Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                 

BU NƏDİ BELƏ: `AZAL` şefinin ƏR-ARVAD BİZNESİ... - ARAŞDIRMA
Tarix: 24-08-2022, 13:04 | Çap et
BU NƏDİ BELƏ: `AZAL` şefinin ƏR-ARVAD BİZNESİ...
AZAL aviaşirkətinin maliyyə hesabatları Azərbaycanda açıqlanmır. Amma Böyük Britaniyada nümayəndəliyi olan şirkət bunu həmin ölkədə etməyə məcburdur. Britaniyanın şirkətlər reyestrində açıqlanmış son maliyyə hesabatına görə, dövlətə məxsus «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) aktivləri 2015-ci il ərzində 2 milyard dollar «əriyib» və 1,5 milyard dollara düşüb.

Bu barədə “Azadlıq” radiosunun araşdırmasında yazılır.

Müstəqil auditorun müsbət rəy verdiyi maliyyə hesabatında suallar doğuran təkcə bu məqam deyil.

AZAL-ın 2009-cu ildə Britaniyada açılan nümayəndəliyinin ortaya qoyduğu hesabatdan görünür ki, 2015-ci ildə aviaşirkətin əsas vəsaitləri 2 milyard 328,7 milyon dollardan 1 milyard 191,9 milyon dollara düşüb. 2009-2014-cü illərdə şirkət maliyyə hesabatını Azərbaycan manatı ilə tərtib etdiyi halda, 2015-ci ilin hesabatındakı göstəricilər ABŞ dolları ilə ifadə olunur. Bir çox ekspertlər hesab edir ki, əsas vəsaitlərin dəyərindəki titrəyiş heç də maliyyə göstəricilərinin valyutasının dəyişməsi ilə bağlı deyil.

Əmlak həmənkidir, qiyməti başqa

Öncəki maliyyə hesabatında 2014-cü ilin sonuna AZAL-ın əsas vəsaitlərinin dəyərinin 41 faiz artaraq, 1 milyard 826,6 milyon manata çatdığı göstərilirdi. Pul vəsaitlərinin hərəkəti hesabatında həmin il sərmayə qoyuluşunun 569 milyon manat olduğu bildirilirdi. Dörd səhifəlik hesabatda yazılmasa da, söhbət çox güman ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksinin istifadəyə verilməsindən, “Boeing 787”, “Dreamliner”, “Embraer-190” və “Embraer-170” təyyarələrinin alınmasından gedir.

Hesabatın tərtib olunması standartlarına görə, o, əvvəlki illə müqayisədə əks olunmalıdır. Bu səbəbdən 2015-ci ilin maliyyə hesabatında əvvəlki ilin balans və maliyyə göstəriciləri ABŞ dolları ilə ifadə olunub. 2014-cü ildə manat dollardan daha «güclü» olduğundan, həmin ilin sonuna əsas vəsaitlərin dəyəri dolların məzənnəsinə (1 manat = 0,78 dollar) bölünməklə 2 milyard 328,7 milyon dollar təyin edilib. Növbəti il Azərbaycanda milli valyuta kəskin şəkildə, təxminən 2 dəfə dəyərdən düşdü. Maliyyə hesabatında bu, əsas vəsaitlərin birdən-birə 1 milyard 136,8 milyon dollar dəyər itirməsi ilə nəticələnib. Amma səbəb doğurdan da budurmu? Manatın dəyərsizləşməsi AZAL-ın aktivlərinin də dəyər itirməsi ilə sonuclanmalı idimi? Axı, əmlak elə həminkidir…

AZAL-ı yoxlayan suallardan qaçır

AZAL-ın maliyyə hesabatlarına, ən azı, 2009-cu ildən fasiləsiz olaraq auditor rəyi verən «M & J Accuracy Consulting» MMC-nin direktoru və auditoru Elçin Cəfərov AzadlıqRadiosu-nun bu barədə suallarına cavab verməyib. İzahı isə bu olub ki, auditi şirkətin başqa bir auditoru aparıb. Halbuki, 2016-cı ilin iyunun 6-da imzalanmış rəydə auditi onun apardığı qeyd olunub.

E.Cəfərov deyib ki, AZAL maliyyə hesabatının müstəqil auditini təkcə onun şirkətinə deyil, həm də «böyük dördlüyə» daxil olan auditor şirkətlərinə tapşırır. O, bu hesabatların surətinin «M & J Accuracy Consulting» MMC-də də olduğunu bildirib.

Auditor: «Manat dəyər itirib, əmlak yox»

«Azaudit» MMC-nin auditoru Afiq İsrafilov deyir ki, maliyyə hesabatının qeydlər hissəsi ilə tanış olmadan əsas vəsaitlərin iki dəfəlik azalmasını birmənalı izah etmək olmaz. Çünki bu, əmlakın satılması, balansdan çıxarılmaqla uzunmüddətli icarəyə verilməsi, silinməsi, köhnəlmə hesablanması nəticəsində də baş verə bilər: «Əgər hesabat valyutası dollardan manata keçmiş olsaydı, məhz bu aspektdən əsas vəsaitlərin manat ifadəsilə dəyər artımını qəbul etmək olardı. Amma dollarla ifadə olunmuş əsas vəsaitləri manatın dəyər itirməsi amilini nəzərə almaqla dollarla iki dəfə «ucuzlaşdırmaq» praktik addım deyil».

Başqa bir maliyyəçi – Davud Məmmədov da deyir ki, kapital aktivləri yenidən qiymətləndirilmir. Belə olduğu halda AZAL-ın balans hesabatında real göstəricilərdən azı 1 milyard dollarlıq kənarlaşmanın olduğunu söyləmək olar.

AZAL «itirə-itirə uçur»

2016-cı ilin əvvəlinə AZAL-ın 120,6 milyon dollar debitor borcu vardı. Aviaşirkətin həmin dövrə qısamüddətli və uzunmüddətli öhdəlikləri 815,4 milyon dollar idi.

Manatın ucuzlaşması 2015-ci ildə AZAL-a 9 milyon 356 min dollar gəlir qazandırıb. Elə bu səbəbdən də şirkət 8 milyon dollarlıq əməliyyat zərərindən qurtula bilib. Şirkətin 2014-cü ildə 1,6 milyon manat, 2015-ci ildə isə 1 milyon 237 min dollar xalis mənfəət götürüb. Maraqlıdır ki, 2011-2015-ci illərdə AZAL təsərrüfat fəaliyyətini daim zərərlə başa vurub və mənbəyi açıqlanmayan «digər gəlirlər» (2011-ci il – 14,5 milyon, 2012 – 16,2 milyon, 2013 – 20,1 milyon, 2014 – 6 milyon manat və 2015 – 250 min dollar) sayəsində ili mənfəətlə başa vura bilib.

AZAL beynəlxalq istiqamətlərə bileti baza valyutası Avro olmaqla hesablayaraq manatla satır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-2015-ci illərdə AZAL-ın ölkə xaricinə sərnişin daşımaları sərnişin dövriyyəsinin 70 faizini təşkil edib. Sərnişin daşımalarından gəlirlərini 118 milyondan (2010-cu il) 267 milyon manata – o vaxtkı məzənnə ilə 341 milyon dollara (2014-cü il) çatdıran aviaşirkətin devalvasiyanın baş verdiyi 2015-ci il üzrə müvafiq göstəricisi 187,1 milyon dollara, yaxud təxminən 318,1 milyon manata düşüb. Başqa sözlə, manat hesabı ilə bilet satışından gəlir 51 milyon manat (19 faiz) artıb, amma dollar ifadəsində bunu demək olmur: gəlir 154 milyon dollar – 45 faiz azalıb. Bununla belə, AZAL təyyarələrin istismarına və saxlanmasına çəkilən xərclər nəzərə alınmaqla 2014-cü ildə sərnişin daşınmasından 55,5 milyon dollar, 2015-ci ildə isə 24,3 milyon dollar mənfəət götürə bilib.

«Azərbaycan Hava Yolları» QSC hava limanlarında yanacaq satan inhisarçıdır. Amma hesabatdan görünür ki, AZAL bu fəaliyyətdən 2014-cü ildə 29,2 milyon manat, 2015-ci ildə isə 20,3 milyon dollar zərərə uğrayıb.

AZAL-ın hesabatı haradadır?

Maliyyə hesabatını Azərbaycandan çox-çox uzaqda ingiliscə təqdim edən AZAL rəhbərliyi Azərbaycan ərazisində hesabatlılıq tələblərinə əməl etməyi, deyəsən, heç ağlına belə gətirmir. Həm nizamnaməsinə (5.3-cü bənd), həm də ictimai əhəmiyyətli qurum kimi statusuna uyğun olaraq, aviaşirkət illik konsolidə olunmuş (birləşdirilmiş) maliyyə hesabatını auditor rəyi ilə birlikdə «Şəffaflığın təmin edilməsi üçün» mediada dərc etdirməli, korporativ saytında yerləşdirməlidir. Amma o qanunvericiliyin tələbini pozan yeganə qurum deyil. Onun kimi digər dövlət və özəl şirkətlər («Azərbaycan Dəmir Yolları» QSC, «Azenco» ASC, «Baku Steel Company» MMC, «Silk Way Aviaşirkəti» MMC, «Bakcell» MMC və s.) də illik hesabatlarını ictimaiyyətdən gizli saxlayırlar.

AzadlıqRadiosu AZAL-a sorğu ilə müraciət edərək 2016-cı ilin maliyyə hesabatı ilə tanış olmağa şərait yaratmağı xahiş edib. Sorğu qəbul edilsə də, ona cavab verilməyib.

Cahangir Əsgərov həyat yoldaşı ilə müqavilə bağlayırsa, nəyi etməyə borcludur?

Rəsmi hesabatlara görə, AZAL prezidenti Cahangir Əsgərovun ailə üzvləri – həyat yoldaşı Zərifə Həmzəyeva, qızları Məlahət və Cəmilə aviaşirkətin infrastrukturundan istifadə edən «Silk Way Holding» şirkətlər qrupunun, qrupa daxil olan sığorta şirkətinin və bankın payçılarıdır. «Azərbaycan Hava Yolları» QSC-nin nizamnaməsində (5.4-1) deyilir ki, cəmiyyətin İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər. Söhbət həmin vəzifəli şəxslərin ailə üzvlərindən, onların iştirakçısı olduğu şirkətlərdən gedir.

Digər diqqət çəkən məqamlardan biri də budur ki, başqa dövlət şirkətlərindən fərqli olaraq, nə «Azərbaycan Hava Yolları» QSC-nin yaradılması haqqında 2008-ci ilin aprelində imzalanmış prezident sərəncamında, nə də şirkətin nizamnaməsində səhmdar kimi dövləti hansı qurumun təmsil etdiyi qeyd olunub. Şirkətin Müşahidə Şurası da yoxdur.

Nizamnaməyə əsəsən, aidiyyəti şəxslə dəyəri səhmdar cəmiyyətinin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərarı AZAL-ın 7 nəfərdən ibarət İdarə Heyəti qəbul edir. Aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən bu cür müqavilənin (müstəqil auditorun rəyi alınmaqla) bağlanılması haqqında qərarı isə Dövlət Mülki Aviasiya Administrasiyası qəbul edir.

Dövlət Mülki Aviasiya Administrasiyasından da sorğumuza tutarlı cavab almaq mümkün olmayıb. “AZAL prezidenti Cahangir Əsgərovun tutduğu vəzifənin icrası və öz ailə üzvlərinin biznes fəaliyyətinin kəsişməsi ilə bağlı məsələ nə vaxtsa DMAA-da müzakirə olunubmu?” AzadlıqRadiosu-nun bu sualına Administrasiyadan gələn cavabda deyilir ki, sorğu cavablandırmaq üçün “Azərbaycan Hava Yolları” QSC-yə göndərilib.
//AzadlıqRadiosu//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru