Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                     Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” .....                     Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? .....                     “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, .....                     Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz .....                     Səudiyyə Ərəbistanı statusunu gücləndirdi .....                     Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” .....                     Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! .....                     Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib .....                     Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi .....                     “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” .....                     Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi .....                     “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI .....                     Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir .....                     Səidə Niyamı dostluqdan .....                 

Gəncənin əməkdar müəllimi Prezidentə yazmaqdan yorulmur, AMMA... - NARAZILIQ VAR!
Tarix: 20-12-2021, 11:23 | Çap et
Gəncənin əməkdar müəllimi Prezidentə yazmaqdan yorulmur, AMMA...
DİA.AZ: - Azərbaycan Respublikasının Əməkdar müəllimi, 1995-ci ildən YAP-ın üzvü, 8 şeir kitabının müəllifi, Prezident mükafatçısı, “Qızıl Qələm” mükafatı laureatı, Gəncə şəhər Veteranlar Şurasının üzvü, Azərbaycan Yazıçılar Jurnalistlər Aşıqlar birliyinin üzvü Həsənov İlham Musa oğlu Prezident İlham Əliyevə başına gələnlərlə bağlı 26-cı şikayətini ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Çox hörmətli Prezident! Yazıb sizə bildirirəm ki, “Uzaq sahillərdə” kinofilmində deyildiyi kimi “yenə həmin dalğa, yenə həmin koordinat” yenə də 25-ci müraciətimə cavab gəlmədi. Çox maraqlıdır ki, Təhsil Nazirliyinin xüsusilə, Gəncə şəhər Təhsil idarəsinin qanunsuzluqları və özbaşınalıqlarə barədə haraya müraciət edirəmsə dərhal müraciətləri başlarından edərək tədbir görmək əvəzinə Təhsil Nazirliyinin özünə yönləndirirlər. Təhsil Nazirliyi isə birmənalı qaydada başdan sovdu standart və şablon bir cavab verir. Yəni 65 yaşı tamam olduqlarına görə İlham Həsənov və Valeh Hüseynov direktor vəzifələrindən uzaqlaşdırılıb. Bu hamı üçün o cümlədən, bizim üçündə aydındır. Bəs bizi maraqlandıran başqa bir məsələdir. Niyə Gəncə şəhərində 3 əməkdar müəllimdən ikimizi çıxardılar. Lakin 3-cü məktəb direktoru baxmayaraq ki, yaşı bizdən çox olduğu təqdirdə, göstərişləri bizdən aşağı olduğu halda, təcrübəsi bizdən zəif, siyasi baxışına görə bizimlə ayaqlaşa bilməyən Bəhram İmranovla artıq 4 dəfə müqavilə bağlayıb, işdə saxlayırlar. Xeyir ola? Ona görə ki, onun güclü Respublika Hərbi Prokurorunun müavini Şəfayət İmranov kimi əmisi oğluı və var-dövləti var. Bu isə açıq-aşkar biabırçılıqdır. Cənab Prezident əvvəla qeyd edim ki, 2017-ci ildə sabiq Təhsil Naziri Mikayıl Cabbarovun əmri ilə Valeh müəllim “Təhsil əlaçısı” döş nişanı ilə və mən isə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşuq. 2018-ci ildə isə Ceyhun Bayramovun təqdimatı ilə siz tərəfdən “Əməkdar müəllim” fəxri adına layiq görülmüşük. İndi necə oldu ki, Emin Əmrullayev Təhsil Naziri olanda biz heç nəyə yaramırıq? 65 yaşı bəhanə edib bizi təhsildən düşünülmüş qərəzli formada uzaqlaşdırdılar. Bütün bunları törədən bir göz qırpımında Gəncə şəhər Təhsil İdarəsi müdiri postuna gətirilən məktəbdən, təhsildən xəbəri olmayan, təhsil idarəsinin strategiyası, strukturunun , iş formasını bilməyən , müəllim görməyən ən başlıcası məktəbşünaslıqdan xəbəri olmayan, pedaqogika və psixologiya keçməyən, hətta idarəçilik qabiliyyəti bacarmayan Anar Qədiməliyev qərəzli formada onun sifarişinə əsasən biz işdən azad olunduq. Çünki, mən və Valeh müəllim peşəkar müəllim və təcrübəli məktəb direktorları kimi bu adama əl vermirik. Yer qulaqlıdır. Anar Qədiməliyev neçə-neçə adamlara deyib ki, mənə dedilər ki, İlham müəllimlə Valeh müəllimi çalış işdə saxlama. Onlar sənə əlavə problem yaradacaqlar. Oda ondan ibarətdir ki, biz bu adamın qanunsuzluqlarına törətdiyi cinayət xarakterli əməllərə göz yuma bilmirdik.

Bu da təbiidir. Anar Qədiməliyev işi bilmədiyindən vəzifəsindən sui istifadə edərək və vəzifə həddini aşaraq həmin səhvləri buraxırdı. Ona görə ki, o ixtisasca kənd təsərrüfatı mütəxəssisidir. Eyni zamanda

SOROS-un tərbiyəsini almış və SOROS-a xidmət etmiş bir kadrdır . Yenə hətta hər yerdə deyir ki, məni bu vəzifəyə keçəndə məni ilk təbrik edən SOROS-un Gəncə nümayəndəsi tanınmış SOROS-çu Həsən Hüseynli olub. Cənab Prezident sizdən çox şeyi gizlədirlər. Sizin başınız qlobal işlərə qarışıb bir sıra məmurlar da bundan məharətlə istifadə edirlər. Biləsiniz ki, Anar Qədiməliyev Vətənini , dövlətini sevə bilməz. Vətənini ona görə sevə bilməz ki, bu adam müəmmalı şəkildə əsgəri xidmətdə olmayıb. Dövlətini ona görə sevə bilməz ki , bu adam SOROS-un adamıdır. İndi məni bir şey maraqlandırır . Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov 2018 ci ildən bu vəzifədə işləyir. Gəncə pedaqoji ictimaiyyətini Niyazi müəllim yaxşı tanıyır. Bəs belə olan tərzdə Gəncədə bu qədər müəllim kontingenti olduğu halda niyə məhz Bakı şəhərindən kənd təsərrüfat işçisi olan, ixtisasca mühasib Anar Qədiməliyev Təhsil idarəsinə müdir vəzifəsinə təyin etdi. Mənim Niyazi Bayramova bir şəxsiyyət kimi hörmət etdiyimdən inanıram ki, bu adamı hansısa qara qüvvələr ondan xahiş ediblər. Onu Niyazi müəllimə təmiz işçi kimi qələmə veriblər, amma hansı ki, Anar Qədiməliyev ən natəmiz adamdır. Üstəlik bu adam Gəncə şəhərində özünə güclü dayaq kimi Gədəbəy klanı olan çox hörmətli Mikayıl Cabbarov, Ceyhun Bayramovun və Gəncə şəhər icra hakimiyyətinin başçısının birinci müavini cənab Səməd Tomiyevin adlarını hallandırır. Doğrudur mən bu sözlərə inanmıram ancaq bir ona inanıram ki, Anar Qədiməliyevi kimlərsə müdafiə edir. Bu adam bir nömrəli rüşvətxordur. Əgər Emin Əmrullayev məni qəbul eləsə mən bu halı faktlarla açıqlayaram. Amma hörmətli Niyazi müəllim də bilməlidir ki, bu gün Gəncə təhsili uçurumun astanasındadır. Gəncənin əksər məktəblərində özbaşınalıq baş alıb gedir. Qarşısını alan isə yoxdur. İdarənin özündə də əksəriyyəti bank işçisidir. Təcrübəli pedaqoqlara böyük ehtiyac var. İndi siz baxın bizim kimi pedaqoqlardan istifadə etmək əvəzinə bizi kənarlaşdırdılar. Bunların hamısının günahkarı Anar Qədiməliyevdir. Hələ üstəlik Niyazi müəllimə deyib bunun əmizadəsi Azər İbrahimov şəhər İcra hakimiyyətinin humanitar şöbəsinə müavin qoydurublar. Hər ikisi 1994-cü il məlum Gəncə hadisələrinin bir başa təşkilatçısı və rəhbəri hazırda ömürlük həbsdə yatan Kəramət Kərimovun yaxın qohumlarıdır. Anar Qədiməliyevə Təhsil Nazirliyində isə qol-budaq və dayaq olan digər qatı müxalifətçi ailəlikcə Heydər Əliyevə düşmən kəsilən yenə ixtisasca kənd təsərrüfatı mütəxəssisi Təhsil Nazirliyinin şöbə müdiri vəzifəsini icra edən Orxan Abbasovdur. Cənab Prezident yuxarıdakıları nəzərə alaraq sizdən xahiş edirəm ki, bu təhlükəli kadrlar barədə araşdırılıb ciddi ölçü götürülsün. Yuxarıda ünvanladığım rəhbər vəzifəli şəxslərdən isə xahişim odur ki, bu dəfə mənim müraciətimi Təhsil Nazirliyinə göndərmək yox özləri tədbir görsünlər və Emin Əmrullayevə bu sualı versinlər ki, niyə Gəncədə 3 məktəb direktorlarından 2 məktəb direktorlarını çıxardıb birini saxlayırsan? Niyə respublikada 300-ə yaxın siravi adi 70-85 yaşlı məktəb direktorlarını saxlayırsan? Bu qədər haqsızlıq olmaz. Bir də xahiş edirəm ki, ulu öndər Heydər Əliyevin ruhu naminə bu işə ədalətli baxıb bizi öz yerimizə bərpa edəsiniz. İnanıram ki, sizlər Şəfayət İmranovdan güclüsünüz. Emin Əmrullayev görsün ki, belə ədalətsiz iş görmək olmaz. Cənab Prezident başda siz olmaqla hamınıza bəri-başdan öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Sizlərdən tezliklə ədalətli şad xəbər gözləyirəm".

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru