"Sülhməramlıların qalması məsələsi ermənilərin qayıdıb-qayıtmayacağından asılı olacaq...” - Mehman Əliyev
Tarix: 24-10-2023, 10:01 | Çap et
 Azərbaycan sentyabrın 19-20-də antiterror əməliyyatı keçirdikdən, Qarabağın tam nəzarətə götürülməsindən və erməni əhalisinin ölkədən çıxmasından sonra Rusiya "sülhməramlı"ları öz funksiyalarını itiriblər. DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu fikri "Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Kavkazksiy uzel” nəşrinə açıqlamasında ifadə edib Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, “sülhməramlı”ların vəzifələrinə Azərbaycan və Ermənistan hərbi qüvvələri arasında ayırıcı qüvvə rolunu oynamaq və humanitar daşımaları müşayiət etmək daxil idi. Eyni zamanda, “sülhməramlı”ların daha konkret və təfərrüatlı mandatı Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilməli olan heç bir sazişlə müəyyən edilməmişdir. "İndi regionda yeni reallıqlar üzə çıxıb. Erməni əhalisi Ermənistana köçüb. Artıq sülhməramlıların bu vəzifələrinə ehtiyac artıq qalmayıb. Digər tərəfdən, onların 2025-ci ilə qədər qalması üçtərəfli bəyanatda nəzərdə tutulub. Və beləliklə, onlar formal mövcudluğuna haqq qazandırmaq üçün Azərbaycan tərəfləri ilə razılaşaraq, özləri üçün yeni “məşğuliyyətlər” müəyyən edirlər. Xüsusən, mühafizə postları yaradılır ki, bu da, ehtimal ki, erməni hərbçilərindən müsadirə olunmuş silahların yığıldığı anbarların mühafizəsini nəzərdə tutur. Ola bilsin ki, əvvəllər onların daimi dislokasiya yerlərinin mövcud mühafizəsi qarovul postları kimi rəsmiləşdirilir. Axı istənilən hərbi hissə özünü qarovul xidməti, gözətçilərlə qoruyur. İndi bunlar qarovul postu kimi təqdim olunur. Sülhməramlılar tərəfindən " yol marşrutlarında hərəkət təhlükəsizliyini təmin etmək üçün" yeddi postun yaradılmasına gəlincə, bu həm də sülhməramlıların mövcudluğu üçün "bir növ əsaslandırma" ehtiyacından qaynaqlanır", - deyə şərhçi ehtimal edir. Mehman Əliyevin sözlərinə görə, yeni postların yerləşdirilməsi mövcud təhlükələrlə bağlı deyil. "Formal olaraq yol postlarının fəaliyyətini hələ də qalan azsaylı ermənilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə izah etmək olar. Lakin, çətin ki, nəsə və ya kimsə onları təhdid edə bilər. Azərbaycan təhlükəsizlik qüvvələri mülki şəxsləri təhdid etmir, əksinə, sosial şəbəkələrdəki görüntülərə görə, onlar yardıma ehtiyacı olanlara kömək edir və yardım çatdırırlar”, - analitik qeyd edib. M.Əliyev hesab edir ki, Azərbaycan hərbçilərinin Rusiya "sülhməramlı"larının postlarında olub-olmamasından asılı olmayaraq, kontingentin bütün hərəkətləri Bakı ilə razılaşdırılır. O vurğulayıb ki, Rusiya "sülhməramlı"larının gələcək iştirakı məsələsi erməni əhalisinin qayıdıb-qayıtmayacağından, qayıdışın nə vaxt baş verəcəyindən və bunun nə qədər kütləvi olacağından asılı olacaq. “Buna uyğun olaraq Rusiya sülhməramlılarının yeni vəzifələri müəyyən ediləcək”, - Əliyev belə deyib. O, hesab edir ki, Azərbaycan rəhbərliyi "sülhməramlı"ların Qarabağdan çıxarılmasında israrlı deyil, baxmayaraq ki, bəzi hakimiyyət nümayəndələrinin bunu istəməsi mümkündür. "Hakimiyyət eynicinsli deyil. Sülhməramlıların getməsini istəyənlər də ola bilər. Lakin Azərbaycanın ali siyasi rəhbərliyi, fikrimcə, indiki mərhələdə Rusiya sülhməramlılarının mövcudluğunda ölkənin suverenliyi üçün heç bir problem görmür. Rəsmi Bakı, bir daha deyirəm, erməni əhalisinin qayıdışı və reinteqrasiyası ilə bağlı məsələyə aydınlıq gətirilməsini gözləyir”, - deyə M.Əliyev diqqətə çatdırıb. "Müxalifətin isə qorxusu ondan ibarətdir ki, Rusiya ordusunun mövcudluğu Kreml tərəfindən ölkənin daxili işlərinə qarışmaq üçün istifadə oluna bilər",- Əliyev əlavə edib. "Düşünürəm ki, bu qorxular şişirdilmişdir. 2020-ci ildə Rusiya sülhməramlıları yerləşdiriləndə bunun Kremlə problemi dondurmağa kömək edəcəyi ilə bağlı narahatlıq da var idi. Lakin zamanın və hadisələrin göstərdiyi kimi, Rusiya Azərbaycanın bütün ərazilərdə suverenliyini bərpa etməsinə mane olmadı. Ümumiyyətlə, son illər Moskva Azərbaycanın suverenliyinə xələl gətirəcək heç bir addım atmayıb. Bu, açıq-aydın regionun geosiyasi mənzərəsinin, beynəlxalq münasibətlərdə gedən proseslərin yenidən formatlaşdırılması və iqtisadi tərəfdaşlığın faydaları ilə bağlıdır”, - deyə M.Əliyev vurğulayıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36 |
|
|
|
|