BAKI «BT»-SİNDƏ NƏLƏR BAŞ VERİR?
Tarix: 27-03-2012, 12:04 | Çap et
RƏİS MÜAVİNİ SEYMUR ƏLİYEVİ TRANSFERİNİN PƏRDƏARXASI TƏRƏFLƏRİ
DİA.AZ: - Ötən gün özəl mənbədən redaksiyamıza daxil olan məlumatda Bakı «BT»-sinin rəis müavini Seymur Əliyevlə bağlı maraqlı məlumatlar yer alıb. Mənbənin DİA.AZ-a bildirdiyinə görə, bundan öncə Abşeron «BT»-sində rəis müavini postunda çalışan və o vaxtdan vətəndaşlar arasında korrupsioner dövlət məmuru kimi tanınan Seymur Əliyev, bir neçə həftə bundan öncə təyin edildiyi yeni vəzifəsində də köhnə vərdişindən əl çəkməyib.
İlk öncə S.Əliyevin Abşeron BT-sinin rəis müavini olduğu dönəmdəki fəaliyyətinə toxunan mənbə, adıçəkilən məmurla bağlı ilginc məqamlara toxunub: «S.Əliyevin kimliyi və iş prinsipi yolu Abşeron BT-sinə düşən hər kəsə yaxşı bəllidir. Bütün fəaliyyəti boyu maddi maraqlarını qanunun tələbindən üstün tutan və ona müraciət edən vətəndaşların təqdim etdiyi sənədlərdən öncə onların cibinə nəzər salan S.Əliyev, Abşeron BT-sində çalışdığı müddət ərzində yol verdiyi qanunsuzluq səbəbilə yüzlərlə insanın narazılığına səbəb olub. Pulsuz bir qarış da olsun torpağın sənədləşdirilməsinə razılıq verməyən S.Əliyev sonda insanların kütləvi etirazı və qəzəbi səbəbilə Abşeron BT-sindəki postunu tərk etməyə məcbur olub».
Mənbənin məlumatına görə, Abşeron rayonuna tabe olan bütün kənd və qəsəbələrdən rəhbər mövqe tutduğu BT-yə müraciət edən insanların hamısından qeyri-qanuni pul tələb edən və yalnız öz maddi marağını təmin etdikdən sonra qanunun vətəndaşlara tanıdığı haqqı onlara bəxş edən S.Əliyevin özbaşınalığı dəfələrlə sadə vətəndaşlarla onun arasında ciddi qarşıdurmalara səbəb olub: «S.Əliyevin özbaşınalığıdan usanan insanların bir çoxu Abşeron BT-sinə gələrək öz etirazını aqressiv şəkildə dilə gətirir, bu isə çox zaman tərəflər arasında qarşıdurmalara səbəb olurdu. Hətta iş o yerə çatmışdır ki, S.Əliyev «arzuedilməz» insanların BT-yə gəlişini əngəlləmək və «artıq vaxt itirməmək» üçün sözügedən idarənin mühafizəsinə təhkim edilən polis nəfərlərinə «hər gələni içəri buraxmamağı» tövsiyyə etmişdir. S.Əliyevin qəbuluna yalnız o şəxslər girə bilərdi ki, onlar torpaqlarını sənədləşdirmək üçün onlardan tələb olunan məbləği adıçəkilən şəxsə təqdim edib və ya məbləğin miqdarı ilə bağlı sövdələşmək niyyətindədir».
Mənbənin sözlərinə görə, S.Əliyevin bu dəsti-xətti sonda Bakının Mehdiabad kənd sakinlərinin Abşeron BT-sinə hücumu ilə nəticələnib. S.Əliyevin özbaşınalıqlarından cana doyaraq Abşeron BT-sinə gələn və öz haqlarını tələb edən qadın şikayətçilər yalnız S.Əliyevə deyil, bütövlükdə idarə əməkdaşlarına çətin anlar yaşadıb: «Ötən ilin 17 avqust tarixində Abşeron BT-sinə gələn 3 nəfər Mehdiabad kənd sakini S.Əliyevdən qanunun tələblərinə əməl etməyi, süründürməçiliyə son qoymağı tələb edib. Haqları olan torpağı sənədləşdirmək üçün ona dövlət rüsumundan başqa bir qəpik də olsun pul verməyəcəklərini bildirən qadın şikayəıtçilər, S.Əliyevi ifşa edən ciddi ittihamlar irəli sürüb. Kəskin qarşıdurma şəraitində davam edən mübahisə şikayətçilərin BT ərazisindən uzaqlaşdırılması ilə nəticələnsə də, baş verənlərdən sonra S.Əliyevin «hamisi» ona daha bu postda çalışmağın məqsədəuyğun olmadığını bildirib. Məhz bundan sonra şəxsi əlaqələrini işə salan S.Əliyev Abşeron BT-si ilə vidalaşaraq Bakı BT-sində zühur edib. Lakin qaçaq korrupsionerin Bakı BT-sində zühurunun da onun üçün səssiz-səmirsiz ötüşməyəcəyi artıq indidən özünün hiss etdirməkdədir».
Mənbənin bildirdiyinə görə, Abşerondakı rüsvayçılıqdan sonra Bakı BT-sinə təyinat alan S.Əliyev bu kəs mahiyyətcə eyni, formaca fərqli taktika sərgiləməyə başlayıb. S.Əliyev həmçinin vətəndaşların qanunsuz müraciətlərini də bəlli bir məbləğ qarşılığında qəbul etməklə faktiki olaraq başqa şəxslərin hüquqlarını pozur ki, bu da gələcək qarşıdurmalar üçün zəmin rolunu oynayır. İşin ən maraqlı tərəfi isə S.Əliyevin etdiyi qanunsuzluqlara özünməxsus tərzdə haqq qazandırması ilə bağlıdır. Belə ki, bir vətəndaşın haqqına qəsb etməklə başqa bir vətəndaşın qanunsuz istəyini reallığa çevirən S.Əliyev, bunu «xeyirxah» təbiəti ilə izah edir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Bu gün, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
|