Azərbaycanda mərc oyunları QANUNDAN KƏNARDIR... - İLGİNC
Tarix: 15-09-2020, 10:13 | Çap et
 İdman-mərc oyunlarını tənzimləyən normativ hüquqi bazanın inkişaf etdirilməsinə ehtiyac vardır. Belə ki, bu sektor "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir, sırf bu sektoru tənzimləyən qanun təəssüf ki, hələ qəbul edilməmişdir. Qeyd olunan qanunun 53-cü maddəsi qeyd edir ki, idman-mərc oyunu operatoruna akkreditasiyanı dövlətin müvafiq icra orqanı (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi) həyata keçirdiyi halda, bu mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti maliyyə bazarlarına nəzarət orqanı (Azərbaycan Respublikası Mərkəzi Bank) həyata keçirir. Bu sferanın sürətlə inkişaf etdiyini nəzərə alaraq etiraf etmək lazımdır ki, qeyd olunan hər iki qurumda sırf bu sahə üzrə mütəxəssislər mövcud deyildir və onlar əksər hallarda qanunvericiliyin onlara verdiyi səlahiyyətlər çərçivəsində iqtisadiyyatın bu sferasını tənzimləməyə çalışırlar. Azərbaycanda indiyə qədər qurumlararası koordinasiyanı yaradacaq bir mexanizmin, təsisatın olmaması ona gətirib çıxardır ki, bu sahədə tamamilə xaos hökm sürür. Gəlin bu tezisi konkret olaraq normativ-hüquqi baza fonunda əsaslandıraq. "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 20 avqust, 2010-cu il QƏRARINA nəzər salaq: Qərarın 3.1.2-ci maddəsində qeyd edilib ki: "3.1.2. hüquqi şəxsin özü və ya onun təsisçilərindən biri son 3 il ərzində hər il orta hesabla ən az 1 (bir) virtual və 1000 (bir min) stasionar satıcı şəbəkəsi vasitəsilə idman mərc oyunlarını təşkil etməli və keçirməli və bu satıcı şəbəkəsi vasitəsilə ən az 500 (beş yüz) milyon manat həcmində orta illik dövriyyənin risk idarəetməsini (mərc oyunlarında oyun proqramının, uduş əmsallarının və minimum mərc sayının müəyyənləşdirilməsi yolu ilə mərc oyununun keçirilməsi zamanı qarşıya çıxan riskin öhdəliyə götürülməsi) həyata keçirməli;" Fakt ondan ibarətdir ki, Azərbaycan bazarının yeganə mərc operatorunun nə özü, nə də təsisçiləri bu kriteriyaya faktiki olaraq cavab vermir. Azərbaycanda üst-üstə sayılsa 300 Topaz stasionar məntəqəsi ya ola ya da olmaya... 500 milyondan isə söhbət gedə bilməz... Onda sual olunur ki, bu sahəyə nəzarət edən dövlət qurumları, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyinin Vergi Xidməti və digər müvafiq qurumları hara baxır? Kiçik və orta sahibkar xırda pozuntu edəndə biznesini cərimələrlə çökmə həddinə gətirənlər Topaz'a niyə göz yumur? Nədir Topaz'ın toxunulmazlığının sirri? Dünənki yazıda Topaz'ın vergi qanunvericiliyini pozmasına aid konkret fakt açıqlanmışdı (qanunsuz dividend ödənişi), bugün isə şirkətin ölkənin bu sahədəki əsas tənzimləyici qanununu kobud şəkildə pozulmasına dair nəzəri deyil, konkret misal verilir. Topaz özündə bu cəsarəti hardan tapır ki, akkreditasiya qaydalarını belə kobud şəkildə pozur? Bu sual ritorik deyil, konkret olaraq Gənclər və İdman nazirliyinə, onun mərc sahəsindəki ixtisaslaşmış qurumu "Azəridmanservis"ə ünvanlanır. Növbəti yazılarımızda oxucularla həmçinin Topaz'da baş verən bilet saxtalaşdırmalarına dair məlumatları paylaşacağıq. Bununla da bu sektora nəzarət etməli orqanlardan 3-cü orqan olan Mərkəzi Bankın da faktiki bu nəzarəti həyata keçirmədiyini növbəti konkret, faktiki məlumatla təqdim edəcəyik. //sfera.az//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24 |
|
|
|
• Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22 |
|
|
|
• DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21 |
|
|
|
• "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19 |
|
|
|
• Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17 |
|
|
|
• Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15 |
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
|