Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                 

Beyləqanda NƏLƏR BAŞ VERİR? - İTTİHAM VAR!
Tarix: 2-01-2022, 10:33 | Çap et
Beyləqanda NƏLƏR BAŞ VERİR?
Rayon İcra Hakimiyyətinin başçısı bir tərəfdən Prezident Administrasiyasının Regional siyasət şöbəsinin müdiri cənab Zeynal Nağdəliyevə yanlış hesabatlar verməkdə, digər tərəfdən isə Beyləqanda yürütdüyü yarıtmaz idarəçilik siyasətinin guya Z.Nağdəliyevlə razılaşdırılmış olması barədə yerli ictimaiyyətə məlumat sırışdırdırıb.
Bu gün sözün gerçək mənasında Beyləqan rayonu əsl vandalizmə məruz qalıb. Əsl gerçəklik ondan ibarətdir ki, bu vandallığı törədən düşmənin hansısa bir diversiya qurupu deyil. Bunu edən icra başçısı və ətrafında cəmləşdirdiyi korrupsioner, talançı şəbəkənin üzvləridir.
RealMediaaz.space olaraq dəfələrlə icra başçısının Beyləqandakı yarıtmaz idarəçilik fəaliyyətindən, uğursuz kadr təyinatında, rayona ayrılmış büdcə vəsaitlərini necə talamasından, ələlxüsus da ətrafındakı pulyeyən bir şəbəkə barədə həm ictimaiyyətə, həm də aidiyyəti qurumları bilgiləndirmişik. Məhz elə sonuncu yazımızda da “Abadlaşan” Beyləqandan REPORTAJ: Hər yeri xarabalığı xatırladır…- MƏHARƏTİNƏ BƏRƏKALLAH ASİF MÜƏLLİM – 1 MİLYON MANAT VƏSAİT DƏ BELƏ GETDİ” başlıqlı məqalə dərc etmişdik. Və həmin məqalədə də 1 miyon manat vəsait hesabına görülən “abadlıq” işlərini çəkib göstərmişdik.
Əlbəttə ki, redaksiyamız təkcə materialı dərc etməklə kifayətlənməmiş, həmçinin vətəndaş mövqeyimin ifadəsi olaraq həmin məqalələrdə ehtiva olunan məsələlərin araşdırılması xahişi ilə Prezident Administrasiyasına teleqram və məktublarla müraciətlər etmişdir. Əslində biz bunu edərkən elə zənn edirdik ki, Prezident Administrasiyasına vətəndaş mövqeyindən irəli gələrək etdiyimiz müraciətlərimizə Aparat tərəfindən həssas yanaşılacaq və müraciətdə əks olunan korrupsiya hüquqpozmaları, talançılıq hallarının ciddi şəkildə araşdırılmasına konkret tapşırıq və göstərişlər veriləcəkdir. Çifayda, bir çox hallarda müraciətlərimiz baxılması üçün “aidiyyəti” üzrə Beyləqan Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Həmin yönləndirilmiş məktublar elə başçının aparatındaca “dəfn olunub”, baxılmasının nəticəsi barədə göndərən şəxsə məlumat belə verilməyib. Ümumiyyətlə, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev başçılıq etdiyi müddət ərzində yerli icra hakimiyyəti orqanının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etməmiş, öz fəaliyyətində hesabatlılığı, şəffaflığı, ictimai rəyi nəzərə almamışdır. İcra Hakimiyyətinin internet saytında dərc olunan hesabatlar isə əsl gerçəkliyi əks etdirməmişdir. Bu arada xatırladaq ki, aparılan araşdırmalar onu göstərir ki, dövlət vəsaitlərinin daha çox talandığı rayonlar məhz Beyləqan rayonudur.
Beyləqan icra hakimiyyətinin başçısı Asif Ağayev 2019-cu ildə rayonun abadlıq işləri üçün dövlətin ayırdığı 1(bir) milyon manat pulun vur-tut 200 – 250 (iki yüz – iki yüz əlli) min manatını təyinatı üzrə xərcləyib, qalanını özü və işbaz şərikləri ilə maxinasiya edərək mənimsəmişdir. Həmin vəsaitin qarşılığında yalnız Mücirəddin Beyləqani parkının ərtafında yerə tamet döşənilmiş, hovuz yenidən təmir olunmuş, daha 2 km məsafədə ağaclar əkilmişdi ki, onlar da çox keçmədən qurumuşdur.
2020-ci ildə isə 446.000 (dörd yüz qırx altı) min manat dövlət vəsaiti müqabilində vur-tut 40 kv/metr asfaltlama işi gördürərək, qalanını cibinə qoymuşdur.Bütün bunlardan başqa, hər il RİH-nin Ehtiyat Fondundan kimsəsizlərə, aztəminatlı ailələrə yardım məqsədilə 92 min manat civarında pul ayrılır. Ki, icra başçısı həmin pullarıda özü mənimsəyir.
Son üç ildə olduğu kimi, 2021-ci ildə də həmin təyinatla təxminən elə bir o qədər (446 min) dövlət vəsaiti silinmişdir. Bu il “Cənnət bağı” deyilən ərazidə (“20 yanvar” küçəsi) 7 sm əvəzinə 3 sm asfalt döşəməklə, yerdə qalan vəsait mənimsənildi.
İndi sual edirəm… Üç ildə hər il Beyləqan şəhərinin daxili küçələrinə ayrılan yarım milyona yaxın (446.000 0 dörd yüz qırx altı min manat) vəsait hanı, Asif Ağayev? Barmağınızı uzadıb hansı daxili küçələrin birinin asfaltlaşdırılmasını göstərə bilərsinizmi? Əlinizi vicdanınıza qoyun cavab verin. Əslində mən bu sualı sizə özümə görə vermirəm. Xalqa görə verirəm. Onsuzda mən sizin o pulları hara xərclədiyinizi çox yaxşı bilirəm. Buyurun əlinizi vicdanınıza qoyun bir küçə göstərin mənə.
RealMediaaz.space-ın bu xüsusda apardığı araşdırmalarda məlum olub ki, sən demə, yerli sahibkarlar tərəfindən vergi orqanına ödənilən pulların müəyyən bir hissəsi rayon icra hakimiyyətinə köçürülür. Bəs yaxşı, Asif Ağayev isə həmin pulları neynirmiş?
Hansı ki, RİH-nin Ehtiyat Fondundan kimsəsizlərə, aztəminatlı ailələrə yardım məqsədilə ayrılan 92 min manat pulu icra başçısı sahibkarlar tərəfindən vergi orqanına, ordan da müəyyən bir hissəsi icra hakimiyyətinə köçürülən pulla əvəz edirmiş. Yəni ki, icra başçısı kimsəsiz və aztəminatlı ailələr üçün nəzərdə tutulan 92 min manat pulun tam məbləğini götürür, vergidən gələn pulun bəlli bir hissəsini boyunu sevdiyi müavinlərinin heç də kimsəsiz olmayan yaxın qohum əqrabalarını “yardım” edirmiş. Sabahda bir yoxlama gələndə həmin adamları ortaya çıxardıb göstərirmişlər ki, Fond bu şəxslərə yardım edib. Vəssalam. İşi bununlada bağlayırlar.
Öyrənmişik ki, bu yaxında rayon sakinlərinin birinin müraciəti əsasında Maliyyə Nazirliyindən rayona təftiş qrupu göndərilib. Həmişəki qaydada onları Asif Ağayev qəbul edib, bir masa arxasında əyləşdirib, qonaqpərvərlik nümayiş etdirib. Təftişçilər guya araşdırma aparıblar. Güya məlum olub ki, RİH-nin Ehtiyat Fondundan kimsəsizlərə, aztəminatlı ailələrə yardım etmək məqsədilə ayrılan 92 min manat puldan kimlərəsə yardım göstərildilib. Təbbi ki, yardım göstərilənlərin həmin yardımı haqq edib- etmədikləri, RİH-nin məsul vəzifəlilərinə qohumluq əlaqələri yoxlanılmayıb. Kimlərin müraciətlərinin müsbət həll olunmadığı məsələsi diqqətdən kənarda qalıb. Bir sözlə, məsələ ört-basdır edilib, icra başçısının ədalətsizliyinə dair şikayətlər “təsdiqini tapmayıb”.
RealMediaaz.space-a daxil olan ilginc məlumatlardan biri də odur ki, Asif Ağayevin Beyləqanda rəhbər vəzifədə fəaliyyətə başladığı 2019-cu ilin fevral ayından indiyədək RİH-nin nəzarəti və sərəncamı ilə görülən (görülmüş kimi təqdim olunan) işlərin “forma-2”-ləri diqqətlə yoxlanılsa və rəqəmlər faktiki həcmlə tutuşdurulsa, dövlətin təhlükəsizliyinə təhdid kimi qiymətləndirilə biləcək yeyintilər aşkarlanar. Monitorinqə elə Beyləqan şəhərində kanal qırağı ərazidə salınan “Nəsimi” parkından başlamaq yetər. Parkda görülən işlərin böyük bir hissəsi müxtəlif idarələrin rəhbərlərinə “yüklənərək” həyata keçirilib və əsasən parkın müxtəlif rənglərə boyanılmasından ibarət olub. O da dəqiqdir ki, bu proseslərə iməcilik əsasında rayonun müxtəlif idarə və müəssisələrinin texnikaları cəlb edilib. Bir ara Asif Ağayevin rayonda yol infrastrukturunun yaxşılaşdırılması işlərinə yerli Yol İstismarı İdarəsinin mütəxəssislərini kənarda saxlayıb, özünün başqa rayonlardakı korrupsioner ortaqlarını cəlb etdiyi iddia olunur.
Qeyd edək ki, bu yaxınlarda rayonun “20 yanvar” küçəsinə gedən yolun asfaltlaşdırılması prosesində də məhz yerli Yol İstismarı İdarəsinin mütəxəssislərini kənarda qalıb, icra başçısı bu işə öz yerlilərini Sabirabad rayon Yol İstismarı İdarəsinin mütəxəssislərini cəlb edib.
Asif Ağayevin vampir şəbəkəsinin qan sorduğu bir sistem də RİH-nin tabeliyində olan uşaq müəssisələridir. Uşaq bağçalarının əsaslı və cari təmirinə, inventarlarla təmininə ayrılan illik 40-50 min AZN civarında pul da heç bir iş görülmədən, heç bir avadanlıq alınmadan kağız üzərində silinərək “həzm-rabedən” keçirilir. Xatırlatmağa dəyər ki, bu kimi maxinasiyalarda, eləcə də hər il şəhərin mərkəzi küçələrinin asfaltlanmasına ayrılan yarım milyon manat civarında vəsaitin mənimsənilməsində Beyləqan RİH başçısının əsas ortağı “Beteks-2017” və “Vaqif” firması olmuşdur. İşbazların bu cür şərikliyinin mənfi nəticələri barədə hüquq-mühafizə orqanlarına edilən şikayətlər artandan, cinayət təqibi orqanları araşdırmalara başlayandan sonra adı çəkilən firmanın fəaliyyəti vergi orqanının sanksiyaları səbəbindən dayandırıldı. Amma firmanın rəhbəri Vüqal Aslanov “İnşaat-Servis-2” MMC yaradaraq, yenə də Asif Ağayevlə şərikli işdəycələrini davam etdirdi.
Asif Ağayevin öz korrupsioner komandası ilə talan etdiyi Beyləqan rayonu, Beyləqan cəmiyyəti işsizlik, səfalət ucbatından hazırda sosial partlayış ərəfəsindədir.
Əldə etdiyimiz ilginc məlumatlara görə, Rayon İcra Hakimiyyətinin başçısı bir tərəfdən Prezident Administrasiyasının Regional siyasət şöbəsinin müdiri cənab Zeynal Nağdəliyevə yanlış hesabatlar verməkdə, digər tərəfdən isə Beyləqanda yürütdüyü yarıtmaz idarəçilik siyasətinin guya Z.Nağdəliyevlə razılaşdırılmış olması barədə yerli ictimaiyyətə məlumat sırışdırdırıb. Görünür, icra başçısı artıq “qoruyucu mələyi” Dövlət Neft şirkətinin Prezidenti Rövnəq Abdulayevdən ona zaval olmayacağını görüb indi də Zeynal Nağdəliyevi adını çəkməklə cəmiyyətdə özünə toxunulmazlıq statusu qazanmaq istəyir. Buna ancaq sadəlövh insanlar inana bilər. Biz bir o qədərdə sadlövh deyilik. Biz çox yaxşı bilirik ki, Z.Nağdəliyev Prezidentə necə sədaqətli bir şəxsdir. O, heç vaxt Asif Ağayev kimi səbatsız icra başçısına himayədarlıq etməz.
Ümid etməyə tam əsasımız var ki, qarşıdan gələn yeni 2022-ci il də Azərbaycan xalqı üçün düşərli il olacaq, Vətən müharibəsində qazandığımız Zəfərin möhkəmləndirilməsi davam edəcək, işğaldan azad edilmiş Qarabağda, Şərqi Zəngəzurda quruculuq işləri daha da vüsət alacaq. Eləcə də ölkəmizin digər rayonlarında, dünənə qədər cəbhə bölgəsi sayılan Beyləqanda da tərəqqi proseslərini əngəlləyən amillər aradan qaldırılacaq, inkişafı ləngidən elementlər neytrallaşdırılacaq, neqativ halların qarşısı alınacaq.
RAMİN MƏHƏMMƏDOĞLU
RealMediaaz.space










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru