Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                 

CİBGİRLƏR
Tarix: 13-10-2011, 16:03 | Çap et
CİBGİRLƏR

OĞRU DÜNYASININ ƏSİLZADƏLƏRİ

"Toqquşmada, itələşmədə yoxa çıxmış pulqabıdan, bir qayda olaraq, iş-işdən ötəndən sonra xəbər tuturlar..."


Azərbaycanda cinayətkarlıqdan söz düşəndə, cibgirlərdən danışanda, onların tarixini şərti olaraq beş dövrə bölmək mənə daha məqsədəuyğun gəlir. Birinci dövr on doqquzuncu əsrin əvvəllərindən sonlarına kimi olan illəri əhatə edir. Həmin dövrlə əlaqədar əlimizdəki məlumatlar o qədər kasaddır ki, maraqlı bir şey tapmaq çətindir. Cibgirliyin bir peşə kimi formalaşması 1900-1920-ci illəri əhatə edən ikinci dövrə, "çiçəklənməsi" isə 1920-1956-cı illərə, yəni üçüncü dövrə təsadüf edir. Dördüncü dövr həmin vaxtdan başlayıb, 1990-da başa çatır. İndi cibgirlər öz "tarixlərinin" beşinci dövrünü yazırlar...

Diqqət yetirdinizsə, bu dövrlərin hər biri tək cinayətkarların yox, ümumiyyətlə cəmiyyətin həyatında bəlli dönüş nöqtələriylə işarələnib. Birinci dövr feodalizmdən kapitalizmə keçid, ikinci dövr kapitalizmin inkişafı, dərin təbəqələşmə, üçüncüsü Sovet hakimiyyətinin Stalin dönəmini əhatə edir. Dördüncü dövr Stalinin vəfatından Sovetlər Birliyi dağılanadək davam edib. Beşinci dövr isə artıq müstəqil Azərbaycanın payına düşən dönəmdir.

İndi möhtərəm oxucularımızın diqqətini bu tarixi dövrlərin üzərində cəmləmək istəmirəm. Yazı nəzəriyyədən çox, necə deyərlər "əməliyyəyə" aid olsun deyə, sizə cibgir peşəsinin növlərindən söz açacağıq. Bayaq sadaladığımız tarixi mərhələlər isə vaxtaşırı, bu peşənin nümayəndələri ilə, başqa maraqlı həmsöhbətlərlə ünsiyyətdə açılacaq.

Yeri gəlmişkən, xatırladaq ki, cinayət aləminin bütün terminologiyası bizə Rusiyadan, onlara isə ya Avropa, ya da yəhudi dillərindən keçib. Çünki bizim cinayətkarlar tarixən nəzəriyyəyə yox "əməliyyəyə" fikir verir, özlərini "Böyük Qaranlıq Dünyanın" tərkib hissəsi sayırdılar. Odur ki, bu mövzu ilə dərindən maraqlananlar yaxşı bilir ki, rast gəldiyimiz ifadələr arasında öz dilimizdə bircə kəlmə belə tapmaq olmur.

Amma ən əvvəl bir məsələni qeyd edək ki, cib elə bir şeydir ki, şalvarda, ya pencəkdə olmasından, düymələnib-düymələnməməsindən asılı olmayaraq, içində gizlənənlərə təbii bir maraq oyadır. Cib də bağlı qapının üstündəki açar deşiyi kimi bur şeydir: adamın gizlincə baxmağı gəlir. Hamı üçün təbii sayılan bu maraq cibgirlər üçün peşəkar marağa çevrilir.

Böyük şəhərlərdə elə bir ailəyə rast gəlməzsən ki, nə vaxtsa cibgirin qurbanına çevrilməsin. Amma statistikaya görə belə cinayətlərin açılma faizi çox aşağıdır. Oğurluğa məruz qalmış hər on nəfərdən yalnız ikisi polisə müraciət edirsə, onların da təxminən doxsan faizi bir nəticə hasil edə bilmir. Çünki cibgiri tutmaq çox çətindir. Bütün istintaq təcridxanaları ağzına kimi dolu olsa da, peşəkar cibgiri barmaqlıqlar arxasında qətiyyən görə bilməzsiniz. Tutulanlar, bir qayda olaraq, ya cibgir məktəbinin "birinci sinfinə" gedənlərdi, ya da tamam piyada, təsadüfi adamlar. Elələrini tuturlar ki, əlini kiminsə cibinə salan təki ilişir, tutulan kimi günahını etiraf edir. Araşdıranda da görürsən ki, bu cinayətə ehtiyac ucbatından gedib və it kimi peşmandır.

Peşəkar cibgirlər isə kriminal dünyanın öz aralarında sıx birləşmiş, mütəşəkkil, "oğru qardaşlığı" ideyasına sonsuz sədaqətiylə fərqlənən təbəqəsidir. Onları cinayət başında yaxalasan belə, nəyisə sübuta yetirmək həqiqətən müşkül məsələdir.

Kriminalistlər hesablayıb ki, iri şəhərlərdə əhalinin hər milyon nəfərinə 450-500 nəfərə yaxın cibgir düşür. Hər cibgirin orta hesabla gündə on uğurlu cəhdi olsa, tamamilə astronomik rəqəm alınır. Odur ki, rəsmi statistikanı da, diletant hesablamalarını da başqalarına buraxıb, qayıdaq mətləbə...

Beləliklə, cibgir peşələrindən söz açaq, onları bir-birindən fərqləndirməyi öyrənək. Bu problemlə ciddi məşğul olan insanlar yazırlar ki, cinayətin üsuluna və törədildiyi yerə görə təxminən əlli cür cibgir var. Təbii ki, onların hamısını yox, ən geniş yayılanlarını sadalamaq istəyirəm və bu siyahını marvixerdən başlamamaq günah olardı...

Marvixer

"Marvixer"lər (qədim yəhudi dilindən hərfi tərcüməsi "oğurluqla qazanan") cibgirlərin ən yüksək təbəqəsi, əlçatmaz elitası sayılır. Deyirlər ki, guya əsl "marvixer"lərin sayı son yüzillikdə iki əlin barmaqları qədər ancaq olar. Buna münasibət bildirmək istəmirəm, lakin adı dillərə düşən, haqqında əfsanələr dolaşan, kriminal tarixdə yer almış "marvixer"lər həqiqətən az olub. Amma mənə elə gəlir ki, "marvixer" əslində cibgir peşəsi deyil, daha çox fəxri addır. Çünki ənənəvi cibgirlər cinayət törədərkən istifadə etdikləri üsula uzun müddət yiyələnir, onu cilalayır və peşəkar fəaliyyətlərinin sonunadək dəyişmirdilər. "Marvixer"lər isə bütün üsullardan eyni uğurla istifadə edə bilirdilər.

Şipaç

Sağ və ya, sol əlin iki barmaği - adsız və şəhadət barmaqlarından maşa, daha dəqiqi pinset kimi istifadə edərək pulqabını ya cibdən, ya çantadan çəkir. Cibgirlə arasında ən geniş yayılan ixtisasdır. "Şipaç" qurbanını diqqətlə seçir, onun yanında duraraq fikrini yayındırır və bütün əməliyyatı tələsmədən, son dərəcə ehtiyatla həyata keçirir. "Şipaç"lar həm ictimai nəqliyyatda, həm də iri ticarət mərkəzlərində, bazarlarda işləyirlər.

Pisaka

Cibgir ixtisaslarından Azərbaycan dilində adı olan "pisaka"dır. Mənası "yazıçı" olan "pisaka"ya dilimizdə cibkəsən deyirlər. Onlar da "şipaç"lar kimi tünlük yerlərdə çalışır, ya ülgücdən, ya da itilənmiş başqa bir əşyadan istifadə edərək ehtiyatsız vətəndaşların ciblərini kəsirlər. Bəziləri bu məqsədlə cərrah lansetlərindən də istifadə edir. Cibkəsənlərin arsenalında kəsici alətdən savayı, pulqabını çəkmək üçün müxtəlif qarmaqlar olur. Onlar bir qayda olaraq, əllərini kiminsə cibinə salmırlar. 50-ci illərdən sonra kəsici alət kimi bir tərəfi itilənmiş mis sikkədən istifadə olunurdu. Bu isə hətta cinayət başında yaxalanan "pisaka"ya belə, nəsə sübut etməyi çətinləşdirirdi.

Tryasun

"Tryasun" (silkələmək, itələmək, dümsükləmək anlamı daşıyır) qurbanını dümsükləməklə, qucaqlamaqla, itələməklə soyurlar. İldırım sürətli reaksiya tələb edən peşədir. Axı məsələ kiminsə cibindən pulqabısını vurub çıxarmaqda deyil, onu yerə düşmədən götürmək də lazımdır. Çox vaxt zahirən də kobud görkəmləri olan bu cibgirlər kiminləsə toqquşduğuna görə, kiməsə yol vermədiyinə görə qınaq obyekti olur. O toqquşmada, o itələşmədə yoxa çıxmış pulqabıdan, bir qayda olaraq, iş-işdən ötəndən sonra xəbər tuturlar və bəlkə də basırıq yerdə dümsüklənməkləri heç yadlarına da düşmür...

DİA.AZ – Kriminal ŞÖBƏ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru