"Məni hörmətdən salmaq istəyirlər" .....                     Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: .....                     Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib .....                     “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” .....                     Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                     "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                     PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                 

Ramiz Mehdiyev, Eldar Mahmudov, Çingiz Əsədullayevin adı keçən məhkəmə... - Film kimi cinayət işi
Tarix: 8-02-2021, 11:56 | Çap et
Ramiz Mehdiyev, Eldar Mahmudov, Çingiz Əsədullayevin adı keçən məhkəmə...
Bakıda milyonlar mənimsəməkdə ittiham edilən şəxsin məhkəməsi keçirilib. İşdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun adamlarının adı keçir. Həbs edilən şəxs özünün zərərçəkmiş olduğunu, MTN-nin onu oğurlayaraq döydüyünü deyir.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baxılıb.

Həbs edilən şəxs 1982-ci il təvəllüdlü Şeydayev Cavad Məzahir oğludur. Şeydayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) 178.3.2-ci (Dələdulzuq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Təqsirləndirilən Cavad Şeydayev iş görmək adı ilə bir neçə nəfərdən külli miqdarda pul almaqda və onların etibarından sui-istifadə edərək aldatmaqda və Əziz Quliyev adlı şəxsə hədə-qorxu gəlməkdə suçlanır. Elə iş üzrə əsas zərərçəkmişlərdən biri 1975-ci il təvəllüdlü Quliyev Əziz Göyüş oğludur.

İttihama görə, Cavad Şeydayev Əziz Quliyevin 919 min manat pulunu ələ keçirib. İş üzrə digər zərərçəkmişlərin bir neçəsi ilə Cavad Şeydayev arasında barışıq əldə edilib.

Cavad Şeydayev yalnız Əziz Quliyevin epizodu üzrə özünü təqsirli bilmir və deyir ki, digər şəxslərə də borcunun yaranmasının səbəbkarı Əziz Quliyevdir.

Məhkəmə araşdırması zamanı Cavad Şeydayevin ifadəsi ilə maraqlı faktlar və iddialar ortaya çıxıb. Cavad Şeydayev zərərçəkmiş kimi tanınan Əziz Quliyevin Ramiz Mehdiyevin adamı olduğunu, “ağsaqqal” deyərək onun adından istifadə etdiyini deyib.

Hadisələrin başlanğıcı 2013-cü ilə gedib çıxır. Cavad Şeydayev özünə məxsus klinikanı satmaq istəyib. Bu zaman Əziz Quliyev müştəri kimi Ramiz Mehdiyevi tapdığını, bütün işləri də Ramiz Mehdiyevin köməkçisi Anar vasitəsi ilə həll edəcəyini bildirib.

Cavad Şeydayev deyir ki, klinikanın cərrahiyyə şöbəsinin baş həkimi Elşən Əliyev olub. Dayısı Tofiq Nəsirov isə klinikanın direktoru imiş.

Həbsdə olan Cavad Şeydayev ifadəsində göstərib ki, klinikanı satmaq üçün 5 milyon desə də son olaraq 4 milyon 200 min manata razılaşıblar.

“Bundan bir müddət əvvəl Türkiyədəki biznesimdə xeyli pul itirmişdim. Buna görə də borclarım var idi və klinikanı satmalı idim. “Azəriqazbank”dan 2 milyon 400 min manat kredit götürmüşdüm.

Əziz Quliyev dedi ki, Ramiz Mehdiyevə qiyməti 4 milyon deyəcək. 200 min də özü qoyacaq. Əziz söyləyirdi ki, alıb özləri işlədib, Ramiz Mehdiyevin sayəsində çörək qazanacaqlar”- deyə Cavad Şeydayev bildirib.

Onun sözlərinə görə, kredit məsələsini həll etmək üçün Əziz Quliyevlə birlikdə “Azəriqazbank”a gediblər. Bankın rəhbəri olan Çingiz Əsədullayevlə görüşüblər.

Xatırladaq ki, Çingiz Əsədullayev sabiq MTN rəhbəri Eldar Mahmdovun yaxın adamı olub. Eldar Mahmudov vəzifədə olduğu müddətdə Çingiz Əsədullayev həm də deputat idi. Mahmudov postunu itirəndə Əsədullayev də mandatını itirdi.

Cavad Şeydayev ifadəsinin davamında göstərib ki, banka gedən zaman Əziz Quliyev orada deyib ki, Ramiz Mehdiyevin köməkçisi Anar müəllimin dediyi adamlardılar və Çingiz Əsədullayev onları gözləyir.

“Bizi qəbul etdilər, Sonra ƏZiz Quliyev Çingiz əsədullayevlər görüşdü və məsələ həll oldu”- deyə Cavad Şeydayev qeyd edib.
İşin davamında Əziz Quliyev Cavad Şeydayevə ilkin ödəniş olaraq 150 min manat verib.

“Bankdan götürülən kreditlə mənə verilməli olan pulun bir hissəsi də verildi. Əziz Quliyevin mənə 919 min manat verəcəyi qaldı. Sonra pulumu ödəmədi. Tələb edəndə isə məni hədələməyə başladı. Deyirdi ki, iş “ağsaqqala” çatsa axırı yaxşı olmayacaq. Müxtəlif dostlar vasitəsi ilə Ramiz Mehdiyevə çıxmaq, problem demək istəyirdim. O zaman Prezident Aparatının səhv etmirəmsə, təhlükəsizilik idarəsinin rəsi Teymuraz müəllim var idi. Dostlar vasitəsi ilə onunla əlaqəyə girdim. Amma nəticə olmadı.

Bir gün də Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə görüşdük. Əziz Quliyev də orada idi. İlham Əliyev Əzizə dedi ki, mənim adımdan istifadə edirsən? Sonra İlham Əliyev məni günahkar çıxarmağa başladı ki, niyə Ramiz Mehdiyevin adını çəkmişəm. Çünki mən çox yerə şikayətlər edirdim. Amma bir nəticə yox idi. Hər yerə teleqram vurdum, polisə getdim. Şikayətlər edən ərəfədə, 2014-cü ildə ofisimdə oturduğum zaman MTN əməkdaşları başıma torba keçirib apardı. 8-9 nəfər qara maskalı şəxs idi. Mənə dedilər ki, Eldar Mahmudovun əmisi oğlu Vüqar tapşırıb. Səhərə qədər döydülər. Dedilər ki, Əzizi şantaj etdiyimi yazım. Bununla da mənim almalı olduğum pulu Əziz məndən tələb elədi. Mənə həm hədə-qorxu və şantajla pul tələb etmə, həm də dələduzluqla cinayət işi açdılar. Hara da şikayət etdimsə baxan olmadı. Hara gedirdimsə deyirdilər ki, Anar müəllim tapşırıb, “ağsaqqal”ın adını verib”- deyə C.Şeydayev dediklərinə əlavə edib.

Bildirək ki, bu işdə adı keçən Vüqar Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilmişdi. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmişdi.

Polkovnik-leytenant Vüqar Mahmudov 2017-ci ildə həbs edilmiş, 2019-cu ildə azadlığa buraxılmışdı. O, iş adamlarına hədə-qorxu gələrək pul tələb etməkdə və mənimsəmədə ittiham edilirdi.

Cavad Şeydayevin cinayət işinin yeni təfərrüatlarını növbəti məhkəmə reportajımızda təqdim edəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18
Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15
Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12
“Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru