Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                 

"Əvvəl təkcə həkimə pul verirdik, indi həm sığortaya pul ödəyirik, həm həkim pul alır..." - NƏ BAŞ VERİR?
Tarix: 5-04-2021, 09:07 | Çap et
"Əvvəl təkcə həkimə pul verirdik, indi həm sığortaya pul ödəyirik, həm həkim pul alır..."
Aprelin 1-dən İcbari tibbi sığortanın Azərbaycanın bütün ərazisində tətbiq edilməyə başlandığı açıqlandı. Rəsmi məlumata görə, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda da rəsmi qeydiyyatda olan əhali də artıq İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.

Əhali hansı xidmətlərdən istifadə edə biləcək? Sistem necə işləyəcək? Hər vətəndaş sığorta hesabına Xidmətlər Zərfinə aid tibbi xidmətlərdən yararlana biləcəkmi? Həkimlərə ödənilən əməkhaqqı onları qane edəcəkmi?

«Əvvəl təkcə həkimə pul verirdik, indi...”

Yevlax rayonunda yaşayan Q.İ. AzadlıqRadiosuna deyir ki, İcbari tibbi sığorta haqqı əməkhaqqından çıxılsa da bunun bir xeyri yoxdur:

«Əvvəl təkcə həkimə pul verirdik, indi həm sığortaya pul ödəyirik, həm həkim pul alır”

Onun deməsinə görə, xidmət keyfiyyəti isə aşağıdır. Elə bəzi həkimlər də icbari tibbi sığorta sistemindən o qədər də razı deyil.

Bakıda yerləşən dövlət tibb müəssisələrinin birində çalışan E.T. isə AzadlıqRadiosuna həkimlərə təyin olunan əməkhaqqının qənaətbəxş olmadığını deyir:

“1500 manat dəyər qoyulan əməliyyatdan...”

«Həkim sanitar işlərinə baxan işçisi ilə az qala eyni maaşı alır. 1500 manat dəyər qoyulan əməliyyatdan cərraha 150 manat bonus veriləcək. Birincisi, bu əməliyyatı hər cərrah bacarmır, ikincisi isə bacaran cərrah nə qədər uzun zaman bu bonusa qatlanıb işləyər?».

Həkim əlavə edir ki, sistemə düzəlişlər edilməlidir, əks halda sistem işləməyəcək:

«Ona görə əksər mütəxəssislər dövlət xəstəxanasından çıxaraq özəl klinikalara işə düzəlirlər. Maaş düzəlməsə vəziyyət pis olacaq».

Rəsmi qurumlar isə səslənən tənqidləri haqlı saymırlar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi-ndən “Turan” İnformasiya Agentliyinə bildirilib ki, bütün vətəndaşlar üçün dövlət büdcəsinin vəsaiti hesabına illik icbari tibbi sığorta haqqı ayrılır:

"Heç bir yerdə...”

«Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək İcbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər».

Qurumdan vurğulanıb ki, Xidmətlər Zərfinə ilkin səhiyyə, təcili, təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış ambulator yardım, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir:

«Xidmətlər Zərfi ilə müəyyən edilmiş bütün tibbi xidmətlər Azərbaycan vətəndaşlarına ödənişsiz təqdim olunur. İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nəzdindəki tibb müəssisələrində göstərilir. Xidmətlər Zərfinə daxil olan hər hansı tibbi xidmətin dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmadığı halda vətəndaşın Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində həmin tibbi xidməti əldə etməsi təmin olunur».

Agentlikdən qeyd olunub ki, Xidmətlər Zərfindən yararlanmaq üçün vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, ilk növbədə ailə həkiminə müraciət etməlidir: «Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsi qeydiyyatçıya təqdim edilməlidir».

“Vahid Tarif Sorğu Kitabçası əsasında...”

Qurumdan bildirilib ki, səhiyyə işçilərinin aylıq vəzifə maaşı əmək stajı və xidməti fəaliyyətinin qiymətləndirilməsi nəzərə alınmaqla Vahid Tarif Sorğu Kitabçası əsasında 18 dərəcə üzrə müəyyən edilir:

«Bundan başqa həkimlər üçün sabit və ya xidmətə görə həvəsləndirici əlavələr də nəzərdə tutulub».

Agentlikdən vurğulanıb ki, Cərrahiyyə şöbəsində, Ginekologiya doğum şöbəsində çalışan həkimlərə tibbi xidmət üçün təsdiq edilmiş tarifdən inzibati xərclər çıxıldıqdan sonra hesablanan məbləğin 20 faizi həcmində mükafat verilir:

“350 manatdan həkimə çatacaq 20 faiz isə təqribi 70 manat edir»

«Məsələn, mədədən yad cisim çıxarılması əməliyyatının dəyəri əlavə dəyər vergisi (ƏDV) daxil olmadan 500 manatdır. Agentlik bu əməliyyatı həyata keçirmiş tibb müəssisəsinə 18 faiz ƏDV də daxil olmaqla 590 manat pul ödəyir. Əməliyyatı həyata keçirmiş həkimin mükafatı bu qaydada hesablanıb: 500 manatdan təqribi 30 faiz tibbi sərfiyyat çıxılır və nəticədə 350 manat qalır. 350 manatdan həkimə çatacaq 20 faiz isə təqribi 70 manat edir».

Qeyd olunub ki, sağlamlıq üçün təhlükəli, ağır əmək şəraitinə görə bir qrup səhiyyə işçisinə hər ay vəzifə maaşının 15 faizi, xüsusilə təhlükəli, xüsusilə ağır əmək şəraiti üçün 20 faizi, insanın immunçatışmazlığı sindromu və ya insanın immunçatışmazlığı virusu ilə əlaqəli əmək şəraiti ilə bağlı isə 60 faizi miqdarında əlavə haqq verilir:

«Kənd və qəsəbələrdə yaşayış yerindən uzaq məsafədə çalışan və sabit həvəsləndirici əlavələr ödənilən həkimlərə eyni zamanda sabit əlavələr də ödənilir».

Qurumdan əlavə olunub ki, tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində gecə işlərinə cəlb edilən həkimlərə işin hər saatına görə, saatlıq vəzifə maaşının 50 faizi, digər işçilərinə isə vəzifə maaşının 35 faizi miqdarında əlavə haqq ödənilir.

İqtisadçı ekspert Azər Mehdiyev isə AzadlıqRadiosuna bildirib ki, tibbi sığortanın bütün ölkə boyu tətbiqinə 2019-cu ildə keçiriləcəyi söylənilsə də, bu ancaq 2021-ci il aprelin 1-də baş tutub.

Ekspert hesab edir ki, İcbari tibbi sığorta sistemin etimad qazana bilməsi onun əhaliyə hansı səviyyədə xidmət göstərməsindən asılıdır:

«Digər tərəfdən isə burada pasientlərin hüquqlarının qorunması kimi məsələ var. İndi belədir ki, xəstə həkimin qəbuluna gedir, həkim müayinələr, dərmanlar yazır, pasient bunun nə dərəcədə lazımlı olduğunu bilmir. Amma tibbi slğorta tətbiq olunduqda müalicə effekt vermədikdə həkim sorğulana bilir, yalnız müalicə özünü doğrultduqda ödəniş edilir».

Azər Mehtiyevin fikrincə, bu sahədə bəzi idarələrin toqquşan maraqları var: «Odur ki, bu sahə üzrə idarəçilikdə tibb siyasəti, tibbi sığorta haqqını ödəmə, müalicənin keyfiyyətinə nəzarət fərqli qurumlarda olmalıdır».

“İcbari tibbi sığorta sisteminin korrupsiyanın qarşısını ala bilməsi mümkündür”
İqtisadçı qeyd edib ki, İcbari tibbi sığorta sisteminin korrupsiyanın qarşısını ala bilməsi mümkündür: «Amma bunun üçün ictimai nəzarət sistemi qurulmalıdır. Burada medianın, vətəndaş cəmiyyəti institutlarının iştirakı ola bilər, amma indiki halda belə nəzarətin təşkilinə maraq göstərilməsi inandırıcı görünmür».

Azər Mehdiyev hesab edir ki, bu sistemin fəaliyyətini dəyərləndirə bilmək üçün ilk növbədə düzgün qiymətləndirmə sistemi qurulmalıdır.

«Eyni zamanda mən sovet dönəmindən qalma xəstəxanalardan elə yüksək nəticələri gözləmirəm».

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev isə “Turan” Agentliyinə deyib ki, İcbari tibbi sığorta sistemin ölkədə tədbiqi pozitiv hal olsa da, sistemin həkimlər üçün nə dərəcədə uğurlu olub-olmamasını müəyyənləşdirmək üçün 1-2 ay keçməlidir:

«Düzdür, rəsmi şəkildə həkimlərin əməkhaqqları artıb və təxminən 300 manat civarındadır. Amma biz hamımız bilirik ki, nə həkim o maaşla dolanmır nə də başqa bir peşə sahibi. Fəhlə gəlib adamın həyətində işləyəndə günü 20 manata işləyir, bu da ayda 600 manat edir».

“Korrupsiya, rüşvət və digər problemləri həll etmək istəyi varsa,...”

Həkim qeyd edib ki, həqiqətən də korrupsiya, rüşvət və digər problemləri həll etmək istəyi varsa, aidiyyatlı qurumlar həkimlərin qeyri-rəsmi aylıq gəlirlərini hesablayıb ortalama bir rəqəm çıxartmalıdır və İcbari tibbi sığorta sistemi ilə çalışan həkimlərin əməkhaqqını buna uyğunlaşdırmalıdılar:

«Həkim indiyədək 2-3 min manat qazanırdısa o öz büdcəsini buna uyğun formalaşdırıb və sabah onun gəlirləri azalanda o, sıxıntı ilə yaşayacaq. Yolları axtaracaq ki, əvvəlki gəlirləri kompensasiya eləsin, özəl xəstəxanalara və ya digər ölkələrə üz tutacaq».

Ekspertin fikrincə, həkimin gəliri qənaətbəxş olmasa, onun göstərdiyi tibbi xidmətlərin keyfiyyəti də avtomatik olaraq aşağı düşür.

«O zaman xəstələr üz tutacaq özəl xəstəxanalara və əvvəlki sistemə qayıtma baş verəcək».

Xatırlatma

Azərbaycanda "Tibbi sığorta haqqında" Qanun 22 il əvvəl qəbul edilib. Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam vermişdi. İ.Əliyev bir də ondan 9 il sonra -2016-ci il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq etmişdi. 2017-ci ildən Azərbaycanın bir neçə rayonunda icbari sığorta pilot layihələr kimi yerinə yetirilir. 2020-ci ilin əvvəlində də prosesin mərhələli şəkildə il ərzində başa çatacağı açıqlanmışdı.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Dünən, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Dünən, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Dünən, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Dünən, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Dünən, 14:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru