RÖVNƏQ ABDULLAYEVİN YDM MAXİNASİYASI
Tarix: 22-03-2012, 11:08 | Çap et
SOCAR-IN YDM-LƏRİNDƏ NƏDƏN KASSA APARATLARI GÖZƏ DƏYMİR?
DİA.AZ: - Son zamanlar Vergilər Nazirliyindən yenə də ayrı-ayrı hədəflərin susdurulması üçün bir təyziq vasitəsi kimi istifadə olunma ənənəsi geniş miqyas alıb. Məsələn, yenə də hansısa «vurulmuş» məmurun qapısını hüquq-mühafizə orqanlarından əvvəl vergi müfəttişləri kəsdirir. Eləcə də vergilər nazirliyi həm də siyasi hakimiyyətin özünə rəqib kimi gördüyü müxalif və müstəqil mətbuatın susdurulmasında da alət rolunu oynamaqdadır.
Təbii ki, bu da son nəticədə VN-nin təyinatı üzərə istifadə olunmaması təəssüratını yaradır. Əslində bir çox hallarda VN əməkdaşlarını qınamaq mümkün də olmur. Məlumdur ki, bu gün vergi ödəməli olan iş yerlərinin, obyektlərin əksəriyyəti hansısa məmura aiddir. Belə olan təqdirdə ödənilən real verginin həcminin simvolik xarakter daşıması faktdır.
Məsələn, son zamanlar Bakını «işğal etməkdə olan», sayı durmadan artan, gündə yeni bir ərazidə peyda olan SOCAR yanacaqdoldurma məntəqələrinin birbaşa olaraq Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevə aid olması faktdır. İndi kim iddia edə bilər ki, Rövnəq Abdullayevin obyektində dövlətin vergisi vaxtlı-vaxtında və tam qanunlar çərçivəsində ödənir? Təbii ki, kimsə belə bir iddiada buluna bilməz. Qeyri mümkündür.
Bayram günləri olmasına baxmayaraq DİA.AZ əməkdaşları SOCAR-a aid YDM-lərdə böyük sıxlıq müşahidə ediblər. Əməkdaşlarımızın bildirdiyinə görə, benzinin daha keyfiyyətli olması sürücülərin SOCAR-a cəlb olunması ilə nəticələnib. Necə ki, bir zamanlar «Azpetrol» Neft Şirkətinə aid YDM-lər sürücülər arasında populyar idi, indi eyni «hörmətli mövqe»ni SOCAR-ın YDM-ləri tutur.
Əməkdaşımız müşahidələri nəticəsində öyrənə bilib ki, şıdırğı alverinin getməsinə baxmayaraq SOCAR-ın YDM-lərində alqı-satqı prosesi rəsmiləşmir, yəni prses kassaya vurulmur. Hətta Bibiheybət məntəqəsində bu şirkətə aid olan YDM-də isə ümumiyyətlə kassalar yığışdırılıb.
Əməkdaşımız bir neçə sürücü ilə söhbət etdikdə öyrənə bilib ki, əvvəllər həmin YDM-də kassa aparatı olsa da, artıq 2-3 aydır ki, nə sürücülərə çek verən var, nə də kassadan istifadə edən.
Hər halda, belə bir özbaşınalığa yalnız kifayət qədər ciddi rıçaqlara malik məmurlardan birinə güvənən bir şirkət imza ata bilər. Bu «bespredel» hansısa arxasız sahibkarı aşan bir məsələdir…


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Bu gün, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
|