bizim tələbəmiz idi. Sadəcə o zaman orada 2 ay idi işə başlamışdı, imtahalardan keçmişdi. Əslində mənə imtahanların heç də çətin olmadığını izah edirdi. Bilirsiniz ki, ANS-in qanunları bir qədər fərqlidi. Orda işə qəbul üçün müəyyən imtahanlar vermək lazımdı. Həm də siyasi, sosial məntiqi biliklərin yoxlanılması və olması əsas şərt idi.
- Bəs sualın birinci hissəsi?

- Bunun indi əhəmiyyəti yoxdu axı. Çünki mən artıq ora ilə iş birliyinə son qoymuşam. Hər halda 4 il az müddət deyil.
«Sayanın quluyam, saymayanın ağası»

- Adətən telejurnalistlər mətbuatdakı həmkarlarına yuxarıdan aşağı baxırlar. Sən də bir zamanlar televiziyada olmusan. Necə bir hissdir?

- Dediyin o xüsusiyyətli insanları mən heç zaman başa düşmürəm. Bu halla mən də qarşılaşmışam. Daha dəqiq desək, elə jurnalistikaya gəldiyim ilk günlərdə. Amma ataların bir misalı var-sayanın quluyam, saymayanın ağası. Mən öz yerimə deyim ki bu xasiyyətim heç vaxt olmayıb. Jurnalist jurnalistdi, əsas odur ki, savadlı və bacarıqlı olsun.

«…telejurnalistlər savadsız və bacarıqsızdılar»

- Razılaşırsan ki, mətbuatda çalışan jurnalistlər daha savadlı, intellektlidirlər? Söhbət əksəriyyətdən gedir…

- Əslində qismən razılaşıram. Amma bu o demək deyil ki, telejurnalistlər savadsız və bacarıqsızdılar. Əsla. Bu gün Azərbaycan teleməkanında elə reportyorlar var ki, onların süjetlərinə baxanda xəbərin nə olduğu, mahiyyəti, xəbər necə hazırlanmalı-bütün bunlar daha aydın hiss olunur. Telejurnalist olmaq üçün ilk əvvəl savad və intellektlə bərabər, gözəl nitqə sahib olmaq lazımdı. Amma etiraf edək ki, bu gün əksər telekanallarda mövzular agentliklərdən, qəzetlərdən götürülüb xəbər süjetinə çevrilir. Əsas odur ki süjeti hazırlayanda dəqiq-qərəzsiz hazırlayasan. Təbii ki, söhbət xəbər jurnalistlərindən gedir. Bu gün kifayət qədər savadlı, istedadlı və bacarıqlı telejurnalistin adını çəkə bilərəm.
- Səndə də belə olub? Yəni agentliklərin və qəzetlərin xəbəriylə material hazırlamaq…

- Düzünü deyim ki, ara-sıra olub. Evdən çıxıb işə çatınca gözüm və qulağım xəbər axtarışında olurdu. Təbii ki sosial mövzuları araşdırdığım üçün daha çox sosial problem axtarırdım. Bizim cəmiyyətimizdə də sosial problem xirtdəyə kimidi. O ki qaldı hansısa xəbəri götürüb onun ardınca gedib araşdırmağa, bu olub. Çünki mən təkəm, Bakı böyükdü. Hər yerdə gözümüz ola bilməz. Məsələn, yolum düşür Yasamala, və ya hansısa uzaq kəndə. Təbii haldır ki, bu xəbəri mən hansısa agentlikdə oxumuşam. Amma ora getmək, onu çəkmək və həm maraqlı həm də dəqiq xəbər hazırlamaq-bu artıq jurnalistdən təcrübəs və bacarıq tələb edir.
- Jurnalist üçün müsahibə almaq çətindir, yoxsa müsahibə vermək?

- Müsahibə almaq çətindi. Çünki buna görə ilk əvvəl jurnalistin insan psixologiyasını bilməsi lazımdı. Jurnalistin qarşısına müxtəlif tip həmsöhbətlər çıxa bilər. Amma jurnalistin bacarığı sayəsində həmin insanları özlərinə tabe edib istədiyi cavabları ala bilər.

- Mətbuatda və televiziyada kimləri oxuyursan, bəyənirsən? Konkret adlarla..


- Düzünü deyim ki, yazılı mətbuatı izləməyə vaxtım olmur. Çünki həm işlərim, həm də dərslərin çox olur. Amma vaxt tapan kimi Orxan Fikrətoğlunun verilişlərinə baxıram, yazılarını sevərək oxuyuram. Elçin Mirzəbəyli, Şahvələd Çobanoğlu, İradə Tuncay, Zamın Hacı, Seymur Verdizadənin yazılarını mütaliə edirəm. Bir də şəxsən tanıdığım gənc jurnalistlərdən oxuduqlarım olur.

- Özünü rahat həmsöhbət hesab edirsən?

- Bir o qədər də yox. Çünki düşdüyüm cəmiyyətə gec adaptasiya olunuram.

«Yox, bu ilk dəfədi»

- Heç müsahibə vermişdin?

- Hə, təxminən bir il əvvəl olub.
- Bəs Facebook-da?

- Yox, bu ilk dəfədi, ekspromt oldu.
- Bilirəm ki kirayədə qalırsan...

- Artıq 11 ildir.
- Aylıq gəlirin?

- Hər ay konkret olmadığına görə, dəqiq deyə bilmirəm. Üç yüz manat və bir az çox olur. Təbii ki, bu jurnalist fəaliyyətimlə bağlıdı..
- Kirayəyə nə qədər verirsən?

- Əgər kommunal xərcləri əzərə almasaq, 100 manat.
- Bəs ümumi gəlir? Yəni pedaqoqluğu və doktorantlığı nəzərə aldıqda?

- Bu barədə danışmaq istəmirəm. Bunu oxuyan hər kəs müəllimin nə qədər məvacib aldığını , eləcə də doktorant təqaüdünün məbləğini yaxşı bilir.

- Onda yenidən qayıdaq müsahibənin əvvəlindəki "tanış məsələsinə"…

- Tanışın her yerdə olması indiki vaxtda cox əhəmiyyətlidi. Çünki şəxsən mən müəllim olduğumdan tələbələrim çoxdu və onlardan artıq ali təhsili başa vuranlar var. Müxtəlif idarə və təşkilatlarda calışırlar. Məsələn, hər hansı bir arayış lazım olanda o darədəki tanışlar köməyə gəlir. Təbii ki, təmənnasız. Hazırki cəmiyyətdə bunun nəyi pisdir ki?
- Səncə məmurlar mətbuata nə dərəcədə açıqdırlar?

- O baxır məmura. Nazirlikləri idarə edən şəxslər tədbirlərdən tədbirlərə müsahibə verirlər. Bəziləri heç onu da mətbuata «qıymır». Amma məncə kiminki qorxacaq, çəkinəcək yeri yoxdusa, mətbuata açıq olmalıdı. Axı onlar sözdə xalqa xidmət edirlər.
- Jurnalistlər üçün tikilən evlər barədə düşüncən nədir?

- Bax, burda yenidən "tanış" söhbəti yerinə düşəcək.

- Yəni?

- Fikirləşirəm ki, cəmiyyətimizin reallığında nəyəsə ümid bəsləməyə dəyməz.
- Məmur tanışların çoxdur?

- Yox. Çünki, mən müxtəlif mövzularda sosial araşdırma aparıram. Bu zaman isə ilk növbədə hədəf məmurlar olur. Ona görə, məmurlar məni, mən də onları qəbul etmirəm.

«…biz jurnalist qız ala bilmərik»

- Qadın üçün jurnalist olmaq çətin deyil?

- Biri var çətin, biri də var çox çətin.
- Səbəb?

- Hesab edirəm ki, qadın üçün jurnalistikada olmaq müəyyən vaxta, dövrə kimi olmalıdı. Səbəb-ailə və jurnalistika bir araya gəlmir. Hər bir ailə normal yaşayış tərzi keçirmək istəyir. Amma gecənin bir yarısı ya bir şikayətçi zəng edib dərdini danışır, ya da hardasa qlobal hadisə baş verib və o xəbəri yazmaq lazımdı. Təbii ki bütün bunlar insanları rahatsız edir.
- Belə çıxır ki, ailə qurandan sonra jurnalist kimi fəaliyyətini dayandıracaqsan...

- Mütləq. Çünki mən müəlliməm və bu peşəmə olduqca bağlıyam. Məhz ona görədir ki, mən Bakıda qalıb işləyirəm. Hazırda jurnalist kimi fəaliyyət göstərməyim isə həm maddiyyata, həm də özümdə pu peşəyə olan həvəsimdən asılıdı. Amma ailə bütün bunlardan da üstündü. Təbii ki əgər işləməyimi istəməsələr, o zaman bunu etirazsız qəbul edərəm.
Yenə də bunun səbəbini cəmiyyətdə görsəm, o zaman məni qınayacaqlar. Amma reallıq budu. Cəmiyyət jurnalist qadınları qəbul etmək istəmir. Hər hansı bir insan qəbul etsə də, onun ətrafı qəbul etmir. İnsanların dillərinin əzbəri olan bir cümlə var-o jurnalistdi axı, biz jurnalist qız ala bilmərik.
Amma niyə?
- Yaxşı sualdır. Niyə?

- Bu sualı çox düşünmüşəm, amma əsaslı bir dəlil tapa bilmirəm. Nə deyim? Görünür 21-ci əsr olsa da, şüurlar hələ 20-ci əsrin əvvəllərində qalıb. Necə ki, 20-ci əsrin əvvələrində aktyor və aktrisalar kütlə tərəfindən qəbul olunmurdu. Hamı deyir, aaa, nə gözəl aparıcı, ya müxbir qızdı, Amma məsələ evlənmə söhbətinə gəlib çatanda, deyirlər yox.
- Ümumiyyətlə sevgi sənin üçün nədir?

- Sevgisiz insan yaşaya bilməz. Xüsusilə də gənclər. Təbii ki, hər kəsin kimisə sevib, ona arxalanmağa, güvənməyə haqqı var. Sevmək insana yaşamaq üşün bir növ can verir. Söhbət təmiz, saf sevgidən gedir…

- Deyəsən kefin pozuldu. Yaxşı bir əhvalat danışmağın lap məqamıdır...

- Jurnalist fəaliyyətimdə ən yaddaqalan, məzəli əhvalat Qobustana cəkilişə getdiyimiz zaman olub. 2 il əvvəl ANS-də işləyirdim. May ayı idi deyəsən. Mən, operatorumuz Nərgiz Mehtiyeva və sürücümüz Səlim dayı gedirik Qobustana cəkilişə. Xəbər gəlib ki, bəs orda kənddə heyvanlar arasında epidemiya yayılıb, kütləvi qırılma var. Elə Bakıdan təzəcə çıxmışdıq ki, maşınımız - «Damas» xarab oldu. Səlim dayı dedi ki, bəs maşın «susuzlayıb». Su tökdü, yolumuza davam etdik. Təsəvvür edin, hər 100 metrdən bir maşına su tökmək lazım oldu. Beləcə maşında su, yollarda gölməçə, cibimizdə pul qalmadı. Elə hansı marketin yanından keçdik, su aldıq tökdük. Hələ bu azmış kimi yolda maşını işlək hala salmaq üçün itələməli də olurduq. Bir anlıq fikirləşin, Qobustanın yolu enişli-yoxuşlu, biz də iki qız maşın itələyirik. Nəhayət saat 4-də kəndə çatdıq. Halbuki, 11-də şirkətdən çıxmışdıq. Çəkiliş baş tutdu. Geri qayıdanda eyni mənzərə-artıq yol kənarındakı bütün avtotəmir məntəqələri bizi tanıyırdı. Çox gülməli vəziyyət yaranmışdı. Bu vaxt bir JEEP markalı maşın yanımızda saxladı və kömək edəcəyini dedi. Maşınımızı JEEP-ə qoşduq. Elə ki «Damas»ı qoşquya qoşduq, başladı sürətlə sürməyə. Bir neçə dəfə az qaldı ki, maşınımız aşsın. Axırda sürücü gördü ki, belə getsə doğrudan da maşın aşacaq, dedi “üzr istəyirəm, mənlik olmadı”. Beləcə, yolda köməksiz qaldıq. Axırda şirkətdən kömək gəldi və biz gecə saat 1-də işə qayıtdıq. Ondan sonra şirkət rəhbərliyi qərar verdi ki, iki qız bir yerdə uzaq cəkilişə getməsin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru