
ERMƏNİ DEPUTATLAR GƏZİNTİYƏ ÇIXIBLAR
Avronest Parlament Assambleyasının Bakıda keçirilən ikinci plenar sessiyasında iştirak edən Ermənistan nümayəndə heyəti paytaxta gəzintiyə çıxıb.
APA-nın məlumatına görə, Bakı ilə yaxından tanış olan erməni deputatlar İçərişəhərdə, Nizami küçəsində olub, erməni kilsəsini seyr ediblər.
Gəzinti zamanı heç bir insident qeydə alınmayıb.