Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən .....                     Baş həkim olmaq arzusu ona baha başa gəldi... .....                     "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                 

Gəncədə bir İdman Sarayının tikintisini üç il uzatmaqda Niyazi Bayramovun məqsədi nə olub? - İLGİNC FAKTLAR
Tarix: 16-08-2021, 10:27 | Çap et
Gəncədə bir İdman Sarayının tikintisini üç il uzatmaqda Niyazi Bayramovun məqsədi nə olub?
Gəncə şəhərində İdman Sarayı inşa edilməsi haqqında sərəncamı Prezident İlham Əliyev hələ 13 noyabr 2017-ci ildə vermişdi. Sərəncama əsasən İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə şəhər İcra Hakimiyyətinə həvalə edilmişdi. İdman Sarayının tikintisinə 2018-ci ilin mart ayında, sabiq İcra başçısı Elmar Vəliyevin dönəmində başlanılıb. Gəncədəki məlum hadisələrdən sonra, 28 avqust 2018-ci ildən Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilir və İdman Sarayının sifarişçi funksiyaları da bir başçı kimi onun nəzarətinə keçir.

Bəs 2018-ci ilin mart ayından inşasına başlanan tikilidə işlər niyə ləng gedir və hər il külli miqdarda dövlət vəsaiti ayrılmasına baxmayaraq İdman Sarayının istifadəyə verilməsi nədən uzadılır?

Aktualinfo.org dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilmiş məlumatlar əsasısında apardığı araşdırmalara görə son üç il ərzində tender yolu ilə sözügedən idman sarayının tikintisinə külli miqdarda vəsaitin ayrıldığı üzə çıxır. Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən ən son tenderdə İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üzrə 5000000 manat məbləğində satınalma müqaviləsi 12.08.2021-ci il tarixdə “RÖVŞƏN OĞUZ QRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilmiş məlumatlara görə Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə “Rövşən Oğuz Qrup” MMC ilə 09.04.2020-ci il tarixdə 4600000 manat, 06.10.2020-ci il tarixdə 1800000 manat, 19.03.2021-ci il tarixdə 9400000 manat, 12.08.2021-ci il taixdə 5000000 manat məbləğində satınalma müqavilələri bağlayıb ki, ümumi olaraq 20 800000 manat təşkil edir.

Göründüyü kimi bütün bu rəqəmlər İqtisadiyyat Nazirliyi kimi ciddi bir dövlət qurumunun rəsmi portalında yerləşdirilib. Yəni, demək istəyirik ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sözügedən portala yanlış, qeyri dəqiq məlumatlar yerləşdirməz. Bütün bunlar tenderlər keçirildikdən sonra qalib şirkətlə bağlanan müqavilələr üzrə ayrılan dövlət vəsaitləridir ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə satınalma prosedurları zamanı mütləq göstərilməlidir.

İcra Hakimiyyəti İdman Sarayının layihələndirilməsi işlərinə isə 30.04.2020-ci il tarixdə 400000 manat, 15.04.2021-ci il tarixdə isə tikintinin layihə-smeta səndlərinin hazırlanması ( əlavə və dəyişikliklərə əsasən) işlərinin satın alınması üzrə 418400 manat məbləğində satınalma müqavilələrini “BAŞAK PROJE VƏ DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Hələ Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Gəncə şəhərində İdman Sarayının tikintisinin davam etdirilməsi üçün 14 mart 2019-cu il tarixdə də “Rövşən Oğuz Qrup” MMC ilə 4000000,00 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdır. Bu da üst-üstə 25 milyon manata yaxın dövlət vəsaiti deməkdir.

Qeyd edək ki, kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RÖVŞƏN OĞUZ QRUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29.04.2009-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ 1 , ev 8, “ADORE PLAZA”, 3-CÜ MƏRTƏBƏ, qanuni təmsilçisi kimi isə Mustafayev Hafiz Carı oğlu qeyd olunub.

Müqayisə etmək üçün “MİDA” MMC-nin elə Gəncə şəhərində, güzəştli mənzillərin tikintintisi üçün 14.09.2020-ci ildə elan etdiyi tenderlərə nəzər salmağımız kifayətdir. “MİDA” MMC tərəfindən Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi işləri üzrə keçirilmiş tenderlərdə 1 və 2 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisinə 6 333 947 manat, 3 və 4 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisinə 6 321 624.14 manat, 5 nömrəli 9 mərtəbəli 2 bloklu, 6 və 7 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisinə isə 8 858 274.43 manat vəsait ayrılıb.

Göründüyü kimi “MİDA” MMC 6,23 ha ərazidə ümumi olaraq 21 513 845 manata 2 bloklu, 9-12 mərtəbəli böyük bir yaşayış kompleksinin tikintisini artıq yekunlaşdırmaq üzrədir və yaxın gələcəkdə satışını təşkil edəcək.

Bəs necə olur ki, Gəncə şəhər İcra Hakimiyyəti 3 hektara yaxın ərazidə 25 milyon manat vəsait ayırılmasına baxmayaraq bir İdman Sarayının tikintisini üç ildir ki,başa çatdıra bilmir?

Biz bu məbləğə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə şəhər İcra Hakimiyyətinə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə ayrılan vəsaitləri əlavə etməmişik. Bu məqsədlə 24 iyun 2020-ci ildə 3,0 (üç) milyon manat vəsaitin ayrıldığı məlumdur. Daha əvvəllər isə nə qədər vəsait ayrılıb məlum deyil.

Qeyd edək ki, bir neçə gündən sonra Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin edilməsinin üç ili tamam olacaq. Fəaliyyətə başladığı üç il ərzində bir İdman Sarayının tikintisini başa çatdıra bilməyən İcra başçısı haqqında nə düşünmək olar? Burada vəsait çatışmamazlığından söhbət gedə bilməz. Rəsmi dövlət qurumlarının yaydığı məlumatlardan da görsəndiyi kimi, hər il kifayət qədər vəsait ayrılıb. Gəncə şəhər İcra Hakimiyyəti istəsəydi işi ləngidən “Rövşən Oğuz Qrup” MMC ilə müqaviləyə xitam da verə bilərdi, yaxud növbəti müqavilələri başqa, daha çevik iş görən şirkətlərlə də bağlaya bilərdi. Amma göründüyü kimi, bütün bunların heç biri baş verməyib və Gəncədə İdman Sarayında tikinti işlərinin davam etdirilməsinə hələ də vəsait ayrılır. Təbii ki,burada vaxt Niyazi Bayramovun xeyrinə işləyir. Vaxt nə qədər çox uzadılsa, ona bir o qədər xeyirdir. Bu minvalla görəsən Niyazi Bayramova Gəncədə İdman Sarayının tikintisini yekunlaşdırmağa neçə il lazım olacaq?

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru