“DÜNYANIN GÜC MƏRKƏZİ NATO-NUN ƏLİNDƏ CƏMLƏŞƏCƏK”
Tarix: 17-04-2012, 13:12 | Çap et
“ƏSƏD REJİMİ ÇÖKMƏSƏ, İRAN YAŞAYACAQ”
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi və www.milaz.info portalı NATO-nun bu ilin may ayında Çikaqoda keçiriləcək sammiti ilə bağlı müsahibələr keçirir. Əldə edilən cavablar milaz.info portalında dərc olunmaqla yanaşı “Doktrina” JHAM tərəfindən hazırlanacaq “NATO Çikaqo Sammiti: Vətəndaş cəmiyyətinin gözləntiləri” adlı mövqe sənədinə daxil ediləcək.
Müsahibimiz “Poliqon” İnformasiya Agentliyinin baş direktoru, siyasi təhlilçi Azər Qaramanlıdır.
- NATO-nun Çikaqo sammitindən gözləntiləriniz necədir?
- NATO-nun Çikaqo sammitindən Əfqanıstanla və Suriya ilə bağlı ciddi sayıla biləcək qərarların alınacağını gözləyirəm. NATO Mərkəzi Asiyada və Orta və Yaxın Şərqdə geosiyasi savaş aparır. 1996-cı ildə Türkiyənin o zamankı Baş naziri Tansu Çillər soyuq savaşdan sonra başlayan dönəmi "isti atəşkəs" dönəmi adlandırmışdı. Məncə bu dönəm davam edir. NATO tam olaraq Hindistan, Pakistan və İranı tam olaraq öz təsiri altına almadan Mərkəzi Asiyada Rusiyanı üstələyə bilməyəcək. Ona görə də Əfqanıstanda NATO-nun tam qalib gəlməsi həyati məsələdir. Orta və Yaxın Şərqə gəlincə isə, Suriyada Əsəd rejimi çökmədən Qərbin İrana qarşı aktiv hərəkətə keçməsi mümkün deyil. Suriyadakı rejimin çökməsi İranın mühasirəsinin bitməsi deməkdir. Məncə NATO strateji hədəfini bu bölgələrə yönəldəcək.
- Bu sammit Azərbaycan və ümumilikdə Cənubi Qafqaz regionu üçün hansı perspektivləri vəd edir?
- Mən hesab etmirəm ki, bu sammitdə Azərbaycan və ümumilikdə Cənubi Qafqaz müzakirə mövzusu olacaq. Bizim regionumuz böyük siyasətin müzakirə mövzusu o zaman olacaq ki, Suriya problemi öz həllini tapacaq və İrana müdaxilə məsələsi açıq şəkildə dünya gündəminin bir nömrəli məsələsi olacaq. Amma bu məsələdə də bizim açıq tərəfimiz var. Suriyadan sonra İranın Rusiyaya açılacaq tək qapısı Ermənistandır. Ermənistan isə bu qapının bağlanmasında özünün geosiyasi maraqlarının təminatı üçün yararlanacaq. Biz isə əsas kozırlarımızı heç bir təminat almadan demək olar ki, artıq vermişik. Yəni ortada yenə də bizim əli boş qalmamız kimi bir problemimiz var.
- 2020-ci ilədək NATO güclənəcək, yoxsa....
- NATO 2020-ci lə təbii ki güclənəcək. Rusiya özünün təbii problemini hələ də həll edə bilməyib. Rusiyanın problemi imperialist istəklərini modernləşdirə bilməməsidir. Yəni Rusiya avroitirizmdən qurtula bilmədi və ətrafındakı hər bir ölkəni məcburən avtoritarizmə sürükləyir. Demək ki, Rusiya bir daha uduzmağa məhkumdur. Hardasa 2040-cı ildə dünya yeni geosiyasi balansını yaradacaq. Bu balansı yaradacaq tək güc yenə də NATO olacaq. Bu balansın kiçik tərəfləri isə çox olacaq. Onların içində bu gün inkişaf edən onlarla ölkə olacaq. Amma dünyanın güc mərkəzi NATO-nun əlində cəmləşəcək. / Milaz.info /


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
|