Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                 

İNTERNET YOLU İLƏ BANK HESABLARI TALANIB
Tarix: 16-03-2012, 16:09 | Çap et
İNTERNET YOLU İLƏ BANK HESABLARI TALANIB

MTN KİBERCİNAYƏTKAR DƏSTƏNİ İFŞA EDİB

Milli Təhlükəsizlik Nazirliyi (MTN) kompüter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli bilinən mütəşəkkil dəstənin üzvlərini ifşa edib.

MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları – Musayev Rəhman Sahib oğlu, Abdullayev Elçin Tariyel oğlu, Zəkiyev Emin Tahir oğlu, Dadaşlı Mikayıl Elşad oğlu və qeyriləri mütəşəkkil dəstə tərkibində İnternetdən istifadə etməklə qanunla qorunan kompüter informasiyasına qanunsuz daxil olub onların surətlərini əldə edərək 2008-2011-ci illər ərzində həmin informasiyalar vasitəsilə ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarmış və onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talayıblar.
Müəyyən edilib ki, özgənin əmlakını gizli talamaq məqsədilə Rəhman Musayev Elçin Abdullayev, Emin Zəkiyev, Mikayıl Dadaşlı və qeyrilərindən ibarət mütəşəkkil dəstə yaratmışdır. Rəhman Musayevin dəstə üzvləri arasında apardığı vəzifə bölgüsünə əsasən, onun özü və Elçin Abdullayev xarici ölkə vətəndaşlarına məxsus plastik kartlara aid məlimatların İnternetlə qanunsuz əldə edilərək Emin Zəkiyevə, Mikayıl Dadaşlıya və qeyrilərinə verməyi öhdəsinə götürmüşdür. Həmin məlumatlar əsasında özgənin gizli talanmış əmlakını, yəni pul vəsaitlərini Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı mağaza və şirkətlərin hesabına köçürüb müxtəlif çeşidli məişət avadanlıqlarının, mobil telefon aparatlarının və digər qiymətli əşyaların alınaraq satışının təşkilini Emin Zəkiyevlə Mikayıl Dadaşlıya tapşırmışdır.

Dəstə üzvləri Bakıdan İnternet şəbəkəsinə qoşularaq, Rusiya Federasiyasının Moskva şəhərində qeydiyyatdan keçirilmiş İnternet saytına daxil olub, həmin səhifədən yenə də İnternetlə ABŞ ərazisində fəaliyyət göstərən müxtəlif bankların müştərilərinə məxsus elektron hesablar barədə məlumatlar əldə etmişlər. Dəstə üzvləri bu məlumatlardan yararlanaraq 2011-ci ilin fervral-iyun ayları ərzində həmin hesabların sahiblərindən gizli olaraq onların 6 min 180 manat pullarını talayıb digər elektron hesaba köçürmüşlər. Gizli olaraq pulları oğurlanmış xarici ölkə vətəndaşlarının xidmət banklarının tələblərinə əsasən, Rəhman Musayev və qeyrilərinin qanunsuz fəaliyyəti nəticəsində əldə edilmiş həmin məbləğ Azərbaycan bankları tərəfindən qeyd olunan kartların sahiblərinin hesablarına ödənilmişdir, ki, bununla da həmin banklara külli miqdarda ziyan dəymişdir.
Rəhman Musayev, Elçin Abdullayev, Emin Zəkiyev, Mikayıl Dadaşlı və qeyriləri İnternetlə qanunsuz olaraq xarici ölkə vətəndaşlarının «Visa» və «Mastercard» elektron plastik kartlarındakı məlumatlar vasitəsilə onlara məxsus bank hesablarından yenidən 9 min 298 manat götürmüş, sonradan İnternetlə bir şirkətin hesabına köçürmüş və qaimə-faktura əsasında həmin şirkətdən 2 ədəd «Apple İphone 4-32 gb», 4 ədəd «Black berry 9780», 6 ədəd «Black berry 9780 White», 4 ədəd «Black berry 9800» markalı bahalı mobil telefon aparatları almış və sonradan bu telefon aparatlarını real dəyərindən ucuz qiymətə müxtəlif şəxslərə satmışlar.
Qanunazidd fəaliyyətlərini davam etdirən mütəşəkkil dəstə üzvləri 2011-ci ilin may ayında xarici ölkə vətəndaşlarının elektron plastik kartlarına aid qanunsuz olaraq İnternetlə əldə etdikləri informasiyadan istifadə etməklə, həmin kartların sahiblərinin xarici ölkələrdəki bank hesablarından gizli surətdə yenidən 10 min 682 manat çıxarıb Bakı şəhərində fəaliyyət göstərən digər şirkətin hesabına köçürməklə müxtəlif markalı mobil telefon aparatları sifariş verərək götürməyə cəhd etmişlər. Lakin həmin vaxt Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən xarici kartlarla ödəmələrin aparılması müvəqqəti məhdudlaşdırıldığından dəstə üzvləri iradələrindən asılı olmayaraq qeyd olunan ödəmələri həyata keçirə və mobil telefon aparatlarını əldə edə bilməmişlər.
Buna baxmayaraq, dəstə üzvləri İnternetlə qanunsuz olaraq xarici ölkə vətəndaşlarının elektron plastik kartlarındakı məlumatlar vasitəsilə həmin şəxslərə məxsus bank hesablarından daha 15 min 900 manat çıxarmış və Bakı şəhərində fəaliyyət göstərən bir neçə mağazanın hesabına pul köçürərək müxtəlif çeşidli qiymətli mallar əldə etmişlər. Elçin Abdullayev 5 min 228 manat məbləğində hətta özünün toy mərasimi üçün Bakı şəhərindəki restoranlardan birinin müxtəlif çeşidli güllərlə bəzədilməsini Emin Zəkiyev vasitəsilə paytaxtda fəaliyyət göstərən şirkətlərdən birinə sifariş etmişdir.
Mütəşəkkil dəstənin üzvləri növbəti hüquqazidd əməlin törədilməsinə cəhd edərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən xüsusi əməliyyat planı əsasında cinayət başında yaxalanmışlar.

Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.3-cü, (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxil olma ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama), 29.177.3.1, 29.177.3.2, (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaya cəhd), 194.2.1 və 194.2.4-cü (mütəşəkkil dəstə tərəfindən bilə-bilə cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı alma və ya satma) maddələri ilə cinayət işi başlanılmışdır. Rəhman Musayev, Elçin Abdullayev, Emin Zəkiyev və Mikayıl Dadaşlı təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Mütəşəkkil dəstə tərəfindən bu illər ərzində törədilmiş qanunazidd əməllərlə bağlı toplanmış materillar, eləcə də çoxlu sayda sübutlar müxtəlif hüquqi və fiziki şəxslərə vurulmuş zərərin miqdarının yüz dəfələrlə artıq olacağını ehtimal etməyə əsas verir. Cinayətin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru