"Narahat olmayın, hər şey düzələcək, ona da pul atıblar..." - QALMAQAL
Tarix: 13-02-2020, 12:45 | Çap et
 Bakı şəhər sakini Asif Məmmədov “Konstra” MTK tikinti şirkətindən narazıdır. A. Məmmədov “Qafqazinfo”ya müraciətində qeyd edib ki, 2018-ci ildə müxtəlif vaxtlarda sözügedən tikinti şirkətindən 169 nəfər ev alıb:
“Hamı da evin pulunu tam ödəyib. Əlimizdə bununla bağlı maliyyə arayışı da var. Mənzil aldığımız bina Tibb Universitetinin qarşısında yerləşir. Mən özüm 67 min manat pul ödəmişəm. Bir müddət tikinti dayandırıldı. Bizə dedilər ki, torpağın sahibiylə podratçı “Konstra” MTK arasında mübahisə düşüb. Torpaq sahibi isə “Orxan TİT” şirkətidir. “Orxan TİT” dən bizə dedilər ki, sakinlər aldadılıb, evlər saxtadır. Çünki podratçı şirkət ev satmalı deyildi.
“Konstra MMC” isə bildirir ki, “Orxan TİT” şirkəti onlara pul atıb. Bununla bağlı Prokurorluğa da müraciət ediblər.
Biz ev alan şəxslər olaraq hesab edirik ki, burada hansısa oyunlar gedir. Hətta bir evi başqa şəxslərə də satdıqlarını eşitmişik. Evlərin çoxu satılıb, bir hissəsi isə qalıb. “Konstra MMC”-nin rəhbəri Bəhram Abbasovdur. Onunla dəfələrlə narazı sakinlər olaraq görüşmüşük. B. Abbasov bizə deyib ki, narahat olmayın, hər şey düzələcək, ona da pul atıblar. B. Abbasov yüksək vəzifədə işləyir. O, Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiridir”.
“Qafqazinfo” məsələ ilə bağlı “Konstra MMC” şirkəti ilə əlaqə saxlayıb. Şirkətin təsisçisi Bəsrət Abbaslı bildirib ki, atası Bəhram Abbasovun qanuni olaraq şirkətə aidiyyatı yoxdur: “Mən özüm cavan olduğuma görə, sakinlərlə görüşdə atam da iştirak edib. Çünki o əvvəllər bu işlərdə olub. Narazı vətəndaşlar yaşım az olduğuna görə düşünürlər ki, məsələlərdən başım çıxmır. Ona görə də ağsaqqal kimi atamı danışıqlara çağırmışam. Ancaq onun bu şirkətlə qanuni bağlılığı yoxdur.
Biz bu işdə podratçı tərəf kimi çıxış etmişik. Bizim sifarişçi tərəf olan “Orxan TİT” şirkəti ilə müqaviləmiz olub. Müqaviləyə əsasən, evlərin satışı bölüşdürülmə prinsipi ilə razılaşdırılıb. Şirkətimizin daxilində problem yarandı, bundan digər şirkətin də xəbəri var idi. Belə ki, şirkətə təyin etdiyim Dilafir Rəsulov adlı icraçı direktor var idi. Satış hüququ tamamilə mənə aid idi, sənədlərə imzanı və möhürü mən qoya bilərdim.
Ancaq möhür ofisdə olduğu üçün icraçı direktor D. Rəsulov bundan istifadə edərək limitdən artıq ev satıb, qanunla əvəzimdən satış edə bilməzdi. O, vəziyyətdən sui-istifadə edib. Hazırda sizə şikayət edən şəxslər vicdanlı alıcılardır. Həmin evlərin əvvəlki sahiblərinin D. Rəsulovla öz haqq-hesabları olub. Onlar bizim binadan qanunsuz şəkildə ev satışı edib. D. Rəsulov barterə gedib, yaxud öz borcunu bağlamaq üçün kiməsə ev verib.
Bizim bu məsələdə çəkinəcəyimiz bir şey yoxdur. Sakinlərdən əvvəl özümüz Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişik. Sifarişçi şirkət də çəkdiyimiz xərci minimum məbləğdən də aşağı hesabladı.
O pulların heç biri mənim kassama mədaxil edilməyib. 169 ev satılıb, onun 62-si təsdiqlənib. Kreditə verilən evləri, şəhid ailələrinin, nağd şəkildə ödəniş edən şəxslərin evləri təsdiqlənib. Mənim təsdiqlədiyim evlər belə qanunsuz sayılır, ancaq məcburiyyət yaranıb.
Bu məsələnin ictimailəşməsinin biz də tərəfdarıyıq. Hazırda məni aldadan şəxs heç ölkədə deyil. Biz çəkdiyimiz xərcin hesabatına əsasən sakinləri razı salmaq istəyirik. Ancaq “Orxan TİT” buna imkan vermir. Buna görə də, sifarişçi şirkət haqqında iddianamə hazırlayıb müvafiq qurumlara təqdim etmişik”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 17:38 |
|
|
|
• Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Bu gün, 17:32 |
|
|
|
• "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:28 |
|
|
|
• "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Bu gün, 17:22 |
|
|
|
• Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Bu gün, 17:20 |
|
|
|
• Ermənistanın təhlükəli diplomatik oyunu
Bu gün, 17:15 |
|
|
|
• İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Bu gün, 17:12 |
|
|
|
• Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Bu gün, 17:08 |
|
|
|
• Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 17:01 |
|
|
|
• Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Bu gün, 16:57 |
|
|
|
• Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Bu gün, 16:53 |
|
|
|
• Beh alıb, məclisə getmədi
Bu gün, 16:48 |
|
|
|
• Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Bu gün, 16:45 |
|
|
|
• “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58 |
|
|
|
• Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22 |
|
|
|
• "Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18 |
|
|
|
• Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15 |
|
|
|
• Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12 |
|
|
|
• “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10 |
|
|
|
• Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42 |
|
|
|
• “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01 |
|
|
|
• “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47 |
|
|
|
• İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41 |
|
|
|
• Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
• Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33 |
|
|
|
• "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31 |
|
|
|
• 5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25 |
|
|
|
• PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22 |
|
|
|
• Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19 |
|
|
|
• Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09 |
|
|
|
• Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01 |
|
|
|
• "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59 |
|
|
|
• 38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46 |
|
|
|
• Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44 |
|
|
|
• İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31 |
|
|
|
• “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21 |
|
|
|
• Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19 |
|
|
|
• Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08 |
|
|
|
• TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57 |
|
|
|
• Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55 |
|
|
|
• Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47 |
|
|
|
• “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42 |
|
|
|
• "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41 |
|
|
|
• "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39 |
|
|
|
|