"Ən azı tarixə düşmək üçün gələn il keçiriləcək növbədənkənar prezident seçkisində iştirak etməyin özü şərəfdir" - Partiya sədri
Tarix: 29-12-2023, 08:15 | Çap et
 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində iştirak üçün namizədliyini irəli sürənlərin sayı artmaqdadır. Namizədliyini irəli sürmüş şəxslərdən biri də “Olaylar” qəzetinin baş redaktoru, yazıçı Yunus Oğuzdur. Yunus Oğuz öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. O, 2023-cü ildə fəaliyyətini dayandıran Milli Vəhdət Partiyasının sədri olub. Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək. İndiyədək 16 nəfər namizədliyini irəli sürüb. Namizədliyini irəli sürməsi ilə bağlı "Sherg.az"a danışan Yunus Oğuz deyib ki, növbədənkənar prezident seçkisi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu dövrə təsadüf edir. Onun sözlərinə görə, əvvəlki seçkilərin heç biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu dövrdə keçirilməyib:
"Ən azı tarixə düşmək üçün gələn il keçiriləcək növbədənkənar prezident seçkisində iştirak etməyin özü şərəfdir. Mənim ideoloji platformam var və onun həyata keçməsi üçün ictimai rəyə çatdırmaq lazımdır. Çünki bu platforma çox gərəklidir və Azərbaycanın gələcək taleyini müəyyənləşdirən məsələdir. Hər halda normaldır ki, Azərbaycan vətəndaşı kimi prezidentliyə namizədliyimi verirəm. Özü də partiya üzvlüyü ilə yox, fərdi qaydada namizədliyimi irəli sürürəm. Partiyamız fəaliyyətini dayandırıb. Namizədlərin çoxluğu ondan xəbər verir ki, əqli və psixoloji tarazlığı pozulmayan istənilən vətəndaş seçkidə namizəd ola bilər". Y.Oğuz hələlik imzatoplama mərhələsində olduqlarını söyləyib: "Seçki Qərargahımız, səlahiyyətli nümayəndələrimiz var. Proses gedir, hələ 10 gün vaxtımız var. İmzalar toplanıb MSK-ya veriləndən sonra neçə namizədin təsdiqlənəcəyi bəlli olacaq. Namizədliyini irəli sürənlərin sayının çoxluğu müstəqil dövlətdə demokratiyanın və söz azadlığının təntənəsi kimi başa düşülür. Namizədliyi təsdiqlənənlər öz sözlərini, fikirlərini deyəcək, təbliğatlarını aparacaqlar. Hər kəs öz potensialını göstərə bilər. Ən azı fikirlərimizin lokomotivi, trendi nə olacaq, bunu cəmiyyətə, siyasi aləmə və dünyaya çatdıra bilərik". Həmsöhbətimiz vurğulayıb ki, seçki təbliğatı televiziya, qəzet və saytlar, həmçinin sosial şəbəkələr üzərindən həyata keçiriləcək: "Təbliğatımızı bunlar vasitəsilə aparacağıq. Nə mümkündürsə, edəcəyik". Yunus Oğuz seçkidə namizədlə iştirak etməyən bəzi partiyaların "biz resurslarımızı parlament, bələdiyyə seçkisinə saxlamışıq" fikirlərinə də münasibət bildirib: "Mən bu cür açıqlamaları qənaətbəxş hesab etmirəm. Partiyalar növbədənkənar prezident seçkisində iştirak etməklə eyni zamanda parlament və bələdiyyə seçkilərinə də hazırlıq görmüş olarlar. Öz komandalarını yenidən gözdən keçirərlər, rayonlarda, kəndlərdəki vəziyyətlə tanış olarlar, kimlərin onlara dəstək olacağını, səs verəcəyini görərlər. Bunun özü gələcək seçkilər üçün ən yaxşı hazırlıqdır. 40-45 min imza toplamağın özü ağır prosesdir. Məsələn, partiyaların qeydiyyatı üçün 5 min üzv tələb olunurdu. İndi bəziləri deyir ki, 5 min üzv toplaya bilmədilər, partiyanı buraxdılar. Bizim partiyanın bununla bağlı problemi yox idi, özümüz qərar verərək fəaliyyətimizi saxladıq. Düşünürəm ki, partiyaların seçkilərdə iştirakı vacibdir. İnsanlarla görüşmək, onları inandırmaq lazımdır ki, adamlar sizə etimad göstərsinlər və qarşıdakı parlament, bələdiyyə seçkilərində səs versinlər. Başa düşürəm, vaxt azlığı oldu. Amma indi dünya qaynayır. İndiki dövrdə prezident seçiləcək şəxsə 7 illik mandat veriləcək. Azərbaycana etibarlı geosiyasət lazımdır".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Bu gün, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Bu gün, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50 |
|
|
|
|