"Azərbaycan bu işin də öhdəsindən layiqincə gələcək... - mən buna inanıram"
Tarix: 22-03-2024, 09:28 | Çap et
 "Azərbaycan son illər beynəlxalq təşkilatlara rəhbərlik etmək, beynəlxalq qlobal miqyaslı problemlərin həllində aktiv iştirak etmək, beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etmək baxımdan uğurlu bir siyasət yürütməkdədir". Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib. "Ümumiyyətlə, son illərdə iqlim dəyişikliyi, ekoloji fəlakət, ekoloji problemlərlə bağlı məsələlər beynəlxalq ictimaiyyət tərəfindən daha tez-tez və müntəzəm şəkildə müzakirə olunmaqdadır. Azərbaycan da artıq bu proseslərdə fəal izləyici deyil, fəal bir ölkə olaraq iştirakçı qismində, hətta COP29-u götürərək deyə bilərik ki, təşkilatçı qismində iştirak edir. COP29 çox böyük prosesdir, həm bu prosesin təşkili məsələsidir və özündə çox böyük məsələləri əhatə edir. İqlim dəyişiklikləri, ekoloji fəlakətlə bağlı məsələlərin müzakirə olunduğu, qərarların verildiyi ən mötəbər platformalardan bəlkə də ən mötəbəridir. Azərbaycanın bu prosesdə yer alması ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədə nə qədər fəal, qətiyyətli və ardıcıl mübarizə apardığını göstərmək baxımından önəmlidir. Azərbaycan yaşıl enerjiyə keçid, bərpa olunan enerji proseslərinə keçid məsələlərini burada nə dərəcədə ardıcıl şəkildə davrandığını bir daha göstərmiş olacaq. Eyni zamanda, bu prosesə bir ölkə olaraq, baxmayaraq ki, bizim ərazimiz kiçikdir, əhalimizin sayı azdır, amma bununla belə, biz bu iqlim dəyişikliyi prosesinə böyük töhfə verdiyimizi də göstərə bilirik, göstərəcəyik. Bu dünyanın diqqətində olan bir məsələdir və artıq ölkələr də bu barədə açıqlamalar verirlər ki, bu prosesə çox əhəmiyyət verirlər və Avropa ölkələri, Çin, Rusiya və digər aparıcı ölkələr məsələlərin diqqətlərini göstərirlər. Azərbaycan bu işin də öhdəsindən layiqincə gələcək, mən buna inanıram, çünki bizim buna təcrübəmiz də var. Bizim bu istiqamətdə çoxsaylı çalışmalarımız da olub. Düzdür, COP29 bunların faktiki olaraq onların ən bəlkə də böyükdür. Amma onunla bağlı məsələlər nə qədər böyük, nə qədər geniş də olsa, hesab edirəm ki, bunu yüksək səviyyədə keçirəcəyik. Biz ölkəmizin həqiqətlərini, istər ekologiya ilə bağlı həqiqətlərini, ümumiyyətlə, Azərbaycanda baş verən prosesləri, obyektiv reallığı bura gələcək şəxslərə, qonaqlara göstərə biləcəyik. Biz işğaldan azad edilən ərazilərimizi, oradakı quruculuq bərpa işlərini bir sıra məqamlarda gələn qonaqlara çatdıra bilərik. Biz ekologiya ilə bağlı mübarizədə Azərbaycanın necə ardıcıl mübarizə apardığını göstərəcəyik. Ölkəmizə qarşı Fransa başda olmaqla bir sıra Qərb ölkələrinin qaralama kampaniyası var, əleyhimizə kampaniyalar aparırlar. Bu tədbirlər, COP29-la bağlı çalışmalar bizə imkan verəcək ki, biz Azərbaycan həqiqətlərini doğru şəkildə yerindəcə, qonaqlara da çatdıra bilək. Ümumən də, bütövlükdə Azərbaycan növbəti dəfə bəşəriyyəti narahat edən belə bir önəmli prosesə töhfə vermiş olacaq, aktiv iştirak etmiş olacaq və bu istiqamətdə Azərbaycan platforması, Bakı platforması növbəti dəfə təqdim edilmiş olacaq"


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02 |
|
|
|
• Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59 |
|
|
|
• Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55 |
|
|
|
• İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50 |
|
|
|
• ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45 |
|
|
|
• Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38 |
|
|
|
• Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22 |
|
|
|
• Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12 |
|
|
|
• “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10 |
|
|
|
• Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04 |
|
|
|
• Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01 |
|
|
|
• Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56 |
|
|
|
• Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46 |
|
|
|
• Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44 |
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00 |
|
|
|
|