Məmurlar bizə, yoxsa biz məmurlara örnək olmalıyıq ?! - NƏ BAŞ VERİR?
Tarix: 9-09-2021, 12:07 | Çap et
 Sentyabrın 8-də sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun biabırçı video görüntüləri yayımlanıb. Baş verənlər məmurlarla bağlı daha əvvəl müzakirə olunan bəzi xoşagəlməz hadisələri də yenidən gündəmə gətirib.
Belə ki, bir müddət əvvəl də partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov da oxşar məzmunlu qalmaqallı görüntüləri ilə gündəmə gəlmiş, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov isə video görüntülərlə şantaj olunduğunu yazımışdı. Hazırda sosial şəbəkələrdə yeni yayılan video isə Gürcüstanın Azərbaycanlı millət vəkili haqqındadır. Son dövrlərdə bu tendensiyanın artıq ənənə halını alması və baş rolda önəmli vəzifələrdə təmsil olunan məmurların çıxış etməsi özlüyündə ciddi mövzulardan xəbər verir.
Hər şeydən öncə bu məmurların önəmli dövlət vəzifələrində təmsil olunmaları problemin miqyasının göründüyündən daha böyük olduğunu göstərir. Xalqın böyük əksəriyyətinin təmsilçisi olan bu şəxslər öz davranışları ilə cəmiyyətdə örnək təşkil etmək əvəzinə hər cür biabırçılığın başlıca alətinə çevirilirlər.
Ahıl yaşda, 60%-i gənclərdən təşkil olunan bir ölkəyə ağsaqqallıq etməli, yol göstərməli olan insanlar qəribə şəkildə özlərini “təlxək” vəziyyətinə salmaqla kifayətlənir.
Bu cür əxlaqi normalara sığmayan davranışlar bəzi məmurların öz məsuliyyətlərinin, xalqın və dövlətin qarşısında götürdükləri öhdəliklərin fərqində olmadığının bariz sübutudur. Gələcək nəsillərə örnək olmaq, məsuliyyət və milli mənəvi dəyələrə sahib çıxmaq təəssüf ki, bəzi şəxslər üçün kağız üzərindəki şablon sözlərdən ibarətdir. Öz əməlləri ilə cəmiyyətin birliyini və bütövlüyünü təmin edən etimadı, qarşılıqlı güvəni, ailə dəyərlərini sıradan çıxaran bəzi məmurlar xalq və hakimiyyət arasındakı münasibətlərə nə dərəcədə zərər vurduqlarının fərqində belə deyil. Həm keçmiş, həm də vəzifə başında olan məmurlar başa düşməlidir ki, onlar öz ailələri, yaxınları ilə yanaşı bütün Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyırlar.
Tutduqları vəzifədən və daşıdıqları dövlət məmuru adından irəli gələn öhdəlikləri tələb edir ki, onlar davranışları, əxlaqi dəyərləri ilə hər kəs üçün örnək olsunlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 2017-ci ildəki çıxışında məmurlara səslənərək onlardan təvazökar olmağı, özləri və ailə üzvləri ilə birlikdə insanlara nümunə olmağı tələb edirdi.
Lakin keçən zaman bəzi məmurların özbaşınalığı və əxlaqsızlığının miqyasının təsəvvür edildiyindən də böyük olduğunu ortaya çıxardı. Bir daha aydın oldu ki, əxlaqi keyifyyətlərini itirmiş bəzi şəxslər öz vəzifə öhdəliklərini belə yerinə yetirməyə qadir deyil. Əksinə, bir neçə özbaşına məmurun ayağısürüşkənliyi nəticədə hakimiyyətin müxtəlif pillələrində təmsil olunan və öz işinin öhdəsindən laiqincə və yüksək səviyyədə gələn şəxslərin də uğurlarına kölgə salmağa kifayət edir.
Ölkəmizin xarici düşmənlərə qarşı mübarizə apardığı, fəal quruculuq işlərinin həyata keçirildiyi bir zamanda bu cür əməllərlə gündəmə gəlməyə hakimiyyətə və dövlətə qarşı törədilən təxribatdan başqa nə ad vermək olar?
Bu şəxslər öz vəzifələri və tutduqları mövqe ilə idarəçilik sisteminin bir hissəsi olduqlarını, yanlış əməlləri ilə təkcə özlərini yox, bütün dövlət aparatını təhlükə altında qoyduqlarını nə üçün anlamırlar?
Ölkənin nüfuzuna, onun siyasi sisteminə və illər ərzində qazanılan loyallığa zərbə vuramağı hədəfləyən Ramiz Göyüşov, Hüseynbala Mirələmov, Əli Həsənov kimi məmurlar bu biabırçılığın nə ilk, nə də son nümayəndələridir.
Kim bilir, hələ neçə neçə şəxs bu cür eyiblərinin bir gün ortaya çıxacağından xəbərsiz əməllərinə davam edir. Lakin ümid edirik ki, öz həmkarlarının xoş olmayan təcrübəsi onları qurşandıqları əyri yoldan dönməyə, Vətən və millət qarşısındakı vəzifələrini yerinə yetirməyə təşviq edəcək.
Əminik ki, bundan sonra bəziləri öz enerjilərini lüzumsuz fəaliyyətlər əvəzinə üzərlərinə götürdükləri öhdəlikləri laiqincə yerinə yetirməyə sərf edəcəklər! //bizim.media//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Bu gün, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Bu gün, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50 |
|
|
|
|