Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                 

"0 cinayət" məmləkəti sayılan Naxçıvanda polislər nə işlə məşğul olurlar? - İLGİNC İDDİALAR...
Tarix: 8-12-2022, 11:08 | Çap et
"0 cinayət" məmləkəti sayılan Naxçıvanda polislər nə işlə məşğul olurlar?
DİA.AZ: - "Naxçıvan “0 cinayət” diyarıdır. Yəni bu diyarda Vasif Talıbovun dahiyanə siyasəti nəticəsində ildə uzağı 30 cinayət hadisəsi qeydə alınır, onun da yarısından çoxu təsadüfən baş verir. O zaman sual yaranır: Naxçıvan bu qədər cinayətsiz yerdirsə, onda o boyda MR DİN nəyə lazımdır? Naxçıvan polislərini niyə əmək qanunvericiliyinə zidd olaraq günaşırı 24 saat işləməyə məcbur edirlər ki, bu da Sədərəkdə polis üsyanı ilə nəticələnir? Ümumiyyətlə bu gün MR polisləri nə ilə məşğuldur?" DİA.AZ bildirir ki, bu açıqlama ilə tanınmış jurnlaist Heydər Oğuz çıxış edib.
Jurnalist daha sonra bildirir: "Bu gün Naxçıvan polislərinin bütün dərdləri “xan” həzrətlərinin özünün və ailəsinin mülklərini qorumaqdan ibarətdir. Məsələn, Vasif “xan”ın rəsmi iqamətgahı sayılan Ali Məclisi, Rəşad İsmayılovun xüsusi göstərişinə əsasən, Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarışı şöbəsinin əməkdaşları mühafizə edir.
Bəs “xan” həzrətləri hər gün evdən işə, işdən edə gedib-gələnəndə onun maşınını kim müşayiət edir, bilirsinizmi? - Naxçıvan DİN-nə məxsus 85 NP 011 dövlət qeydiyyat nişanlı xidməti avtomobil. Bəs bu avtomobili kim sürür? -Əlbəttə, Naxçıvan MR Daxili İşlər nazirinin müavini Zahid Gözəlovun şəxsən özü. Heç Zahid Gözəlov müəllim bu şərəfli işi başqasına buraxarmı?
Bir sözlə, Naxçıvan Daxili İşlər nazirinin müavini cənab “xan” həzrətlərinin mühafizəçiliyini edir.
Nazir Rəşad İsmayılovun da özünəməxsus işi var. O öz işçilərinə hədə-qorxu gələrək, polislərin Azərbaycan rəhbərliyinin Muxtar Respublikada apardığı islahatlara sevinib-sevinməməyinə nəzarət etmək funksiyasını yerinə yetirir. Təbii ki, ürəklərinə girmir, sadəcə ürəklərdəki hisslərin üzdəki inikasına baxır və kimin sevinib kimin üzüldüyünü bu şəkildə müəyyənləşdirir.
“Rəşad İsmayılov işçilərə deyir ki, görürəm, sevinirsiz bu dəyişikliklərə. Sevinməyin. Çünki Naxçıvanın öz Daxili İşlər Nazirliyi və naziri var. Onu da cənab Ali məclisinin sədri təyin edir. Adam açıq-aşkar təxribatçılıqla məşğuldur”, - Qara Pişik deyir.
“Rəşad müəllim həmçinin Muxtar Respublikada aparılan islahatları "vətən xainləri Naxçıvanımıza qarşı tədbirlər görür" kimi fikirlərlə səciyyələndirir. Başa düşmək olmur, bu adam “vətən xaini” deyəndə kimi nəzərdə tutur?”, - deyən Qara Pişik gecə-gündüz fikirləşsə də bu suala cavab tapa bilmir.
Rəşad İsmayılovun göstərişi ilə 2022-ci il ərzində bir neçə polis zabitinin (hansı ki, o zabitlər Rəşad İsmayılovun gözündə "опасный" elan olunmuşdu) telefon danışıqları qanunsuz olaraq dinlənilib: “Həmin polis əməkdaşlarının adını açıqlasam, əmin olun ki, nazir birbaşa məhkəməlik olar. Çünki onun qanunsuz dinlədiyi həmin polis zabitləri elə şəxslərdir”.
Uzun illər öncə “Qurdlar vadisi” serialını izləyən və bu filmdəki Muronun təsirinə düşüb humanistləşən Qara Pişik hələlik “lənət olsun içimdəki insan sevgisinə” deyib o adamların adını çəkməməyə üstünlük versə də, özündən də çox əmin deyil. Qorxur ki, bir gün dözə bilməyib bütün sandıqları açıb, pambıqları ortalığa töksün və Naxçıvan MR DİN-də aləm bir-birinə dəysin.
Onun sözlərinə görə, Naxçıvanda hal hazırda Prezident İlham Əliyevin apardığı islahatlara yalnız “xan” həzrətləri və MR DİN qarşı çıxır. Daha doğrusu, nazir Rəşad İsmayılov və onun müavini, “xan” qoruqçusu Zahid Gözəlov.
Sözsüz ki, Naxçıvanın digər polislərinin də çox mühüm görəvləri var. Bu görəvlərə “xan” həzrətlərinin və vəliəhd Seymur Talıbovun şəxsi mülkiyyətinin mühafizəsi də daxildir. Hətta elə polislər var ki, nazir Rəşad İsmayılovun mülklərinə qaraulluq edir.
“Rəşad İsmayılov Naxçıvan şəhəri Çənlibel məhəlləsində özünə villa tikdirir. Sutkada 24 saat o yarı tikilinin qabağında Naxçıvan Şəhər Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün 2 əməkdaşı məcburi keşik çəkir.
Seymur Talıbovun Naxçıvan şəhəri Evim AVM-in qarşısında qızıl dükanı var. Həmin qızıl dükanın qarşısında isə Naxçıvan Şəhər Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün 2 əməkdaşı məcburi olaraq xidmətə çıxarılır. Özü də xidmətə çıxan polislərə 2 ədəd karton parçası verirlər ki, gedin bardurun üstünə qoyub üzərində oturun. Guya polislərin oturacaq hissəsinin soyuq çəkəcəyindən ehtiyatlanırlar”, - deyən Qara Pişiyin bu yerdə Muroluğu tutur və əlini cibinə salıb dəsmalını çıxararaq göz yaşını silir:
“Vallah, adamın yazığı gəlir. Billah, adamın yazığı gəlir. O post patrulda işləyən serjantların hamısının Naxçıvan Banka krediti var. Hamısı da ailə başçısıdır. Ailələrinə görə susurlar. Amma Seymur Talıbov, Rəşad İsmayılov və Zahid Gözəlov kimi şəxslər onları sındırırlar”.
“Xan” həzrətlərinin digər mülklərinin də polislər tərəfindən gücə-gündüz mühafizə olunduğunu deyən Qara Pişiyi bu yerdə elə hönkürtü tutur ki, miyovultusundan bir şey almaq olmur. Hekayənin gerisini sonraya saxlamaq üzrə məndən ayrılır. Yenidən Naxçıvana qayıtmaq yolunu tutan Qara Pişik son olaraq onu dedi ki, gələcək söhbətlərində mənə Ordubad RPŞ-nin rəisi Əli Nəbiyev və Cinayət axtarış Bölməsinin rəisi Tural Hüseynov tərəfindən evinə narkotik qoyulub tutulan, sonra isə 7.000 manatı alınan Ramin Abbasov adlı vətəndaşın başına gətirilən müsibətlərdən danışacaq".

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

"0 cinayət" məmləkəti sayılan Naxçıvanda polislər nə işlə məşğul olurlar?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru