“Bakcell” uşaqlar üçün təhlükəsiz internet paketlərini istifadəyə verib
Tarix: 19-05-2016, 17:24 | Çap et
 “Bakcell” şirkəti uşaqlar üçün internetdən istifadənin daha təhlükəsiz olmasını təmin edən yeni internet paketlərini istifadəyə verib. “Bakcell” şirkətinin təklif etdiyi bu yeni internet paketləri və “Enginet” şirkətinin təklif etdiyi “İnternet Filtrasiya Xidməti” sayəsində “Bakcell” abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadə etməsini təmin edə biləcəklər. “Enginet” şirkəti tərəfindən istifadə edilən “Websense” filtrasiya sistemi tərkibində uşaqlar üçün zərərli informasiya daşıyan 90 tematik qrup üzrə 18 milyon veb-səhifəyə çıxışı məhdudlaşdırır. Təhlükəsiz İnternet Paketlərini alan “Bakcell” müştəriləri daxil olduqları veb səhifələri filtrasiya edərək, öz uşaqlarını aşağıda göstərilən zərərli məzmunlardan qoruya biləcəklər: - Böyüklər üçün materiallar: böyüklər üçün məzmun, qadın alt paltari və çimərlik geyimi, çilpaqliq və seksual məzmun, cinsi tərbiyə - Narkotiklər: sui-istifadə olunan narkotik maddələr, marixuana, reseptlə buraxılan dərman vasitələri, əlavələr və tərkibi nəzarət olunmayan birləşmələr - Qumar oyunları - Qanunsuz və ya şübhə doğuran - Davakar və ekstremist - Parked domain - İrqçi və nifrət ifadə edən - Şit, bayağı - Zorakılıq - Silahlar - İstifadəçi tərəfindən müəyyən olunan: bloklaşdırılıb (fərdi) “Əslində, düzgün istifadə olunduğu halda, internet uşaqların inkişafı üçün çox faydalıdır və bu gün o, təhsil sisteminin olduqca mühüm bir tərkib hissəsidir. Bununla belə, biz valideynlər uşaqlarımızın internetdən necə istifadə etmələrinə hər an nəzarət edə bilmirik. İnternet mühitində uşaqlarımızın diqqətindən uzaq saxlamaq istədiyimiz xeyli zərərli məzmun var. Bunu nəzərə alaraq, öz uşaqlarını internetdəki arzuolunmaz məzmundan qorumaq məqsədi ilə valideynlər üçün arzuolunmaz veb-səhifələri filterdən keçirmək imkanının yaradılması olduqca vacib və aktual məsələyə çevrilir. Bizim təklif etdiyimiz yeni paketlər də məhz bu problemin həllinə yönəlib. “Bakcell” və “Enginet” böyük məmnuniyyətlə müştərilərimizin böyük seqmenti üçün nəzərdə tutulmuş Təhlükəsiz İnternet Paketlərini təklif edir. Biz inanırıq ki, öz uşaqlarının internetdə yalnız təhlükəsiz məzmuna baxmasını istəyən valideynlər üçün bu təklif olduqca cəlbedici olacaq” ,- deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib. “Sosial məsuliyyətli bir şirkət olaraq, “Bakcell” şirkəti uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiya olunmasını həmişə xüsusi diqqət mərkəzində saxlayır. Bizim həyata keçirdiyimiz “Bakcell Stars” adlanan Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə, gələcəkdə onların daha yaxşı həyatının təminatına töhfə verilir. Uşaqlar üçün təhlükəsiz internet həllinin təklif olunması da bu cür fəaliyyətlərin bir hissəsidir”,-deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru əlavə edib. Uşaqlarınızı yuxarıda qeyd olunan arzuolunmaz məzmundan müdafiə etmək üçün siz sadəcə *134*10#YES yığaraq və ya “10” yazıb 5934 qısa nömrəsinə SMS göndərərək, “Bakcell” şirkətinin təklif etdiyi Təhlükəsiz İnternet Paketlərini əldə etməlisiniz. 10 GB təhlükəsiz internet paketinin qiyməti 10 manat təşkil edir. Bu paket mobil telefon və ya noutbuk kimi istənilən cihazlarda istifadə oluna bilər. Aktivləşdirmə prosesində arzuolunmaz məzmun sistem vasitəsilə sizin mobil internet paketinizdən avtomatik olaraq filtrasiya ediləcək. “Uşaqların internet mühitində mövcud olan bütün mümkün təhlükələrdən müdafiə olunması məsələsinin vacibliyi danılmazdır. Belə bir məhsulun bütün mobil operatorların portfellərində olması mütləq şərtdir. Virtual aləm real həyatdan heç də az təhlükəli olmaya bilər: burada virtual cinayətlər, xuliqanlıq, zərərli, pornoqrafik, bütün növ pozğunluqları, əxlaqsızlığı, aqressivliyi yayan materiallar və sosial təhlükəli məzmun, hətta intihara həsr olunmuş veb-səhifələr var. Bu cür təhlükələr uşaqlara ciddi fiziki və psixoloji zərər yetirə bilər. Son illər mobil cihazlardan istifadənin artması ilə bağlı bu məsələ daha vacib xarakter alır. Orta məktəblərdə, hətta məktəbəqədər müəssisələrdə oxuyan uşaqlar müxtəlif mobil cihazlardan istifadə edirlər. Uşağı real təhlükə olan virtual aləmlə təkbaşına necə buraxmaq olar? Ya gərək qadağa qoya, ya da qoruyasan. Qadağan etmək, demək olar ki, heç mümkün deyil, çünki bu texnologiyalar artıq bizim həyatımızın bir hissəsinə çevrilib, ona görə də nizamlamaq və müdafiə etmək lazımdır. Yeganə yol budur” ,- deyə “Enginet” şirkətinin baş kommersiya direktoru Aydın Əsgərov birdirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33 |
|
|
|
• Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32 |
|
|
|
• Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27 |
|
|
|
• Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24 |
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
10-05-2025, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
10-05-2025, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
10-05-2025, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
10-05-2025, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
10-05-2025, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
10-05-2025, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
10-05-2025, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
10-05-2025, 12:43 |
|
|
|
|