Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                 

“BİR ÜZÜM GÜLÜR, BİR ÜZÜM AĞLAYIR”
Tarix: 5-05-2012, 14:02 | Çap et
“BİR ÜZÜM GÜLÜR, BİR ÜZÜM AĞLAYIR”

“KİMLƏR ÜÇÜNSƏ QOY PAXIL İNSAN OLUM”

Musiqi yeganə dildir ki, yaşından, millətindən, dinindən, sosial mənsubiyyətindən asılı olmayaraq onu hər kəs başa düşür. Cəmi 7 kəlməsi olan bu dil sözlə ifadə olunmayacaq qədər mənalar kəsb edir. O, insanı həm sevindirə, həm kədərləndirə bilir. Məhz buna görə də əsl sənətkarlar sözünü ifası ilə deyir.

Şəlalənin bugünkü qonağı şou biznesin Maestro Ceyhun kimi tanıdığı İsmayılov Ceyhun Təhmasib oğludur...

- Maestro Ceyhun kimdir?

- Ceyhun Təhmasib oğlu İsmayılov. Sumqayıtda doğulmuşam, əslim Qubadlıdandır. Sumqayıt Musiqi Texnikumunu, bir də Konservatoriyanı bitirmişəm. Ailəliyəm, iki övladım var.

- Niyə məhz skripka?

- Beş yaşım olanda məni valideynlərim nağara çalmağa qoyublar. Sonra müəllimlərim görüb ki, skripkaya həvəsim böyükdür və mənə bu sahədə ifa etməyi məsləhət görüblər. Artıq on beş ildir ki, orta məktəbi əlaçı bitirmişəm. Şükürlər olsun ki, bir zamanlar oxuduğum Sumqayıt Musiqi Texnikumunda müəllim işləyirəm.

- Skripkanın sirlərini ilk dəfə sizə kim öyrədib?

- İlk müəllimim Zemfira Kərimova olub. İndi də bir yerdə çalışırıq.

- Tələbələriniz çoxdurmu?

- Bir də görürsən ki, dostlarımdan kimsə zəng edib deyir: «Axşam bizə gəl, gör oğlumun necə skripkaya həvəsi var, bir bax gör ifası yaxşıdırsa, ona müəllim kimi dərs de». Gedirəm, görürəm ki, bu uşağın skripkanı heç görməyə gözü yoxdur. Yalnız fikri həyətdə samokat sürməyə, bir də internetdə oyun oynamağa var. Halbuki, valideynləri elə tərifləyir ki, fikirləşirəm, yəqin düz deyirlər. Gedirsən görürsən bunluq olan sənət deyil. Azərbaycan xalqı həmişə istedadlar yetişdirib, yetirəcək də. Hansı bölgədə mən istəyən istedadlı uşaq olarsa, canla-başla kömək etməyə hazıram. Tələbələrim var, amma dərindən maraqları yoxdur, tənbəldirlər. Hər insanın taleyi öz əlindədir. Mən indinin özündə də dünya musiqilərinin müxtəlif janrları ilə maraqlanıram.

- Bəs bəyənmədiyiniz ifaçılar varmı?

- Var, adını çəkməyəcəm, müğənnidir. Bəyənmədiyim musiqiyə nə qulaq asmağı, nə də onun haqqında danışmağı sevirəm. Mən ömrümü boş-boş mövzulara sərf etməyi xoşlamıram. Hazırda ürəyimdən o keçir ki, skripkada muğamı da ifa edim.

- Rəqibiniz varmı?

- Rəqibim yoxdur, toy məclislərində hamıdan da yüksək qonorar alıram.

- Bəzi kişi müğənniləri var ki, özlərinə bayağı şəkildə bəzək-düzək verir. Buna münasibətiniz necədir?

- Bu, bir bəladır. Fizioloji yox, bioloji, genetik bir müsibətdir. Heç kim mənə maraqlı deyil. Kim nə edir, özünə edir. Sənətimlə məşğul oluram.

- Hazırda sizə şou-biznesdə tələbat varmı?

- Əlbəttə, həmişə var. 1997-ci ildən sənətdəyəm. Bütün efirlər çağırır, nəsə bir yenilik olanda Kütləvi İnformasiya Vasitələrində yazılar dərc olunur. Xalqımın el şənliklərində iştirak edirəm. Vaxtı ilə Faiq Ağayevin, Aygün Kazımovanın orkestrinin bədii rəhbəri olmuşam. Sonralar solo ifaya başlamışam.

- Sirr deyilsə toylara neçəyə gedirsiniz.?

- Qiymət deməyəcəm. Çünki varlı təbəqə var, orta təbəqə var, kasıb təbəqə var. Kim istəyirsə, mən razılaşaram ki, həmin toyda iştirak edim. Çünki o, xeyir işində məni görmək istəyirsə, niyə də iştirak etməyim.

- Maestro Ceyhunun prodüseri yoxdur?

- İstəmirəm prodüserim olsun. Çünki bu sənətə gələn gündən özüm öz işlərimi görmüşəm. Bundan sonra da elə olacaq. Məclislərə gedəndə yanımda köməkçilərim olur.

- Toyda başınıza maraqlı bir hadisə gəlibmi?

- Maraqlı hadisələr çox olub. Yalnız birini deyə bilərəm ki, bir gün toya getmişəm. Həmin şadlıq sarayında üç mərtəbədə toy gedirdi. Mən birinci mərtəbədə ifa etməliydim, çıxıb ikinci mərtəbədə bir saatdır ifa edirəm. Ev yiyəsi yaxınlaşıb bildirir ki, Vallah, bizim elə də imkanımız yoxdur, sizi gördük, sevindik. Mən də dedim ki, halalınız olsun, bu qismətdir. Bir də gördüm ki, telefonuma zəng ediblər ki, sən harda qalmısan. Sonra getdik, ifa elədim. Səhər iki toy çıxdı yüksək qonorarla. Allah insanın ruzisini verir.

- Kişiyə xoşbəxt olmaq üçün nə lazımdır?

- Mənim rəhmətlik atam həmişə deyirdi: «Kişinin evi, maşını, ailəsi olmalıdır və yaxşı bir bağ evi olmalıdır. Evinə, uşağına bağlı olmalıdır. Qadın da evdə öz vəzifəsini yerinə yetirməlidir». Şükürlər olsun, mənim həyatda hər şeyim var, əsil kişiyəm. Həm də adımı qoruyub saxlayıram.

- Bəzi qadın və kişi həmkarlarınız sizi yekəxana adlandırır. Səbəb nədir?

- Məni kimlərsə yekəxana adlandırırsa, mən də onu yazıq insan adlandırıram. Məni efirdə görüb bəyənməyənlər küçədə gəzənlərdir. Öyrənməyiblər Ceyhun kimi kişi görməyə. Onlara sırğa taxan, onlar istədiyi kimi əylənən, «matışka» kimi kişilər lazımdır. Onlara mənim kimi əsil kişi lazım deyil. Ceyhunda yüksək mədəniyyət var, səviyyəsi böyükdür. Musiqinin bütün terminlərini bilirəm. Dünyagörüşüm böyükdür, hüquqları bilirəm. Senzura kimi tamaşaçıların, mənə dərs deyən müəllimlərin rəyini qəbul edirəm, belə bədbəxt insanların yox.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Daima yenilik etməyi sevirəm. Durmadan çalışıram. Bilirsiniz ki, bəstələdiyim musiqilərin əksəriyyətinin sözləri gənc şair Cavidə məxsusdur. Hər müğənniyə də musiqilərimi vermirəm. Yeni diskim və klipim işıq üzü görəcək. Diskimin adı «Qubadlı» olacaq. Müğənni Səadət Cəfərovayla yeni mahnı üzərində işləyirəm. Musiqidən əlavə bizneslə də məşğul oluram. Yeni restoranım da var. Həyatda bəzi insanlar var ki, məni «Maestro Ceyhun» yox, Ceyhun İsmayılov kimi tanımaqlarını istəyirəm. Yeniliklərlə məni sevənləri sevindirəcəm.

- Təklikdə qalanda nə və ya kim haqda fikirləşirsiniz?

- Öz-özümə deyirəm: “niyə bu an tək qaldım?” Uşaqlıq illərini fikirləşirəm, gələcəyimi fikirləşirəm.

- Qısqanc insansınız?

- Əlbəttə, çox qısqancam.

- Elə bir kütlə var ki, Maestro Ceyhunu tanımasın?

- Bilirsiniz, həyat davam edir. Ola bilər ki, kimsə məni tanımasın. Heç kimi məcbur edə bilmərəm ki, məni tanısın.

- Şou-biznesdə bəzi həmkarlarınız tez bir zamanda ulduzluq xəstəliyinə tutulur. Buna səbəb nədir?

- Kimsə tez bir zamanda özünü ulduz hesab edirsə, elə ulduz xəstəliyinin dərmanını da özləri bilir. Qıraqdan baxanda çox gülünc görünür.

- Sizcə sevmək asandır, yoxsa sevilmək?

- Sevilmək çox çətindir.

- İnsanın mövqeyini nə sarsıda bilər?

- Yalnız xəyanət.

- Ürəkdən haçan ağlamısınız?

- Mən çox kövrək insanam. Hansısa musiqiylə yaşayıram, bir üzüm gülür, bir üzüm ağlayır.

- Qalmaqala münasibətiniz necədir?

- Sarı it də çaqqalın tayıdır.

- Ceyhun paxıl insandır?

- Kim deyir ki, paxıl insanam, çıxıb üzümə desin. Zirvədəyəm. Naşükür insan deyiləm, niyə paxıl olmalıyam? Onu da məni sevməyənlər deyir. Çünki mən hər müğənnini müşayiət etmirəm. Səviyyəmi qoruyub saxlayıram. Bir müğənni var ki, ondan xoşum gəlmir. Elələri boşboğazlıq edir. Qoy Allahımın yanında alnım açıq olsun. Kimlər üçünsə qoy paxıl insan olum.

Ola bilər ki, bu yazı bir çoxlarına soyuq və darıxdırıcı təsir bağışladı. “Şəlalə” rubrikasının kəskin, təzadlı və qalmaqallı müsahibələri ilə müqayisədə bu, belə görünə bilər. Amma bir şeyi unutmaq olmaz ki, virtuoz ifaçı danışmaqdan çox ifaya önəm verir. Çünki musiqi dünyanın bütün dillərindən zəngin bir dildir.

Şəlalə kənarında görüşənədək...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru