“Rövşən Məmmədov şüşədən tikdirdiyi imarətinin pulunu bizim maaşımızdan çıxacaq” - AzTV işçilərindən etiraz
Tarix: 6-08-2021, 11:45 | Çap et
 Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı, daha doğrusu, sədr Rövşən Məmmədovdan narazılıqlar bitmək bilmir. İndi də işçilər əməkhaqqlarının kəsiləcəyindən narahatdırlar.
Dominant.az-a bu barədə hazırda AzTV-nin bir neçə əməkdaşı məlumat verib. İşlərini itirə biləcəklərindən ehtiyat etdikləri üçün adlarının açıqlanmasını istəməyən əməkdaşların dediklərinə görə, son yoxlamalardan sonra QSC-də aşkarlanmış büdcə əskikləri onların əməkhaqqları ilə kompensasiya olunacaq.
“Bildiyimizə görə, büdcədə 9 milyon civarında əskiklik yaranıb. İndi həmin əksikliyi bizim maaşımızdan tutacaqlar. Maaşlarımızda kifayət qədər ciddi azalmalar olacaq. Təsəvvür edin, hazırda 700 manat maaş alan işçiyə 450 manat əməkhaqqı veriləcək. Təbii ki, bu xəbər hər birimizin əhvalını təlx edib. Nə maaş alırıq ki, hələ bir onu kəssinlər də. Aylıq maaşa baxan adamlarıq, aramızda krediti, ipotekası, banka borcu olanlar var, maaşımız kəsilərsə, vəziyyət çox acınacaqlı olacaq” – deyə şikayətçilər bildirib .
Şikayətçilər onu da qeyd ediblər ki, maaşlar kəsiləcəyi təqdirdə AzTV-də ciddi istefalar yaşanacaq: “Sədr Rövşən Məmmədov bura təyin olunanda bir həsir idi, bir məmmədnəsir, amma indi şüşədən imarəti var. Büdcəni kim yeyib, hara xərclənib, hər kəs yaxşı bilir. İndi yeyənlər qalıb kənarda, çanağı bizim başımızda sındırmaq istəyirlər. 450 manata necə ailə, uşaq saxlaya bilərik?! İşdən çıxmağa məcbur olacağıq, Rövşən Məmmədov yerdə qalan qohum-əqrəbalarını da gətirib bizim yerimizə qoyar”.
Xatırladaq ki, bir neçə gün öncə, AzTV-dən pandemiyanin və müharibənin ən qaynar vaxtı işdən uzaqlaşdırılmış Saida Vəliyeva öz “Facebook” hesabında da bu barədə məlumat paylaşmışdı, telekanal əməkdaşlarının etiraza hazırlaşdıqlqrını bildirmişdi:
“Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr Rövşən Məmmədovun özbaşınalığı davam etməkdədir. Baxmayaraq ki, üç aydan çox bir müddətdə maliyyə yoxlamaları aparılaraq, deyilənə görə, çox ciddi pozuntular aşkar edilib, amma hələki rəsmi açıqlama olmayıb. Ona görə də qeyri-müəyyənlik davam edir. Yəqin Rövşən də bu qeyri-müəyyənlikdən istifadə edərək istədiyini etməyə davam edir. Bu yaxınlarda məlumat alındı ki, Rövşən Məmmədov AzTV-də bütün redaksiyaların, şöbələrin büdcəsini azaltmaq barədə struktur rəhbərlərinə göstəriş verib. İndi AzTV-nin bütün rəhbər işçiləri çıxılmaz vəziyyətə düşüblər. Çünki hər studiyanın, departamentin, şöbənin büdcəsi təqribən 10-15 min manat azaldılıb. Belə başa düşmək olar ki, Rövşən iki il yarım zaman müddətində yeyib dağıtdıqlarının yerini sadə əməkdaşların qonorarlarını kəsməklə doldurmaq istəyir. Artıq bu aydan həmin göstərişə uyğun hesablamalar aparılacaq. Buna görə də artıq işçilərin çoxu məzuniyyətə çıxır. Təəccüblüdür, bütün bu həngamənin içində Rövşən Məmmədov yeni işçilər götürmək və ya transfer etmək qərarına gəlib. Əgər sənin acgözlüyünün, bacarıqsızlığının ucbatından büdcə dağıdılıbsa, onu doldurmaq üçün camaatın çörəyini kəsirsənsə, onda bu nə kadr siyasətidir, ay kreativ Rövşən Raqifoğlu? Yeni götürdüyün işçilər havayı işləyəcəklər? Yoxsa maaşlarını cibindən verəcəsən? Ondansa, redaksiyalarda qonorar alanların siyahısına yaxşı bax. Görəsən nəyə görə bəzi redaksiyalarda işçilərin sayı ilə qonorar alanların sayında uyğunsuzluq olub? Hər ay kimlərə və nəyə görə büdcədən pullar yazılıb? Suallar çoxdur. Hələ ki bu qədər…”.
P.S. Qarşı tərəfin cavabını da yayımlamağa hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31 |
|
|
|
|