16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                 

Cəmil Həsənlinin “sınıq arabası” - replika
Tarix: 18-06-2024, 11:02 | Çap et
Cəmil Həsənlinin “sınıq arabası”
Cəmil Həsənli bu günlərdə yazdığım və onun anti-milli mövqeyinə münasibət bildirdiyim məqaləyə cavab olaraq Qurtuluş günündə yazdığı postunda yenə də dondan dona girir.

Sovet quruluşunun vəsfinə həsr etdiyi elmi yaradıcılığı haqqında yazdığım iradların üstündən səssiz keçərək, Heydər Əliyevin də sovet sistemində yüksək vəzifələr tutduğunu əsas gətirməklə sanki özünün həmin dövrdəki fəaliyyətinə bəraət qazanadırmaq üçün alibi axtarır. Amma belə manipulyasiyalarla Cəmil Həsənli özünün ikiüzlülüyünü, saxtakarlığını və xainliyini pərdələyib gizlədə bilməz. Heydər Əliyevin sovet sistemində tutduğu bütün vəzifələrdə öz xalqının mənafeyi üçün gördüyü işlər və apardığı siyasət hamıya yaxşı məlumdur və bunun yüzlərlə, minlərlə sübutu var. Faktlar onu göstərir ki, Sovet dövlətinin siyasi iyerarxiyasında tutduğu vəzifələr yüksəldikcə Heydər Əliyevin Azərbaycana və öz xalqına göstərdiyi xidmətlərin həcmi və dəyəri də həndəsi silsilə ilə artıb. 1969-cu ildən 1985-ci ilədək ölkədə baş verən görünməmiş hərtərəfli tərəqqinin məhz Heydər Əliyevin xidməti, fədakarlığı və şəxsi töhfəsi olduğu bütün cəmiyyət tərəfindən qəbul olunmuş reallıqdır. Heydər Əliyevin sovet sistemində çalışdığı o çətin illərdə əldə olunmuş bütün uğurların sıfırlanması və ölkənin hərtərəfli kollapsa və nəhayət vətəndaş müharibəsinə gətirib çıxarılması isə Cəmil Həsənlinin mənsub olduğu siyasi düşərgənin fəaliyyətinin nəticəsi olduğu da hamıya yaxşı bəllidir. Burada fərq hansı sistemdə yaşayıb işləməkdə deyil. Fərq hər bir siyasi, iqtisadi, ideoloji mühitdə mövcud imkanlardan kimin hansı məqsəd və məramlarla istifadə etməsindədir. Heydər Əliyev 60-cı illərdə Sovet İttifaqı içərisində inkişaf cəhətdən ən geridə qalmış bir ölkəni elə həmin imperiyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevirmişdi. Cəmil Həsənli və onun məsləkdaşları isə artıq imperiyadan azad olmuş müstəqil bir ölkədə hakimiyyəti ələ keçirdikləri illərdə törətdikləri qanunsuzluqlar, ədalətsizliklər və xəyanətlər nəticəsində Azərbaycanın mövcudluğunu təhlükə altına salmışdılar. Cəmil Həsənli bütün xalqa məlum olan bu həqiqəti etiraf etmək və xalqdan üzr istəmək əvəzinə bu gün bütün istiqamətlərdə Azərbaycanın dövlət siyasətini böyük uğurlarla həyata keçirən İlham Əliyevə irad tutur və onun apardığı siyasətdə səhv tutmağa cəsarət edir. Onun həyasızlığı və utanmazlığı da bundadır. Azərbaycanın türk dövlətləri ilə münasibətlər sahəsində apardığı inteqrasiya siyasətinə irad tutan Cəmil Həsənli bu günkü geosiyasi şəraitdə Azərbaycan Prezidentini Rusiya və İranla düşmənçilik etməməkdə günahlandırır. Avropa və Fransanın bölgəmizdə Azərbaycanın milli maraqlarına qarşı apardığı siyasətin tənqidini isə qəbul etmir və dərhal reaksiya verir. Buradan Cəmil Həsənlinin sovet dövründən fərqli olaraq indi də Avropanın imperialist siyasətinə xidmət etdiyini görməmək mümkün deyil. Sifarişlərin Azərbaycana qarşı təzyiq kampaniyası aparan beynəlxalq qurumlardan alındığı da sirr deyil.

Buqələmun kimi gündə bir rəngə boyanan Cəmil Həsənli öz ikiüzlülüyünü və xəyanətini ört-basdır eləmək üçün “qabaqdan gəlmişlik” taktikasını seçib onun əsil simasını göstərənlərə hücum edir. Cəmil Həsənli heç bir rəsmi sənədi oxumadan və orada yazılanların mahiyyətini anlamadan növbəti dəfə məni hədəfə alır. Özü də yaxşı bilir ki, əsasında araşdırma işi açılmış “Azerbaijani Laundromat” məqaləsi heç də korrupsiyaya qarşı mübarizə ilə bağlı olmayıb ölkəmizə qarşı ermənilər və onların Avropalı əlaltıları tərəfindən birlikdə aparılan qarayaxma və şantaj kampaniyasının tərkib hissəsidir. Aydındır ki, hələ Qarabağ münaqişəsinin mövcud olduğu zaman belə bir məqalənin beynəlxalq mediaya çıxarılması ayrı-ayrı şəxslərə qarşı yox, Azərbaycan dövlətinə qarşı aparılan təzyiq siyasətinin sadəcə bir təzahürü idi. Cəmil Həsənli isə bu xəyanət kampaniyasında iştirak edənlərdən biridir. Artıq 5 ildir ki, araşdırma davam etdirilir və Cəmil Həsənlinin mənə irad tutduğu qeyri-qanuni hərəkətləri sübut edən bircə dəlil belə tapılmayıb. Odur ki, hələ də Cəmil Həsənlinin tez-tez istinad etdiyi bu araşdırma işi məhkəməyə göndərilmir. Cəmil Həsənli isə xarab olmuş “plastinka” kimi eyni sözləri təkrar etməkdə davam edir.

Bu gün Azərbaycan sözün əsil mənasında regionda və dünyada söz sahibi olan dövlətlərdən biridir. Keçən hər gün bunu bir daha sübut edir. Bu Cəmil Həsənli kimi xəbis, hiyləgər və satqın ünsürlərin müqavimətinə baxmayaraq əldə olunmuş bir nailiyyətdir.

Saxta titulları ilə sadə insanları aldatmağa çalışan Cəmil Həsənlinin nə “İngiltərə professorluğunu”, nə də “Azərbaycan alimliyini” təsdiq edən heç bir adekvat sübutu olmadığı halda kiməsə ağıl vermək mərəzinə tutulub, kimdəsə səhv tutmaq, xüsusilə xalqın və dövlətin taleyi ilə bağlı məsələlərdə yol göstərmək fikrinə düşüb. Hələ də 90-cı illərin havası ilə nəfəs alır. Siyasi mübarizənin sonunda “sınıq araba” ilə qalmış Cəmil Həsənlinin öz ayıblarına kor olub susmaq əvəzinə hələ də dövlətə və dövlət rəhbərlərinin apardığı siyasətə qarşı təbliğat aparması isə siyasi əxlaqsızlıqdır.

Müəllif: Cavanşir Feyziyev
Mənbə: Teleqraf.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Bu gün, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Bu gün, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Bu gün, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru