Ağalar Vəliyev MİLLƏTİN QƏSDİNƏ DURUB? - ETİRAZ
Tarix: 28-06-2024, 16:57 | Çap et
 "Kristal Abşeron"un Abşeron rayonunda inşa etdiyi "Kristal Abşeron -1" şəhərciyində sakinlər etiraz üçün təşkilatlanıblar.
Bu barədə redaksiyamıza şəhərciyin sakinləri məlumat veriblər. Bildirilir ki, “Kristal Abşeron” şirkətinin qoyduğu qaydalar artıq insan hüquqlarını tapdamaqdır. Şəhərciyin sakinləri idarəçilərin onlardan ancaq pul “qoparmaq” haqda düşündüklərini, əvəzində heç bir şərait yaratmadıqlarını deyirlər: “Sanki biz burda ev almamışıq, gəlmişik ki, şirkətə xeyir verək. Ən müxtəlif yollarla bizdən pul “dərirlər”. Gah zibil pulunu artırırlar, gah lif pulunu, gah dayanacağın ödənişini artırırlar. Halbuki heç biri üzrə də normal xidmət ala bilmirik. Təsəvvür edin, biz binamızın altında (zirzəmidə) yaradılan parkinqə maşın salmaq üçün başqa binanın altından giriş etməliyik. Həyətdə bir addımlıq boş yer qalmayıb, uşaqların oyun meydançasını belə “qamarlayıblar”. Şikayətçilər bildirirlər ki, səbir kasalarının dolmasına səbəb olan sonuncu damla parkinqin 30 manatdan 50 manata qaldırılması olub. Buna qədər isə bir çox məsələlərlə bağlı verilən qərarlar onları qane etməyib, idarəçilərə müraciətlər ediblər, amma nəticəsiz qalıb. Bu dəfə təşkilatlanmağı qərara alıblar. Artıq 100-dən çox sakinin imzası toplanıb: “İlk öncə “Kristal Abşeron”un icraçı direktoru Məhayət Nəbiyevə müraciət ünvanlayacağıq. Qısa müddət ərzində müraciətimizə baxılmasa, ölkə rəhbərliyinə müraciət ünvanlayacağıq. Sonrakı tədbirlərimiz isə aksiyalar təşkil etmək olacaq. Bunlar da nəticə verməsə, məhkəmələrə üz tutacağıq. Artıq bu istiqamətdə vəkillərlə məsləhətləşmələr aparırıq”. Sakinlər qeyd ediblər ki, özlərinin idarəetmə qurumlarını yaratmaq imkanından da məhrum edilirlər: “Bina təhvil verilmir, çıxarışlarımızı ala bilmirik. Amma bununla bağlı da müzakirələrimiz oldu və artıq bu istiqamətdə də işlərə başlayacağıq. Qanunların verdiyi imkanları tikinti şirkəti əlimizdən alıb, imkan vermirlər ki, öz təşkilatımızı yaradaq, problemlərimizi özümüz həll edək. Həm bizdən bir yandan pul yığırlar, həm problem içində yaşadırlar. Bunlardan ev almaqla özümüzü böyük bir bəlaya salmışıq, insanlara məsləhətimiz budur ki, pulsuz da versələr “Kristal Abşeron”un binalarından ev almasınlar!” Qeyd edək ki, bir neçə gün əvvəl oxşar şikayətlə "Kristal Abşeron -1"-də yaşayan jurnalist Arifə Əliyeva da çıxış edib. Onunla əlaqə saxlayıb təşkilatlanma ilə bağlı əlavə məlumat aldıq. A.Əliyeva bütün deyilənləri təsdiqləyərək bildirdi ki, onlarla sakinin imzası alınıb və birgə müraciətlər ediləcək: “Mərhələli surətdə bütün instansiyalara müraciətlər edəcəyik. Mətbuatda dəfələrlə yazılıb ki, "Kristal Abşeron" şirkəti deputat Ağalar Vəliyevə məxsusdur. Bu iddia indiyə qədər təkzib olunmayıb. Ona görə də Ağalar Vəliyevə də müraciət etməyi düşünürük. Qarşıdan parlament seçkiləri gəlir, Ağalar müəllim yəqin ki, yenidən namizədliyini verib deputat olmaq istəyir. Amma vətəndaşlara bu cür problemlər yaratmaqla onun yenidən mandat alması çətin baş tuta”. Qeyd edilənlərlə bağlı “Kristal Abşeron”un mövqeyini verməyə hazırıq.
Afn.az


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
|