"Harada da qarşılaşsaq, "necəsən" deyərəm" .....                     Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi .....                     Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib .....                     Şirvana 'qara maskalılar' hər an görünə bilər .....                     "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi .....                     Silah buraxıldı, təşkilat bitdimi? .....                     “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” .....                     Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                 

“Bizim Ev” MTK küləkli havada sakinlərin başına beton, qum, çınqıl ələyir… - Bakıda ÖZBAŞINALIQ
Tarix: 28-10-2022, 09:35 | Çap et
“Bizim Ev” MTK küləkli havada sakinlərin başına beton, qum, çınqıl ələyir…
““Bizim Ev” MTK Yasamalda sakinlərə işgəncə verir..” başlıqlı ötən yazımızda şirkətin apardığı tikinti prosesində heç bir təhlükəsizlik qaydalarına əməl olunmadığı haqda bəhs etmişdik. Ümumiyyətlə, tikinti bumu deyilən məsələ demək olar ki, neçə illərdir ki, cəmiyyətdə, mediada, hətta hakimiyyətin ən üst qatlarında ciddi müzakirə olunur. Amma etiraf etməliyik ki, ortada ciddi nəticə yoxdur. Necə deyərlər, dəyirman bildiyini eləyir, çaxçax başını ağrıdır. Biz bir media qurumu olaraq tikinti biznesinin əleyhinə deyilik. Amma onu qeyd etməyə məcburuq ki, bu qanunsuz tikintilərin çoxunun arxasında məmurlar dayanıır. Adamdan soruşarlar ki, görəsən məmur maaşı ilə bu boyda binalar necə tikilir..? Əlbəttə, heç kimə sirr deyil ki, rüşvət və korrupsiya yolu ilə qazanılmış milyonlar tikinti bumunun əsasını təşkil edir. Deməli, tikinti bumunun arxasında rüşvətxor və korrupsionerlər dayanır. Biz media olaraq “Bizim Ev” MTK-nın arxasında hansı məmurun dayandığını araşdırmaq fikrində deyilik. Bizi maraqlandıran odur ki, bu MTK vətəndaşlara niyə bu qədər işgəncə verir..? Yeri gəlmişkən, bir məsələni də xüsusi olaraq qeyd edək ki, sivil ölkələrin çoxunda SƏS-KÜY-lə bağlı ayrıca qanunlar var. Çünki SƏS-KÜY insanlarda bir çox xəstəliklərin səbəbidir. Bizdə isə MTK-lar gecə-gündüz, ilin bütün fəslində yaratdığı səs-küylə sakinlərin əsəblərini korlayır, onlara dəhşətli stress yaşadır, nevroz həddinə çatdırır. Yazıq vətəndaşlar haralara şikayət etsələr də heç bir nəticə olmur. Axı, yuxarıda qeyd etdik ki, bu işlərin arxasında məmurlar dayanır. MTK-lar təkcə səs-küy mənbəyi deyil, həm də… Birincisi, tikinti bumu kifayət qədər yaşıllıqları məhv edir. İkincisi, tikilən binalar, obyektlər tikinti normalarına cavab vermir. Təkcə bir faktı yada salaq.
Bir neçə il əvvəl Binəqədidə tikinti materialı səbəbindən 16 mərtəbəli bina bütünlüklə yandı, 16 nəfər öldü, 60 nəfər yaralandı. Nəticədə binanın təsisçisi, sahibi 8 il həbs cəzası aldı, amma 3 ildən sonra azadlığa çıxdı, hətta müsadirə olunan əmlakını qaytara bildi. Həmin şəxs lap 100 il həbsdə olsaydı nəsə dəyişəcəkdimi, günahsız ölənlərdən bircəsi diriləcəkdimi..? Əlbəttə, yox. Sözümüzün canı odur ki, heç bir tikinti, ekoloji, təhlükəsizlik normalarına cavab verməyən binalar gələcəkdə ciddi fəsada çevrililəcəklər. Biz hələ bu binaların arasındakı məsafələrin heç bir normaya uyğun gəlmədiyini və digər neqativ halları təkrarlamaq istəmirik. Bütün yazılanlara, deyilənlərə, ictimai müzakirələrə, hətta dövlət başçısının dəfələrlə bu problemi sərt şəkildə tənqid etməsinə baxmayaraq, tikinti mafiyası öz əməllərindən bircə addım da geri çəkilmir.
Haqqında bəhs etdiyimiz “Bizim Ev” MTK barəsində Yasamal rayon sakinlərindən daha bir şikayət redaksiyamıza daxil olub. Sakinlər bildirir ki, son günlər küləkli havaların olmasına baxmayaraq MTK Zərdabi küçəsində apardığı tikintini nəinki dayandırmayıb, əksinə aktivləşdirib. Və küləkli havada tikintinin tozu, torpağı, qumu, çınqılı, hətta beton palçığı həyətləri basıb, sakinlərin yaşadığı binanın həyəti sanki tikinti poliqonudur. Bir daha qeyd etmək istəyirik ki, biz kiminsə tikinti aparmasının əleyhinə deyilik. Amma… Əmması odur ki, kimlərsə bina tikib milyonlar qazanacaq, sakinlər niyə işgəncə çəkməlidir. Ətrafa yayılan daş, çınqıl həyətdə oynayan uşaqların iraq olsun ölümünə səbəb olsa, buna kim cavab verəcəkdir..? Ətrafdakı yaşıllıqları məhv edəndə niyə bir dövlət qurumunun səsi çıxmadı..? Ümumiyyətlə, Yasamal rayonu yaşıllıqların məhv edilməsinə görə birinci yerdə gedir. Bütün bunlar azmış kimi tikintinin aparıldığı ərazi “Məhsul” idman stadionunun bir hissəsi, daha dəqiq desək, soyunub-geyinmə sahəsidir.
Birincisi, dövlət başçısı idmanın inkişafını prioritet elan edib, bu məmurlar isə idman stadionunun ərazisini satırlar. Düzdür, sonradan stadionu satanlar həbs olunsalar da, ərazini alıb bina tikənlər öz işlərini tələm-tələsik, hətta küləkli havalarda da davam etdirirlər. Sanki bunları qovan var, sanki harasa tələsirlər. Və bütün bu baş verənlərin fonunda nə Fövqəladə Hallar Nazirliyinin, nə Yasamal icra hakimiyyətinin, nə də digər səlahiyyətli qurumun səsi çıxmır. Müvafiq qurumların tədbir görməsi üçün MTK-nın Tikinti obyektinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məghəllə, Həsənbəy Zərdabi küçəsi, 69b ünvanında 2 girişli çoxmərtəbəli yaşayış binası. Sifarişçi: “Bizim Ev” MTK Dövlət ekspertizasının rəyi: 25693, 17.07.2018 Layihəçi: KARKAS-S MMC lisenziya İNİL-523/2017.05.06.2017 Podratçı: “Bizim Ev” MTK lisenziya EL-118/21.05.2018 Başlanma tarixi: 10.03.2022 Bitmə tarixi: 10.09.2024
P.S. Bu bina tikən İmişlili Mürşüd kimdirsə o heç kimi saymır, amma beton, taxta qırıqları, daş, qaya, kubik parçaları həyətə töküldükcə camaat bir ağızdan ağır söyüşlər söyür. Buyurun, qəbul edin deyirlər.
//gundelik-baku.com//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru