Baş həkim olmaq arzusu ona baha başa gəldi... .....                     "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                 

Qohumuna-dostuna vəzifə verən Avropa təhsilli nazir... - Nazir kürsüsü çoxlarını dəyişib...
Tarix: 2-06-2021, 09:37 | Çap et
Qohumuna-dostuna vəzifə verən Avropa təhsilli nazir...
“Dərviş Parisi partladır” filmində Hətəmxan ağa qardaşı oğlunun Avropa təhsili almasına qarşı çıxmırdı. O, inkişafı, gələcəyi Qərb təhsili almaqda görürdü. Dövrün bir sıra adamları belə fikirləşirdilər ki, nicat xarici təhsildədir.

“Dəli Kür” filmində də tərəqqi cəhalətdən qaçıb Qori seminariyasında oxumaqda görülürdü. Zəmanə dəyişdi, qərinələr ötdü, indi azərbaycanlı gənclərin Avropada təhsil almasında əngəl yoxdur, Qərbdə oxuyub gələnlərimiz də az deyil. Di gəl çi fayda?!
Elə bu Avropa təhsilini alanlardan, Hətəmxan ağanın xəyallarını gerçəkləşdirənlərdən biri bizim 5-ci təhsil nazirimiz Emin Əmrullayevdir.
Lakin gəlin görək Mərkəzi Avropa Universitetində, daha sonra Kolumbiya Universitetində oxumuş gənc nazirimiz Qərb təhsilinin “q” hərfini belə Azərbaycanda tətbiq edə bilibmi? - Birmənalı yox.
O halda soruşmamaq olmur ki, cənab vergilər naziri, təhsilimizə Misir Mərdanovdan keçid dövrü üçün rəhbərlik etmiş Mikayıl Cabbarov E.Əmrullayevi niyə bu xalqına canına urcah edib?!
Rubrika.Az sual edir ki, əgər Azərbaycan məktəblərində Avropa təhsilindən yüzmin kilometrlərlə uzaqda Misir Mərdanovdan qalma ənənələr hökm sürürsə, Hətəmxan ağanın görmək istədiyi Qərb təhsilli kadrlarımız vətənə qayıdışında bəs hansı nailiyyətləri əldə ediblər...
Bu ritorik suallara bir mühüm məlumatı əlavə etsək, Azərbaycan oxucusuna E.Əmrullayevin təhsil siyasəti tam aydın olacaq. Bəli, təhsil nazirimiz Qərb sistemindən kənar, əsl azərbaycanlısayağı üslubda kadr islahatları aparır. Belə ki, vaxtilə rəhbəri olduğu Təhsil İnstitutunda indi öz xalası qızına vəzifə verib. Bu tayfaçılıq, qohumbazlıq təfəkkürü Avropa təhsili alsan belə dəyişmir.
E.Əmrullayevin ikinci təyinatı haqda söz açaq - deyilənə görə Dərnəgül bazarında biznesi olan bir dostunu Təhsil Nazirliyində işə götürüb.
Əvvəllər vergi müfəttişləri ölkə təhsilini idarə edirdilərsə, indi Əmrullayevin təhsildən kənar olan yaxın çevrəsi nazirlikdə toplaşıb.
Əvəzində biz nəyin şahidiyik: təyinatında Mikayıl Cabbarov cənablarının təqdimatı rol oynayan Emin Əmrullayev bu zaman kəsiyində Azərbaycan təhsilində heç bir dəyişiklik edə bilməyib.
Onun yaxşı təhsil mütəxəssisi, bu sahəni nəzəri cəhətdən yüksək səviyyədə bildiyi qeyd olunur, lakin idarəçilik, praktika fərqlidir.
Odur ki, hazırda məktəblərdə ənənəvi bazar qaydaları, ali məktəblərdə “köhnə hamam, köhnə tas” yanaşması davam etməkdədir.
E.Əmirullayev isə yazırdı: “Mən özümü sizdən bilikli hesab edirəm, ən azı Bayıldan o tərəfdə təhsil almışam. Siz biliklərinizi harda və necə əldə etmisiniz?”
Bu suala Hətəmxan ağa sağ olsaydı, daha doğru-dürüst cavab verərdi, biz nə kərayik ki Bayıldan o tərəfdə oxumuş nazirə nəsə deyək?
Baxın, nazir ilk növbədə hansı dəyişiklikləri mütləq etməliydi: çirkaba, rüşvətə bulaşmış, rəhbərləri özlərini oliqarx kimi aparan, yerlərdə icra başçılarının əlaltısına çevrilən təhsil şöbələrinin ləğvi məsələsini qaldırmalıydı. Bu, E.Əmrullayevin təhsildə inqilabı ola bilərdi.
Ardınca, bir nazir kimi orta məktəblərdə tədris proqramlarının səviyyəsi, məktəb direktorlarının bürokratlığı haqda tədbir görməliydi.
Əmrullayev ali məktəblərdə təhsil haqlarının yüksək olması problemini qabartmalıydı. Onu da etməyib. Və pandemiya dövründə imtahandan kəsilən, ayrı-ayrı universitetlərdə rüşvət tələbi ilə üzləşən minlərlə tələbənin səsinə səs verməliydi.
Bunu da görməzdən gəlib. Bəs təhsil nazirinin kabinetində gündəlik məşğuliyyəti nədir? - biz ondan yox, təqdimatında xüsusi rolu olan cənab nazir Mikayıl Cabbarovdan soruşuruq...
Rubrika.Az yazır ki, təhsilin Avropada oxumuş gənclərin idarəçiliyində olmasına görə böyük ümidlər bəslənirdi. Mikayıl Cabbarov, Ceyhun Bayramov və son olaraq Emin Əmrullayev Misir Mərdanovdan fərqli olaraq Qərb görmüş kadrlardır.
Təhsildə reformlar üçün M.Cabbarov böyk bir cığır açmışdı, C.Bayramov isə bu yolu birtəhər baş vurmuşdu, E.Əmrullayev onlardan fərqli olaraq, birbaşa təhsil mütəxəssisidir deyə ondan daha ciddi gözləntilər varıydı.
Ancaq deyəsən yenə təhsildə “görüm-baxım”, “şirinlik”, “şapka” kimi folklorumuza, leksikonumuza, təhsil sektorumuza doğma sözlər qüvvədədir. Varislik ənənəsi davam edir. Kadrlar dəyişir. Amma yanaşma və keyfiyyət dəyişmir. Ona görə də kadr dəyişikliyi hələ islahat deyil. İslahat şüurlarda aparılmalıdır, islahat təfəkkürləri dəyişdirməlidir.
Məsələn, bu ilin martında Bakıda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində bir müəllim şagirdi döymüşdü. Əmrullayev isə məsələyə ənənəvi üsullarla yanaşdı. Belə ki, təhsil nazirinin müvafiq əmri ilə internat məktəbinin direktor müavini işdən azad olundu.
Məktəbin direktoru bir kənarda qalır, müavin cəza alır. Niyə? Axı, hamı bilir ki, bütün strukturlarda müavinlərin “vəzifəsi” rəhbərin kölgəsi olmaq, onun arxasınca gəzməkdir. Deməli, yanaşma dəyişməyib.
Deməli, direktor kiminsə nəyidir. Çünki bizim cəmiyyətdə təsadüfi adamlara vəzifə verilmir. Bəli, bu gün Azərbaycan təhsili reanimasiyadadır. Müalicəsi isə mümkün deyil. Çünki immunitet yoxdur. Son 25 ildə Azərbaycanın təhsil sistemi eksperimentlər poliqonuna çevrilib. Dünyada ilk ağla gələn hər ideya Azərbaycan təhsilində sınaqdan keçirilib. Tək bir faktı deyim ki, son 25 ildə ölkəmizdə ən çox beynəlxalq qrant alan sahə təhsil sistemidir.
Bu gün Azərbaycan təhsili son nəfəsini verir. Korrupsiya təhsil sisteminin iliyinə qədər işləyib. Uşaq bağçası-körpələr evindən başlayıb Elmlər Akademiyasına qədər bütün sistem rüşvətin məngənəsində boğulur. Doğrudur, indi rüşvətın adı dəyişdirilib. Uşaq bağçasında ona “şirinlik”, orta məktəbdə “fonda dəstək” deyirlər.
Ali məktəblərdə isə rüşvət leqallaşıb. Adı “təhsil haqqı” olub. İmtahandan kəsildin, əlavə ödəniş etməlisən, dərslərdən yayındın, əlavə pul yatırmalısan. Əmrullayev isə bu problemlərin həllində çox çarəsiz görünür. Onu bizə kim urcah elədi...
Rubrika.Az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru